adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2016 13:02
26043
TEXNOLOGİYA
A- A+

BlackBerry” rəsmən smartfon istehsalını dayandırdı

Ötən illərə qədər ən dəbli sayılan "BlackBerry” smartfonları artıq istehsaldan çıxır. Özünə müasir, texnologiyanı izləyən birisi deyənlər bu nüfuzlu markanı üzərində gəzdirməkdən xüsusi qürur duyardılar. İndi isə, əksinə "BlackBerry”  daşıyıcıları texnoloji dəbdən kənar sayılacaq. Belə ki, "BlackBerry” şirkəti smartfon istehsalından birdəfəlik imtina etməyə qərar verib. Şirkət proqram təminatının yaradılmasına diqqətini cəmləyəcək.

Şirkət rəhbəri Karl Vayz bildirib ki, son vaxtlar smartfon satışı azalıb, əvəzində proqram təminatının satışı gözləntiləri üstələyib.

"BlackBerry” iri smartfon istehsalçısı sayılırdı. Şirkət 1984-cü ildə Kanadada bir tələbə tərəfindən yaradılıb. İlk telefon istehsalını isə 1997-ci ildə satışa çıxarıb.