adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

TORPAQ, HARAN AĞRIYIR?..

ƏBÜLFƏT MƏDƏTOĞLU
59025 | 2016-04-22 15:07

Dolaşıqfikirlərin içərisində kələfin ucunu axtarmaq o qədər də asan deyil. Elə bil ki,qaranlıqda qara pişik axtarırsan və yaxud da lilli suda iynə. Gəl tap görüm,necə tapırsan. Mən də bax bu dolaşıq fikirlərin hardan qaynaqlandığını bilə-biləbeləcə ipucu axtarıram. Bu heç də işsizliyin əlaməti deyil. Belə götürəndə özüməgörə işim var, iş otağım var, yazmağa kağız-qələmim də. Amma...

Ammabütün bunların içərisində nə isə çatmır. Bax elə o çatmayan da mənim dolaşıqfikirlərimin həm səbəbi, həm də ipucudu. Ona görə də qərarsız olmuşam.Axtarıram və bilirəm ki, tapana qədər də axtaracam. Çünki damarımda bir az tərslikdə var, israr da var. Axtardığımıtapmayana qədər sakitləşən deyiləm. Ona görə də var-gəl edirəm. Tez-tez pəncərədənYasamal qəbiristanlığına baxıram və o qəbiristanlıqdan səhər-səhər eşitdiyimbir kövrək, amma son dərəcədə hüznlü səs ürəyimi üzü aşağı çəkib aparır. Hissedirəm ki, o səsin sahibi dəhşətli dərəcədə yanıqlıdı... dəhşətli dərəcədə ağırbir itkini göz yaşlarına bələyir, ovutmaq istəyir özünü. Bilmirəm ovudacaqyoxsa yox, amma bir onu dəqiq bilirəm ki, "torpağın üzü soyuqdu"deyiblər. Mütləq o səsin sahibi də acısını, göz yaşını get-gedə üz-gözündən,geydiyi qara paltardan içinə köçürəcək, ürəyinə axıdacaq. Necə ki, mənim anamQarabağda, Tuğda, Xocalıda itirdiklərinin acısını, ağrısını daha yanaqlarında gəzdirmir.Ürəyində laylalarını çalır onların...

Deyəsən tapdımipucunu. Tapdım ki, məni haldan-hala salan, mənim rahatlığımı əlimdən alan neçəgün öncə oxuduğum bir bənd şeirdi, ilişib qalıb yaddaşımda... ilişib qalıbcanımda... tıxanıb boğazıma. Və mən onun təsirindən, onun təzyiqindən xilas olabilmirəm. Çünki o bir bəndlik şeirin yozulacaq qədər alt qatları var. Və mən dəo qatlara endikcə həm torpağa yaxınlaşıram, həm Qarabağa yaxınlaşıram, həm dətorpağın, Qarabağın qarşısında gücsüzlüyümdən kiçilirəm. Çünki bu şeirdə müəllifdeyir:

Oxşadım sözlə,ağıyla,

Dincələ yarasıTorpağın.

İniltisi ürəkdeşir,

Ağrıyır harasıtorpağın?

Bəli, bizim birvarlıq olaraq duymaq, dərk etmək qabiliyyətimiz var. Hissiyyatımızağrılarımızın qapısını, pəncərəsini bizə göstərir, nişan verir. Hiss edirik ki,dişimiz ağrıyır... duyuruq ki, əlimiz-qolumuz ağrıyır... anlayırıq ki, belimiz,boynumuz, başımız və daha haralarımız sızıldayır... dərk edirik ki, ürəyimizsancır... Və başlayırıq onu ovmağa, onu müalicə etməyə, onu sarımağa. Bəstorpağın harası ağrıyır? Onu görə bilirikmi? Onu duya bilirikmi? Onun ağrısınıcanımıza köçürə bilirikmi? Yoxsa torpaq ağrıdığını demir? Axı torpaq ağrıdığınıhiss etdirmir. Axı torpağın dili-ağzı yoxdu qışqıra, hay-haray sala ki,ağrıyıram. Bəs onda hardan bilirik ki, torpaq ağrıyır?..

İçimdəki səs,canımdakı göynərti, gözlərimdən uzanıb gedən yol, yaddaşımda hər gün təzələnənxatirələr, pərən düşən yuxular, dünənim, uşaqlığım, daddığım su, udduğumhava... Bir sözlə, mənim ola-ola məndən alınan hər şey torpağın ağrıdığını söyləyir...torpağın iniltisinə çevrilir, torpağın səsiolur, hayqırtısı olur. Və mən bunu eşidirəm, bunu duyuram, bunu yaşayıram. Ammaneyləyim ki, torpağın ağrısı, torpağın yarası elə torpağın özü boydadı. Təkbaşınaonu qaldıra bilmirəm, onu sarıya bilmirəm. Amma bilirəm. Bilirsiniz nəyi?..

Hə, mən yaxşıbilirəm. Bu ağrının, o yaranın dərmanı Qələbədi, Şəhid qanıdı, dalğalananBayraqdı. Yəqin siz də buna inanırsınız. Ona görə də bax mənim yaddaşıma ilişibqalan "ağrıyır harası torpağın" misrasının alt qatında bir gerçəkdurur, bir dərman dayanır. O da Qələbədi... O da həmin o torpağın gözlədiyi üçrənglibayraqdı... O da mənim ona qarışacağımcismimdi... Deməli, torpağın ağrıması gerçək olduğu kimi, müalicəsi də bəllidi,gerçəkdi. Və həmin o yaddaşıma ilişmiş bir bənd şeirin müəllifi Sona Vəliyevanınsöylədiyi kimi, sözlə, ağıyla oxşamaq müalicə deyil. Sadəcə, müalicə edənlərinözünə təsəllisidi. Amma artıq təsəllinin qəfəsi sınıb. Və o sınmış qəfəsdən üzühəmin o yaralı torpağa tərəf əlində üçrəngli bayraq bir ordu gedir. Qisasalmaq, xilas etmək, haqsızlığı haqqın ayağına gətirmək və bir də öz yarasını müalicəetmək istəyən ordu. Və mən də özümdən asılı olmadan yaddaşıma ilişmiş həmin oşeirin təsiri ilə yazdığım bir bayatını öz-özümə pıçıldayıram:

Qançır yaran ağrıyır,

Dağsız aran ağrıyır.

Qorxuramsoruşmağa

Daha haran ağrıyır-

Torpaq?..

Hə, bu sualıncavabını hər kəsin öz ixtiyarına buraxıram. Amma mən o ağrıyan torpağın mütləqsağalacağına, mütləq ayağa duracağına son günlər daha çox inanıram. Bəlkə dəpafoslu səslənəcək. Amma sovet dönəmindən yadımda qalıb. O vaxtlar bizə"aprel günəşi"ndən danışırdılar, "aprel günəşi"nisevdirirdilər. O ideyanın müəllifləri deyəsən tələsiblərmiş. Sən demə, həqiqətənaprel günəşi, aprel ümidi var imiş. Sadəcə o,aprelin 1-dən 2-nə keçən gecəyə təsadüf edirmiş...

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV