adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Aprel 2016 13:39
3090
GÜNDƏM
A- A+

Terrora qarşı tədbirlər planı hazırlanacaq

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq tələblərin tətbiqi üzrə tədbirlər planı hazırlanacaq.

Bu, Azərbaycan prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Plana əsasən, Nazirlər Kabineti və Maliyyə Bazarlarına Nəzarət Palatası bu il ərzində tədbirlər planını hazırlayıb başa çatdırmalıdır.