Huseyn Bağırov Horadizdə vətəndaşlarla görüşdü
Ekologiya və təbii sərvətlər Naziri Hüseyn Bağırov Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Adalet.az xəbər verir ki, qəbul zamanı 30-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Digər Xəbərlər
25 Aprel 2024 14:35
Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34İlham Əliyev və Sadır Japarov Şahbulaq qalasında
25 Aprel 2024 13:18Naxçıvanın Baş naziri işdən çıxarıldı - Yeni təyinat - FOTO
25 Aprel 2024 12:43Hikmət Hacıyev Füzulidən video paylaşdı
25 Aprel 2024 12:43