adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Aprel 2016 14:45
44039
TEXNOLOGİYA
A- A+

Uşaqlar zərərli internetdən qorunacaq

Milli Məclisin bu gün keçirilən iclasında "Uşaq hüquqları haqqında" və "Telekommunikasiya haqqında" qanunlara təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Layihələr barədə məlumat verən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, hər iki layihə prezidentin təqdimatı ilə parlamentə daxil olub.


"Uşaq hüquqları haqqında" qanunun 15-ci maddəsinə təklif olunan əlavəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.

"Telekommunikasiya haqqında" qanuna isə 3 yeni maddənin əlavə edilməsi təklif olunur.

Belə ki, təklif edilən 33.1.3-1-ci maddəyə görə abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz isitifadə imkanlarını təmin etmək, eləcə də 34.1.2-1-ci maddədə sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması üçün tədbirlər görülməsini tələb etmək və sonda bu qanunun 33.1.3-1-ci maddəsində göstərilən vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı) lazımdır.

Həmçinin, dəyişiklik layihəsi telekommunikasiya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz isitifadə imkanlarını təmin etmək vəzifəsini, eləcə də telekommunikasiya istifadəçilərinin isə bu cür informasiyadan qorunması məqsədi ilə müvafiq tədbirlər görülməsini telekommunikasiya operatorlarından tələb etmək hüququnu nəzərdə tutur.

Dəyişiklik layihələri müzakirədən sonra qəbul olunub.