adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Aprel 2016 14:41
34636
HÜQUQ
A- A+

Emin Millinin qaynı azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam edib.


Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov müdafiə çıxışı edib. O, çıxışında Nazim Ağabəyovun heç zaman narkotik maddədən istifadə etmədiyini bildirib. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nazim Ağabəyov son sözlə çıxış edib. O, bildirib k, heç zaman cinayətkar olmayıb: "20 ilin mütəxəssisiyəm. Evimdə xəstə uşağım var. Heç bir zaman narkotik maddələrin dövriyyəsi ilə məşğul olmamışam. Nə siqaret nə də spirtli içli istifadəçisi deyiləm. Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam. Hər zaman dövlətimi dəstəkləmişəm. Vergimi vermişəm. Bəraət çıxarılmasını istəyirəm".

Xatırladaq ki, prokuror ötən prosesdə məhkəmədən Nazim İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Hakimlər kollegiyasının qərarı isə belə oldu:
- Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 - cü( külli miqdarda narkotk) maddəsi 234.1(narkotik vasitə) maddəsi ilə dəyişdirilib. 70-ci maddə ( şərti cəza ) tədbiq edilərək 2 il müddətinə şərti olaraq cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.