adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Aprel 2016 20:01
11656
İDMAN
A- A+

5 il sonra gələn Avropa qızılı - YENİLƏNİB

Cüdoçumuz final görüşünü də qələbə ilə başa vurub. Görüş ərzində rəqib "vazari" ilə önə keçsə də, sonradan açıq-aşkar görüşdən yayınması hakimlərin diqqətindən qaçmayıb. Ard-arda xəbərdarlıqlar alan gürcüstanlı idmançı disvalifikasiya edilib. 

Qeyd edək ki, bu, cüdoçularımızın beş illik fasilədən sonra qazandığı Avropa qızılıdı. Sonuncu belə uğuru 2011-ci ildə Elnur Məmmədli qazanıb.


***


R. Orucov yarımfinalda rəqibini "ippon"la yenərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onu  66 kiloqram çəki dərəcəsində London Olimpiadasının qalibi gürcüstanlı Laşa Şavdatuaşvili gözləyir.


***


Cüdo üzrə Avropa çempionatı davam edir.

Adalet.az xəbər verir ki, ikinci yarış günündə çəkisi 73 və 81 kq olan kişi, 63, 70 kq-da mübarizə aparan qadın cüdoçular tatami üzərinə çıxıb.

Ölkəmiz yalnız kişilərin mübarizəsində təmsil olunub. 73 kq-da çıxış edən Rüstəm Orucov ilk görüşdə Litva, ardından Çexiya cüdoçularını "ippon"la keçib. 1/4 finalda əzəli rəqibi Rok Draksiçə cərimə xalı sayəsində qalib gələn təmsilçimiz yarımfinalda rusiyalı Denis Yartsevlə görüşəcək.

81-kq-da təmsil olunduğumuz Abdulhaqq Rəsullu ilk görüşdə fransalı Alan Şmiti "yuko" xalı ilə üstələyib. İkinci mərhələdə onun rəqibi belçikalı Yoahim Botyö olub. Cüdoçumuz görüşün ikinci dəqiqəsində ağrıdoğurucu fəndə düşüb.

Qeyd edək ki, ilk gündə mübarizə aparan təmsilçilərimizdən yalnız biri medalla yadda qalıb. 60 kq çəki dərəcəsində Orxan Səfərov gümüş medal qazanıb. 

Turnir aprelin 24-dək davam edəcək.

Sahib Əsədbəyli