adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İntimi yazmaq

VAHİD QAZİ
364977 | 2016-04-23 17:59

"QarabağDekameronu" kitabından yol alan fikir yolçuluğu

İntimməntlər reklam işıqları kimidi, adama gəl-gəl deyir. Deyir, gəl, məni oxu! Özüdə yaşa filana baxmır. Hər yaşda adamı şirnikləndirir. Hərəni bir cür.

Bax,elə o gün həkimə getmişdim. Gözləmə otağındakı masanın üstünə düzülmüş qlamursağlamlıq jurnallarını vərəqləyirdim. Cürbəcür mövzuların içində göyçək birseksopatoloq xanımın ona ünvanlanan suallara verdiyi cavablar diqqətimi çəkdi.Oxudum! Özü də rahatca, maraqla!

Onagörə rahat deyirəm ki, oxuduğumu büsbütün anladım. İsveç dilində ucdantutmahamısını dərk elədiyin mətnə hər saat rastlamırsan. Amma burda yazılanları başadüşdüm.

Maraqlıgələnsə, oxucuların belə açıq-saçıq - bizim dillə desək, "utanıb-qızarmadan"- suallarına həkimin ətraflı, dib-dəhnəlicavabı idi. Ta sual nə idi, cavab necə oldu, bura yazası deyiləm. Yazılası deyil!

Adamların intimyazıları oxumaq həvəsi elə həyatın özünə olan maraqları kimidi. Gənc adamlayaşlının həyata baxışı fərqlidi, bilirsiniz. Biri hələ görmədiklərini görməkehtirası ilə alışıb yanırsa, o biri gördüklərinə sönməkdə olan ocağın sonişartılarına baxan kimi baxır.

Yadıma gəlir ki,orta məktəbdə oxuyanda sinif oğlanlarıyla "Min bir gecə"nın hansıcildində, neçənci səhifəsində "oxumalı" yerlərin olduğunu əzbərbilirdik. Bilməyənlərə də deyirdik, tapıb oxuyurdular. Ən "maraqlı"yerlərin biri, yaddaşım məni aldatmırsa, 132-ci səhifə idi, di gəl, cildiyadımdan çıxıb.

CovanniBokkaççonun "Dekameron" kitabına universitetin birinci kursundaoxuyanda əmimin kitabları arasında rastladım. Xeyli vaxt oxumağa cürət eləmədim- ayıb bildiyimdən. Gecələr, hamı yatanda oxuyurdum. Deyim ki, müsəlman-sovet(!) tərbiyəsiylə böyümüş bir əyalət oğlanına necə təsir edə bilərdisə, mənə dəelə təsir elədi. Yəni, belə şeyləri hətta yazmaq olarmış! Sizə qəribə gələr,doğrudan o vaxtın gəncləri utancaq idi.

***

Fikrim uzaqlaragetdi, əslində Rasim Qaracanın "Qarabağ Dekameronu" adlandırdığı"On bir gecə" kitabını oxuyanda elədiyim qeydlərdən danışmaq istəyirəm.Sağ olsun, kitabı göndərdiyinə görə.

Bu, RasimQaracanın yaradıcılığıyla ilk tanışlığım idi. Kitaba həm də son on-on beş ildəmeydana gələn "inkarçı" ədəbi qövmlə tanışlıq kimi baxırdım. Bir növbu kitabdan o ədəbi mühitin qoxusunu almağa cəhd edirdim. Bir vaxtlar onunredaktorluğu ilə çıxmış "Alatoran" jurnalı, yaranmasında müstəsnarolu olan Azad Yazarlar Ocağının havasını duymaq istəyi oxu marağımı artırırdı.

Cəmiyyətininqibator rəngli mənzərəsi nə ürəkaçan, nə də gözəyatan olur. Mən rəngarənglikdənyanayam. Elə qafalarda, zövqlərdə də. Ömrünün 17 ilini plüralist ideyalarınyayılmasına sərf eləyən (elə bil təmtəraqlı çıxdı, "İnam" Plüralizm Mərkəzindəişlədiyimi deyirəm) biri kimi istərdim, Azərbaycanda çoxlu yaradıcı birliklərolsun. Bir Yazıçılar Birliyi, yaxud Azad Yazarlar Ocağı yox, on dənəsi olsun. İsveçdə yazıçı-şairlərinneçə birliyi var, sayını bilmərsən, çoxdu.

İstəyir nəsryazanların öz birliyi olsun, şeir yazanlarınkı ayrı. Məsəl üçün deyirəm -detektiv yazarları öz gildiyasını qursun, sevgi romançılarının öz klubunu. Birşərtlə, ədəbiyyata mühit yaratsınlar. Bir-birini aşağılamağa sərf edəcəklərivaxt və enerjini ədəbiyyat yazmağa yönəltsinlər.

Yeri gəldi, bunuda deyim - başımızı belə şeylərə qatdığımız arada gürcülər ədəbiyyatlarınıdünya dillərinə çevirməyə, xarici ölkələrdə nəşr etdirməyə başlayıblar!

***

"On bir gecə"ninbədii yükü haqda ədəbiyyatçılar, ədəbi tənqidçilər xeyli yazıblar, internetdəgördüm. Mənsə oxuduğu kitablar yazmağa ipucu nəsə verəndə qeydlərindən yazı düzəldənbiriyəm. Bu yazılara "həm də bir az kitabdan yazdım" desəm, daha düzolar. Çünki onun mövzusu ətrafında fırfıra kimi dolansam da yazıda aranı dağa,dağı düzə aparmağım çox olur.

Kəsə deyəsiolsam, belə deyərdim - Rasim Qaracanın "Qarabağ Dekameron"unda istərmüharibə mövzusu, istərsə də "dekameronçuluq" yarımçıqdı. Hər halda mənəbelə gəldi. "Dekameronluq" söhbət üçün səngər uğurlu yer seçilsə də,o söhbətlərin səngər adamları etdiyinə inana bilmədim. Mənə sovet filmlərindəarxada qoyub gəldiyi sevgilisini sentimental duyğularla xatırlayan əsgərobrazlarını xatırlatdı.

...Müharibəekstremal həyatdı. Burada emosiyalar gərilir. Adam tez-tez affekt duruma düşür.Şəhvət də insanın emosiya halıdı. Müharibədə, həbsxanada, əsgərlikdə kişilərinbaş söhbəti qadındı - kişi qadından danışır, arzulayır! Hərbi xidmətdə olanlarxatırlayar, "əsgər dəftərlərinə" çəkilən, bədənə döyülən qadın rəsmlərini.

Tarix boyumüharibələrdə əldə olunan qənimətlər arasında qadın ən əhəmiyyətli yerdə olub.Döyüşən əsgərin beynindəki düşmənin əmlakından çox qadınıdı. Ölmək qorxusundan,stressdən yığılan mənfi enerjidən, vəhşi ehtirasdan qurtulmanın iki yolunutanıyıb əsgər - qadın və şərab! Sovet əsgərlərinin Almaniyada, yaponların Çindəmilyonlarla qadını zorlaması tarixin hələ bizə yaxın dönəmində olanlardı.

...Qadınlarda isəfərqlidi, onlar ekstremal vəziyyətlərdə birinci qadınlıq duyğusunu itirirlər,"kişiləşirlər". Qadınlıq duyğusu şüurun alt qatına keçir, gizlənir.Svetlana Aleksiyeviçin "Müharibə qadın simalı deyil" kitabındamüharibəni xatırlayan qadınlar deyir bunu. Orada sanki qadının"qadınlığı" donur. Bu don bir xeyli sonra açılır, özü də tədricən -hissiyyat yavaş-yavaş qayıdır. Amma necə qayıdır? Hansı ehtirasla?

Çaylar nə vaxtdaşır? Aylarla yığılıb qalaqlanan buzlaqların donu açılanda!

Donu açılanqadın ehtirası da belədi!

...Fikir quşkimidi, bilmirsən hansı budağa qonacaq - budur, huşum getdi 30 il əvvələ.

Tələbə vaxtı birdəfə Ağdama atamın taksisində gedirdik. "Bir papiros çəkim, bəlkə birklent də düşdü", - deyib Azneft meydanında saxladı. Çox gözləmədik,hündürboy, cantaraq, sərtüzlü bir qadın atama yaxınlaşıb Yevlağa gedəcəyinidedi. Razılaşdılar. Qabaq qapını açıb mənim yerimdə əyləşdi. O vaxtlar adətənqadınlar arxada otururdular. Qəribəmə gəldi. Onun maşına minməsi ürəyimcəolmadı, üzü, baxışı, hərəkəti, səsi adama yad gəlirdi, elə bil qadın cildindəkişiydi.

Yolboyu söhbətelədilər. Atam elə də söhbətcil deyildi, amma onunla həvəslə danışdı. Qadın həbsxanadantəzəcə çıxmışdı, evlərinə gedirdi. Anladığım qədər uzun türmə həyatı varmış. O,atamla çox şeydən danışdı. Amma biri yaddaşıma həkk olub - qadın məhbuslartez-tez onları təhqir edən bir həbsxana nadzorunu zorlayıbmışlar.

"Başımızaoyun açırdı, gecə növbəsində könlünə düşəni aparırdı. Hamı onun əlindən zara gəlmişdi.Bir gecə onu ələ keçirdik. Qızlar üstünə atılıb əlini, ayağını mələfəyləbağladılar, ağzına yaylıq tıxadılar... On beşəcən qadın ehtirasını söndürəbildi. O biri nadzorlar duyuq düşəndə artıq gec idi, o, ölmüşdü".

Fikrimi tutub gətirimyazıya, boş buraxsam, allah bilir uçub haralara gedəcək.

Erotik əsərləringücü tək intim səhnələrin detallı təsvirində deyil. Həm də dilindədi."Dekameron" ədəbi yox, o dövrİtaliyasının jarqon dilində yazılıb. Cefri Çoserin "Kenterberi hekayələri"ndəntutmuş Vladimir Nabokovun "Lolita"sınacan yazılan əsərlərin özünəməxsuserotik dili var. Ta libertinizmin (cəmiyyətdə qəbul olunmuş əxlaq normalarınıninkarı) ideoloqu Markiz de Sadın dilindən danışmıram heç.

Bizim dilimiz dəbu mənada kasıb deyil. Vaqifdən üzübəri nə qədər aşıq-şairimizdən uğurlu nümunələrgətirmək olar. Şamxal Rüstəmin şifahi dilimizdə qalan şeirlərini xatırlayıram.Amma nəsrimizdə bu alınmır, mənə belə gəlir. Nəsə vulqar çıxır. Bəlkə də uğurluəsərlərimiz var, mənim xəbərim yoxdu.

Maraqla gözləyirdim,görüm dilimizdə intim söhbət necə alınacaq. Olmadı! Rasim bəy də kitabı elə ədəbidildə yazıb. Cavan, enerjili əsgərlər qadın haqda ehtirasla yox, sönük xatirəkimi danışırlar.

Onillərdi oxucuböhranı yaşayan cəmiyyətin mütailə vərdişlərini bərpa etməkdə kiçik həcmlimaraqlı kitablar xüsusi rol oynayır. Bu baxımdan, kitabın lakonikliyi bəyəniləsidi.Amma bəzən elə səhnələr olur ki, orada "söz xəsisliyi"nə yer yoxdu.Oxucu tək oxumaqla kifayətlənmək yox, o səhnəni görmək, gördüyünü məhz özüyaşamaq istəyir.

Kitabda çoxlumaraqlı hadisələr var, təəssüf, yarımçıq yazılıb. Məsələn, "Poxludərədəöpüşmə" hekayətində inəyin mazut gölməçəsində batması səhnəsi. Yaxud,"Yol azmış iki nəfərdə" yaşlı qadının təzəcə soyulmuş buğlanan inək dərisindəbasdırılması kimi. Tam subyektiv fikrimdi, bu yerlərin geniş təsvirini istərdim.

Elə təsvirlər dəvar ki, zövq alırsan. Məsələn, bunu "Fəxrinin hekayəti"ndən götürdüm,kitabın bəyəndiyim ən yaxşı yeri kimi işarələdim:

"Aylarcaağladım. Fermamız magistral yolun yaxınlığında idi. Yolun kənarındakı qoç heykəlininüstündə oturub gəlib keçən maşınlara baxırdım. Gecə gec saatlara qədər buradaca oturub qalardım.Uzaqdan bir işıq görünər, yavaş-yavaş yaxınlaşar, gurultu salaraq yanımdan ötübkeçər, gözdən itincəyə qədər arxasınca baxardım. Boş məşğuliyyət idi, ancaqmaraqlıydı. Həyatın özü kimiydi bu əyləncə. Bir ümid kimi üfiqdə işıq doğar,yanına gələr və sonra yoxa çıxardı. Yeni bir işığın doğmasına qədər dəqiqələrcəgözləyərdin".

Əsərin həcmi,mövzusu elə də önəmli deyil, təki sözün birbaşa mənasında Əsər olsun!

Mənimçün isə əsasşərtlərdən biri onun dilidi, yaxşı əsərin həm də çəkici təhkiyəsi olmalıdı -kişini başdan eləyən şirin qadın dili kimi. Belədə sehrə düşüb gedəcəksən, heçbilməyəcəksən hansı dildə yazılıb.

Şirindil ədəbiyyatsorağıyla...

Fur, İsveç

Aprel, 2016


TƏQVİM / ARXİV