adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

4 gün və sonra - Hidayət Elvüsal

HİDAYƏT ELVÜSAL
77543 | 2016-04-26 15:10

Azərbaycan Ordusunun aprelinilk 4 günündə yazdığı tarix yeni, daha yeni bir dövrün başlanğıcı oldu. Rusordusunun gücü ilə işğal etdiyi torpaqlarda meydan sulayan ermənilər həqiqətlə,reallıqla üz-üzə gəldilər. Məğlub oldular və ordumuzun qarşısında nə qədər zəif,cılız olduqlarını anladılar. Azərbaycan xalqının qələbə əzmi bütün dünyanı silkələdi.

Bütün bunlar öz yerində.Hamı hər şeyi gördü, bildi, şahid oldu. Məqsədimiz bəzi xırda görünən məsələlərəsadəcə olaraq boylanmaqdır.

Elə həmin günlərdə TV-lərinbirində gənc bir həmkarımız bəstəkarları, şairləri "yıxıb-sürüdü”. Məhz həmingün yeni, patriotik mahnılar, şeirlər, az qala simfonik əsərlər, süitalar istədi.Belə nümunələr yoxmuş kimi efirdən hər kəsi danladıqca, danladı.

Qardaşım, 4 gündən əvvəlkifayət qədər musiqi nümunələri, şeirlər yazılıb. Xəbərin yoxdu? Mütləq həmingünlər simfonik əsərlər tələb edirsənsə, səbrli ol. Həmin günlərinsimfoniyasını Azərbaycan əsgəri, Azərbaycan xalqı coşqu ilə, ilhamla yazdı.Eşitmədin?!

O ki qaldı yeni əsərlərə,burada haqlısan. Mütləq yazılacaq. O qələbə günlərinin təəssüratı öz işinigörüb. Yeni musiqilər, şeirlər eşidib, oxuyacağıq. Amma səviyyəsiz, şouqınamalarında haqlı deyilsən. Elə sənin o odlu-alovlu çıxışından az sonra həminTV-də səviyyəsiz proqramlar ardarda düzüldü. Şoular baş alıb getdi. Yəni,qardaşım, SÖZ xatirinə söz deməyək. Nöqtəni, ya nida işarəsini qoyursunuz, çoxkeçmədən məlum olur ki, sual altındasınız, boğazdan yuxarı danışmaq, vətənpərvərlikdeyil.

Başqa bir TV-də xanım əfəndixəbər oxuyur: "Əsgərlərimiz Lələdağ” deyilən təpəni və Talış kəndiyaxınlığındakı yüksəkliyi ƏLƏ KEÇİRİBLƏR (?).

Yox! Bizim əsgərlərimiz oyüksəklikləri ƏLƏ KEÇİRMƏYİBLƏR, ay xanım, AZAD EDİBLƏR!!! "Ələ keçirmək” işğalifadəsidir. Ermənilər bizim torpaqları ƏLƏ KEÇİRİBLƏR, biz isə o torpaqlarıAZAD ETMİŞİK!

Bir-iki kəlmə də Aqil Abbashaqqında demək istəyirik. Son vaxtlar ona qarşı haqlı və haqsız hücumların sayıartıb. Aqillə barışdığımız və barışladığımız onlarla, yüzlərlə məsələ var. Bəzənaz qala qırğına çıxırıq. Amma onun bir çıxışının mətnindən pamidoru, sobanıçıxarıb hallandırmaq ədalətli deyil - bu mənim fikrimdir və hər kəsin mövqeyinədə hörmətlə yanaşıram. Aqil Abbas ideal bir insandeyil, tənqid olunası cəhətləri də mövcuddur. Amma…

AmmaAqil Abbasın Vətən, torpaq sevgisini şübhə altına almaq riyakarlıqdır.Tanıyanlar, ən çox da döyüşən oğullar Aqili həmişə öz yanlarında görüblər,gedin soruşun. Bu adam az qala 25 ildir ki, canını, həyatını bu yolda qurbanverib. Səngərdə yatıb, güllə yağışına düşüb, ailəsinin-uşağının boğazından kəsib,əsgərlərimizə yardım edib, bunu heç kəs dana bilməz.

O kiqaldı kimlərsə aprel 4 günlüyündə guya Aqilin qorqub gizlənməsini, döyüşzonasına sonradan getdiyini iddia etməsinə, uydurmadır, yalan danışırlar. Həmingünlər döyüşə gedəsi tankı öpən Aqili görüblərmi? Yox! Onlar orada deyildilər.Bəs, Aqilin həmin o tankçılara verdiyi mükafatdan necə, xəbərləri varmı? Əlbəttə, yox!

Aqil Abbas anasından qalanmüqəddəs bir yadigarı o əsgərlərə mükafat olaraq verdi. Solmaz xanımın (məzarınurla dolsun) üzüyünü deyirəm. Bəlkə də yeri deyil, amma deməsəm olmur, o üzükçox qiymətli, çox müqəddəs olduğu qədər də…

Yox, deməyim, indi də bunuyüz yerə yozacaqlar. Üzüyün məhz kimə çatacağı isə həmin tankın şəxsi heyətinin öhdəsində idi. Öz aralarında kimilayiq bilsələr, üzük ona çatacaqdı və çatdı!

Möhtəşəm qələbələr fonundasözümüzü, özümüzü itirməməliyik. İrəlidə bizi daha böyük uğurlar gözləyir.Xırdalıqları, dedi-qoduları bir tərəfə tullamalıyıq. Hamımız öz işimizdə əsgərolmalıyıq.

Qələbəni ƏSGƏR olan XALQqazanır!

P.S. Məhz həmin ərəfədə AqilAbbasın ad günü idi. Onu həm doğum günü, həm də QƏLƏBƏ münasibəti ilə bir dahatəbrik edirik.



TƏQVİM / ARXİV