adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Aprel 2016 15:43
3520
SİYASƏT
A- A+

Ə, NEMES, O SÜLH YOLU NƏ TƏHƏR OLUR, DE, BİLƏK

Aprel başlayandan cəbhədə qanlı döyüşlər gedir. Ermənilər Tərtərin, Ağdamın kəndlərini ən müasir silahlarla dağıdırlar, yandırırlar, dinc əhali içərisində ölənlər var, yaralananlar var. Və təbii ki, layiqli cavablarını da alırlar, Milli Ordumuz da basıb gözlərini çıxarır. Amma biz onların dinc əhali yaşayan şəhər və kəndlərinə atəş açmırıq və bəlkə də elə bu bizim səhvimizdi. Düşmənə düşmən dili ilə cavab verilməlidir.

Və indi Azərbaycan ordusunun ermənilərin gözünü çıxartdığını görən ABŞ da, Rusiya da, Fransa da tökülüblər qarğa-quzğun kimi. Deyirlər ki, bu məsələ müharibə yolu ilə həll oluna bilməz, sülh yolu ilə həll olunmalıdır. 24 ildi sizlərin sədrlik etdiyi ATƏT elə 24 ildi buralarda çöplənir, sülh deyə-deyə.

Ə, nemes, o sülh nədi, deyin, bilək də. Biz də sülhlə istəyirik bitsin məsələ. Amma biz də bilmək istəyirik ki, sizin dediyiniz sülh nə təhər olur.

Ağdamlılar xoşları gəlmədiyi adama «nemes» deyirlər.