adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2016 11:31
5078
MƏMLƏKƏT
A- A+

Bu il son 3 əsrin ən isti ili olacaq - Xəbərdarlıq

Bu il dünyada 1800-ci ildən inyidədək ən isti yay olacaq.

Amerikalı elm adamları havanın temperaturunun bu qədər artmasını qlobal atmosfer hadisəsi olan El Ninyo ilə əlaqələndirirlər.

NASA rəsmisi Qavin Smidtin araşdırmalarına görə, bu nəticəni əldə etmək üçün oktyabr və noyabr aylarını gözləmək lazım idi. Ancaq bu il, mart və aprel ayından etibarən yüksəlməyə başlayan istilik yay və sonrakı fəsillərin necə keçəcəyini təxmin etməyə əsas verir.

NASA-nın nəzdnində işlərini davam etdirən elm adamları 2016-cı ildə istiliyin rekord həddə olacağını bildiriblər. Alimlər istiliyin bu qədər artmasını qlobal atmosfer hadisəsi olan El Ninyo ilə əlaqələndirirlər.

İstiliyin artması təbii fəlakətlər, quraqlıq, sel və fırtına kimi təbii fəlakətlərlə nəticələnəcək. Sözügedən qlobal atmosfer hadisəsinin təsiri ilə bir-birinə yaxın bölgələrdə fərqli iqlim şərtləri ortaya çıxacaq.