adalet.az header logo
  • Bakı 11°C
26 Aprel 2016 17:53
16728
GÜNDƏM
A- A+

SPİTAKDA ŞƏHİD OLAN SOYDAŞLARIMIZI UNUTDUQ

Spitakda zəlzələ olanda Vəzirov Azərbaycanın say-seçmə həkimlərini, mühəndislərini və digər peşə sahiblərini bir təyyarəyə doldurub göndərdi azərbaycanlı uşaqları boruların içinə yığıb boruların ağzını qaynaq eləyənləri xilas etməyə. Ermənilər də həmin təyyarəni qəsdən vurdular və nə qədər soydaşımız şəhid oldu. Deyəsən, içindən sağ çıxan olmuşdu, amma onları unutduq. Yaxşı olardı ki, Şəhidlər Xiyabanında onların da adları yazılmış bir lövhə qoyaq!

Sözgəlişi. Ermənilər Ankaradan köməyə gələn bir təyyarəni də türklərin təyyarəsi bilib vurmuşdular, sonra məlum olmuşdu ki, təyyarə Yuqoslaviyanınıymış, Ankaradan yanacaq götürübmüş.

Eh Vezirov, Vezirov!