adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Aprel 2016 12:52
3151
SİYASƏT
A- A+

Milli Məclisdə Sarkisyan Hitlerlə müqayisə edildi

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputatlar son günlər cəbhə xəttində baş verən hadisələrə münasibət bildiriblər.

Deputat Fərəc Quliyevbildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıları bağrına basıb saxlayır:

"Azərbaycan dəfələrlə bəyan edib ki, onların hüquqlarını qorumağa hazırdır. Razıyam, beynəlxalq təşkilatlara Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram”.

Millət vəkili Fəzail Ağamalıda təmas xəttindəki gərginlikdən söz açıb. Bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çağırışlarına qoşularaq atəşkəsə əməl edir, amma Ermənistan aprel ayında ona verilən ağır cavabdan dərs almayaraq mülki əhaliyə yenə də atəş açır.

"Bu addım həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan beynəlxalq konvensiyaya söykənərək ciddi addımlar atmalı, ultimatum verməli və əməl edilməsə son sözünü deməlidir. Dinc sakinlərə qarşı təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.

YAP-çı deputat Aydın Mirzəzadəisə Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağla bağlı sülh şərtlərini xatırladıb: "Bu, onun səfeh bəyanatıdır. İşğal edən ölkə özünün təhlükəsizliyini istəyir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar göstərir ki, Ermənistan ciddi böhran içərisindədir”.