adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Aprel 2016 13:59
3016
SİYASƏT
A- A+

“Erkən ərə verilən qızlar insan alveri qurbanı sayılsın” - Təklif

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov mətbuat orqanlarını insan alveri ilə bağlı məsələlərdə ehtiyatlı olmağa çağırıb.

Z.Əsgərov jurnalistlərin işlətdiyi ifadələri ehtiyatla seçməyin vacibliyini vurğulayıb.

"İnsan alverinə qarşı mübarizədən danışırıq gərək ictimaiyyət və mətbuat da dəstək olsun. Bir də baxırsan ki, yazırlar filan futbol klubun üzvü başqa futbol klubuna satılıb. Burada müqavilə və tansferdən söhbət gedir. Satılıb nə deməkdir?! Bu insandır və necə alver predmeti ola bilər?!. İnsan alverinə qarşı mübarizədən danışırıq, amma belə sözlər eşidirik. İfadələrdə ehtiyatlı olmalıyıq”.

Deputat Elmira Axundova təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınsın.


"Bu problemlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Sumqayıtda başqa dilənçilik növü peyda olub. Oğlanlar, uşaqlar əlil kimi Sumqayıtın giriş hissəsində, 4 yolda dilənirlər və əlil olan vətəndaşların imicinə zərər gətirirlər.

Dövlət əlil vətəndaşlarına diqqət ayırır, yardım göstərir. Amma özlərini əlil göstərən şəxslərlə bağlı ciddi işlər görülməlidir və onlar haqqında aidiyyatı qurumlara məlumat verilməlidir. Son illər insan alverinin əcaib formaları da meydana çıxıb. Terror təşkilatlarına kişilərlə yanaşı, qadınlar da cəlb olunur.

Terror düşərgələrindən azad olunan qadınlar danışarkən deyirlər ki, onları evlənmək adı ilə gətiriblər və cinsi istismara məruz qoyublar.

Terror təşkilatlarına qoşulmaq istəyən insanlara qarşı ciddi tədbirlər görülməlidir. Onları nəzarətdə saxlamaq və terror təşkilatlarına qoşulmasının qarşısını almaq lazımdır. Belə hallar hesabatda da təklif edərdim ki, öz əksini tapsın”,-deyə əlavə edib.