adalet.az header logo
  • Bakı 12°C

Əlini günlük eləyib geriyə

3611 | 2016-04-23 20:43
Əlini günlük eləyib geriyə, - ötən ömrə ufaq bir təbəssümlə nəzər salanda, İllah da, yaş "60" həddini keçəndən sonra sən demə insan kövrəkləşərmiş. Yaşamın qürub anının həzinliyini mən də hiss elədim. Və o zaman qərib bir həsrətin sızıltısından içim göynədi. Elə o andaca ürəiymdə bir şeir qorrandı; "Baxıram geriyə qalan günlərə" dedim...
Mənim uşaqlığım elə uzaqdır,
Nə səsim yetişir,
nə əlim çatır.
Mənim uşaqlığım oxunmayacaq,
Yağışda,
Boranda itdi hər sətirg
İndi,
uzun illər keçəndən sonra,
"60" şərbətini içəndən sonra,
Baxıram,
qalmayıb nə təravəti,
Nə də, o əvvəlki mehri, ülfəti
min ətir qoxuyan baxçanın-bağın.
Bu gün
həzin-həzin ömrümə yağan
yağışa baxıram, qara baxıram.
Eləcə əlimi günlük eləyib
özüm də bilmirəm hara baxıram;
Baxıram geridə qalan günlərə!

Həyatın ləngərlədiyi, dostların seyrəldiyi belə bir vaxtda xoş bir təsadüf nəticəsində şair dostlarımdan biri mənə "Yada düşdü" adlı jurnal bağışladı, "oxu, bəyənəcəksən" dedi. Əlüstü vərəqlədim, nostalji duyğular oyadan bir dərgiydi.
Bu günkü qəzet-jurnal bolluğu içərisində yeni nəsə icad ediləcəyini heç güman etməzdim. Özümlə tək qalanda dərginin hər yazısını birər-birər oxudum, əksər materialları təkrar-təkrar oxudum. Böyük fərəh hissiylə onun yaradıcılığını, poliqrafik baxımdan yüksək səviyyədə oxucuya təqdim olunan yeni nəşrin ideyasını təqdir edərək alqışladım. Beləliklə, mənəvi dost, həmdəm tapdığıma sevindim. Gəncliyə xas səbrsizliklə "Yada düşdü"nün hər yeni sayını gözləməyə başladım. Vəg dözməyib günlərin birində redaksiyaya getdim, jurnalın təsisçisi Nəzakət xanımla, baş redaktor, AzTV-də işlədiyim illərdə yaxından tanıdığım Nahid Hacızadə ilə uzun zamandan sonrakı görüşümə şad oldum.
"Yada düşdü" gərəkli olan çox xatirələri yada salır. Bu, diqqətəlayiq haldır. Xüsusilə, bu gün əlinə qələm götürüb bədii yaradıcılıqla məşğul olan gənc nəsil klassik nəslin həyatının incəliklərini mütaliə edib ondan bəhrələnməlidirlər. Nəticə çıxarmalıdırlar. Şəxsən mən bu cür xatirələrin hər birini ədibin özüylə görüş səviyyəsində dəyərləndirirəm. Jurnaıln üz qabığının 2-ci səhifəsində təsisçinin ürək çırpıntıları hiss olunan epiqraf ən çox nəzər-diqqət çəkir. Bu səhifə jurnalın "qapısı"dır.
Şairə Nəzakət xanımla bağlı müşahidə və hər görüşdən doğan işıqlı təəssüratların parlaq izi yaşayır duyğularımda. Həmin izə ləkə də düşə bilməz, silinə də bilməz. O, sadəcə söz demir, şeir yazmır, zahiriylə daxili sintez təşkil etdiyindən cövhər yaradır. Tanrıdan gizlin deyil, "Yada düşdü"nün oxucularından nə gizlədim,... mən Nəzakət xanımla ilk görüşdən sonra təsirlənərək sadə, səmimi, yapışıqlı, istiqanlı, əsil Azərbaycan qadınına, anasına xas xüsusiyyətləri özündə cəmləşdirən bu xanıma şeir həsr etdim, dedim ki:

Çöhrən naxış-naxışdı,
Hüsnün qardı, yağışdı,
Xanım, o nə baxışdı?!

... Aylar, illər necə ötdü, bilmirəm. Deyirlər, "Yada düşdü"nün 5 yaşı tamam olur, inanmadım. Çünki mənə elə gəlirdi, bu dərgini on illərdi tanıyıram. Heç bu da yanlışlıq deyil; on illərlə yaşayacaq, onu sevənlərin mənəvi tələbatını ödəyəcək "Yada düşdü".
Səhifəni təqdim etdi:

TƏQVİM / ARXİV