adalet.az header logo
  • Bakı 13°C
28 Aprel 2016 21:31
12297
KRİMİNAL
A- A+

17 qızı qətlə yetirən şəxs saxlanıldı

Rusiyanın Novosibirsk şəhərində 17 qızın ölümündə təqsirləndirilən 51 yaşlı kişi həbs edilib.

Adalet.az-ın xəbərinə görə, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, qətl hadisələri 1998-ci ildən 2006-cı ilə qədər törədilib.

İstintaq iddia edir ki, saxlanılan şəxs qızların intim xidmətindən istifadə etdikdən sonra, onları doğrayırdı və Novosibirsk rayonunun müxtəlif yerlərində basdırırdı.

Axtarışlar zamanı 3 min nəfərlə sorğu-sual edilib, 300-dən çox molekulyar-genetik tədqiqatlar aparılıb. Nəticədə şübhəli şəxsin genotipi əldə edilib.

Hal-hazırda o istintaq təcridxanasında saxlanılır.