adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2016 16:28
9927
DÜNYA
A- A+

Ərdoğan ermənilərə müraciət etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qumqapı Məryəm Kilsəsində təşkil edilən 1915-ci il olaylarının anılması ayini ilə bağlı Türkiyə Erməniləri Kilsəsinə müraciət ünvanlayıb.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, R. T. Ərdoğanın müraciəti ayindən əvvəl oxunub.

"Türkiyə prezidenti müraciətində Birinci Dünya Müharibəsinin faciəli şərtlərində həyatını itirən Osmanlı ermənilərini anmaq üçün bu gün təşkil edilən mərasimə gələn ermənilərə hörmətlə yanaşdığını bildirib.

Osmanlı ermənilərinin xatirələrinə sahib çıxmağa davam edəcəyik. Türklərlə ermənilərin tarixi 1000 ilə çatan ortaq yaşam mədəniyyətini yenidən xatırlamağı və xatırlatmağı davam etdirəcəyik. İki qonşu xalqı nifrət və düşmənçilik fikirləri ilə bir-birindən uzaqlaşdırmaq istəyənlərə və tarixi siyasiləşdirənlərə qarşı dostluq və barış hədəfi ilə çalışmaqdan vaz keçməyəcəyik.

Bu düşüncələrlə əbədiyyətə qovuşmuş Osmanlı ermənilərini bir daha hörmətlə anır, həyatda olan yaxınlarına başsağlığımı çatdırıram. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq həmin dövrdə həyatını itirən bütün Osmanlı vətəndaşlarını da rəhmət və hörmətlə anıram. Bu ortaq acını paylaşdığımızı bir daha ifadə etmək istəyirəm”.