VƏTƏNDAŞ YANAŞMASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
31201 | 2016-04-26 17:55

Məsələyə yenidənbaxılsa...

Bu yazını tam bir vətəndaş səmimiyyəti və həm dəvətəndaş narahatçılığı ilə yazmaqda qərarlıyam. Çünki gördüyüm, duyduğum,yaşadığım, içərisində olduğum zaman mənim hadisələrə bir az özüm bildiyim kimi,özüm anladığım kimi yanaşmaq diqtəsini edir. Və mən də elə həmin o diqtənin içərisindəaz qala bir aydır ki, var-gəl edirəm, dağı-arana, aranı dağa çəkirəm. Və yenətam səmimiyyətimlə deyim ki, içimdəki narahatlıq ötüb keçmir, üstəlik mənidüşündürən məsələ, sual öz izahını tapmır. Ona görə də mən düşündüklərimi özbaxış bucağım altında kağıza köçürməyə, ictimailəşdirməyə qərar verirəm. Olabilər ki, yanılıram, nəyisə doğru bilmirəm və yaxud da tələskənlik edirəm.Bütün bunlara görə mən öncədən üzrxahlıq etməyə hazıram. Lakin düşündüklərimideməyə, yazmaya bilmərəm. Çünki...

Birmənalı şəkildəhər kəs bilir və görür ki, müstəqillik qazandığımız bu illər ərzində, xüsusiləcənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın ictimai-siyasi həyatıköklü bir şəkildə zənginləşmiş və bu inkişaf artıq ölkə hüdudlarını tamamiləötüb dünya çapına çıxmışdır. Artıq Azərbaycan Prezidentinin, ölkənin birincixanımının, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin planlı şəkildəhəyata keçirdiyi tədbirlər Azərbaycanı dünyaya tanıtmış və tanıtmaqda da davamedir. İstər YUNESKO-nun, istər İSESKO-nun, istər BMT-nin, istər Avropa,Amerika, Asiya dövlətlərinin, bir sözlə, dünyanın yaxın-uzaq bütün məmləkətlərininpaytaxtlarında, iri şəhərlərində bu gün Azərbaycan tanınır, qəbul olunur və həminməmləkətlərdə Azərbaycan həqiqətləri getdikcə daha çox öz təsdiqini tapır,insanların yaddaşına hopur. Yenə deyirəm, bütün bu işlərin rəhbəri AzərbaycanPrezidenti, onun xanımı və təbii ki, bir icraçı qurum kimi həm də Mədəniyyət vəTurizm Nazirliyidir. Deməli, görülən işlərin içərisində bizim ən böyükproblemimiz olan Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının, Qaradağlı faciəsininvə digər ağrılarımızın tanıdılması çox peşəkarcasına sübutlarla, dəlillərlə,kitablarla, filmlərlə yayımlanır, təbliğ olunur və bu da haqqın, ədalətin öz təsdiqinitapmasında, təbii ki, rolunu oynayır. Bax, belə bir məqamda, yəni ölkəninprezidenti, birinci xanımı, ölkə hüdudlarından çox-çox yaxın və uzaqlardaQarabağdan danışır, Qarabağı təbliğ etdiyi bir məqamda mənim anlamadığım birfakt ortaya çıxır. Məlum olur ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturunutəkmilləşdirmək məqsədi ilə sənəd hazırlanır. Həmin sənəddə işğal olunmuşrayonlarımız, xüsusilə Dağlıq Qarabağın Xocalı, Xocavənd, Şuşa Mədəniyyət vəturizm şöbələri yeni yaradılan Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibinəverilir.

Yenə birmənalı şəkildəvurğulayıram ki, mən regional idarələrin yaradılmasının əleyhinə deyiləm. Bununmütərəqqi bir addım olduğunu başa düşürəm. Ancaq həmin idarələrin tərkibininhansı parametrlərlə, hansı coğrafi, mədəni göstəricilərlə müəyyənləşdirildiyinitəxmin edə bilmirəm. Bir anlıq siz də fikirləşin: Dağlıq Qarabağın və bütövlükdəişğal olunmuş rayonların mədəniyyətini və ölkənin cənub, Şirvan, aran, şimalbölgələrinin həyat səviyyələrinin və mədəni inkişaf tempinin göstəricisini... YəniXocalı, Xocavənd coğrafiyası, mədəni həyat tərzi... Kürdəmir, Gəncə coğrafiyasıvə mədəni həyat səviyyəsi... Bunların bir-birinə nə qədər yaxın olduğunu nə iləizah etmək olar? Bax, bu mənada mənə çatmır ki, yeni yaradılan regional idarəöz ətrafında, tutaq ki, Füzuli, Beyləqan, Xocavənd, İmişli və Kürdəmiri birləşdirir.Və yaxud Sumqayıt şəhəri öz ətrafında Abşeron, Xızı, Zəngilan və Qubadlını,Şuşanı birləşdirir...

İndi özünüz, necədeyərlər, soyuq başla götür-qoy edin. Məgər işğal altında olan Zəngilan,Qubadlı, Laçın, Cəbrayıl rayonlarını işğaldan azad edilmiş Füzuliylə birləşdirməkmümkün deyildi? Faktiki olaraq Füzuli rayonu bu gün çox uğurlu bir inkişaf yolundadırvə ərazisinin də böyük bir hissəsi işğaldan azad edilib. Üstəlik, bucoğrafiyanın mədəni əlaqələri bir-birinə daha yaxındır, nəinki Kürdəmirin vəyaxud Gəncənin.

Bəli,burda bir faktı da diqqətə təqdim edim. Məgər biz dünyaya Xocalı harayını çatdırmaqistəmirik? Şuşa dərdini söyləmək istəmirik? Qaradağlı faciəmizi anlatmağaçalışmırıq? Əgər belədirsə və mən də bilirəm ki, bu həqiqətən belədir, ondaDağlıq Qarabağın öz rayonlarının, yəni Xocalı, Xocavənd və Şuşanın regional idarəsini yaratmaq mümkündeyildi? Bunun üçün kifayət qədərresursların olduğu göz önündədi. Axı, ermənilər Şuşa adı ilə, Qarabağ adı iləolmayan mədəniyyətlərini təbliğ edir, olmayan abidələrini dünyaya sırımağaçalışır. Biz isə nədənsə bu gerçək həqiqətlərdənyayınırıq. Deyə bilərsiniz ki, bu gün Şuşa Mədəniyyət və turizm idarəsi, Şuşa əhalisidaha çox paytaxtda məskunlaşıb, xocalılar daha çox Naftalanda, Goranboy ərazisindəməskunlaşıb. Mən bunları başa düşürəm, bilirəm. Amma onu da bilirəm ki, Ali BaşKomandan hər an Qarabağın işğaldan azadolunacağına bizi tam inandırıb, əmin edib və biz də onun arxasındayıq. Onu dabilirik ki, gec-tez biz də ora qayıdacağıq. Onda niyə sabah ləğv edəcəyinizregion idarələrini yaradırsınız? Elə bu gün onu Şuşa Regional İdarəsi kimiyaratmaq olmaz? Zənnimcə, bu daha doğru addım olar. Üstəlik, bir-birinin içində,qoynunda olan Qarabağ mədəniyyyəti Azərbaycan mədəniyətinin tacı olan Şuşa mədəniyyəti,abidələri, tarixi, eksponatları onda bir az da geniş təbliğ olunar, bir az daçox tanıdılar. Yoxsa Sumqayıt, yaxud Kürdəmir, ya da Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tərkibindəDağlıq Qarabağın mədəniyyət və turizminin yamaq kimi görünməsi heç də yaxşı haldeyil.

Ümumiyyətlə, mənbir vətəndaş olaraq bu struktur təkmilləşməsinin müsbət tərəflərinə dəyər verməkləbahəm, həm də işğal altında olan bölgələrin, xüsusilə Xocalı, Xocavənd vəŞuşanın sözün həqiqi mənasında pərən-pərən salınmasını yaxşı hal hesab etmirəmvə düşünürəm ki, bu layihəni hazırlayarkən hansısa tələskənliyə yol verilib.Ona görə də məsələyə vaxtında müdaxilə etmək, ona yenidən qayıtmaq və ənazından Şuşanın adının, tarixinin, həqiqətlərinin mədəni müstəvidə dünyayatanıdılmasının davamlı olması üçün götür-qoy etmək lazımdır. Bu, mədəniyyətimizində xeyrinə olar, apardığımız təbliğat işinin də.


TƏQVİM / ARXİV