adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

«DOLU»DAKI KOMANDİR KİMİN OBRAZIDIR?

AQİL ABBAS
91712 | 2016-04-21 17:22

Görkəmli aktyorumuzMəmməd Səfanın «Dolu» filmində böyük bir ustalıqla yaratdığı Komandir obrazı ilə bağlı mənə hələ də suallar ünvanlayırlar ki, siz Komandir deyəndəhəyatda kimi nəzərdə tutmusunuz?

Mənim son romanlarımda və povestlərimdərəsmi adlar yoxdur. Bütün adlar rəmziləşdirilib. Bu da mənim yazı üslubumdu. Eləcədə «Dolu» romanında bütün adlar rəmzi məna daşıyır: Komandir, Drakon, Pələng, Müəllim,Rəis, Katib, Qeyrət Dağarcığı… Mən orda onların hamısının adını yaza bilərdim. Mənimfikrimcə, bu müharibədə ölümün gözünə dik baxan hər bir döyüşçü Drakondu, Pələngdi,Qeyrət Dağarcığıdı, Müəllimdi... Mən onlarla bir yerdə döyüşlərdə olmuşam, onlarınkeçirdiyi hissləri keçirmişəm, yaşadıqlarınıyaşamışam. Və onları bir-birindən ayırmamışam.

Komandir! Müharibədə də Qarabağda vuruşan bütün komandirlərlə demək olarki, münasibətim olub. Bəziləri ilə dostluğum olub, hətta uşaqlıqdan bir yerdə olmuşam. Yəni mən romandaKomandir obrazını yaradanda təbii ki, gözümünqabağında bir insan olub və adını da yaza bilərdim. Necə Mehdi Hüseynzadə, Həzi Aslanov haqqında əsərlər yazırlar, mən dəhəmin adamın adını romanda və filmdə əbədiləşdirə bilərdim. Amma eləmədim. O romanıbütün komandirlərə, bütün drakonlara, bütün pələnglərə həsr elədim.

Qarabağ müharibəsində bütün komandirlər xalqın içindən çıxanlar idilər. Deməkolar ki, heç birinin hərb elmindən xəbəriyox idi. Deyək ki, Şirin Mirzəyev, Nəcməddin Sadıqov, Talıb Məmmədov… istisna idi.

Qaçaq Nəbinin də hərb elmindən xəbəri yox idi, Soltan bəyin də. Amma onlar hərb elmini mükəmməl bilən çox generalları və zabitləri diz çökdürürdülər, hətta generalın küçük kimi qulağınıkəsirdilər.

Yəni mən nəzərdə tutduğum Komandirin adını ona görə yazmadım ki…

… Bəs Goranboydan Maşallah Əhmədov, Rasim Əkbərov? Bəs TərtərdənSərdar Həmidov, Vəzir Orucov, Şahin Tağıyev? Bəs Şuşadan Mikayıl Gözəlov, FəxrəddinHəsənov, Ramiz Qənbərov? Bəs Laçından Arif Paşayev, Füzulidən Mobil Yusifov? Malıbəylidən «Drakon» ləqəbli AzayQuliyev, güləbirtli Vaqif, Qubadlıdan Əliyar Əliyev, Cəbrayıldan Rəşid Məmmədov(Qara Rəşid), Xocavənddən Eyvaz Hüseynov, İbad Hüseynov, İlyas Hüseynov, TovuzdanKərbəlayı, Qazaxdan Alik Muradov, Ağdamdan Eldar Bağırov, Fred Asif, Yaqub Məmmədov(Qatır Məmməd), General Ərşad, Şelli Eldar, Şirin Mirzəyev, Elmar Ədilov, Hacı ƏkbərRüstəmov («Dolu» filmindəki Müəllim) …

… Mən onları və adlarını çəkmədiklərimi nəzərdə tutduğum Komandirdənfərqləndirmək istəmədim. Və bir daha deyirəm, bu adamların heç birinin hərbdən xəbəri yox idi. Bunlar fitrən hərbçi idilər.Qanlarındaydı komandirlik, qanlarındaydı igidlik. Qanlarındaydı bir ordunu idarəetmək, döyüşə aparmaq. Çox qəribə idi ki, bunların səsləri də başqalarından fərqli idi. Yəni əmr verəndə elə bil Koroğlu nərəçəkirdi.

Və gəldik obrazınıyaratdığım Komandirə. İndi bu sirri aça bilərəm: Azərbaycanın Milli Qəhrəmanı ALLAHVERDİBAĞIROV! Qafqaz Qartalı. Ləqəbi elə «Qartal» idi.

Adı gələndə ermənilərinrəngini qaçıran Allahverdi Bağırov. 1003xocalılını erməni əsirliyindən azad edən Allahverdi Bağırov.

Ağdamdakı bütünkomandirlərin Komandiri Allahverdi Bağırov. Arxasınca yüzlərlə, minlərlə igidi döyüşəaparmağı bacaran Allahverdi Bağırov. Döyüşünönündə gedən Allahverdi Bağırov. Döyüşdə zəiflik göstərən hərbçi zabitlərin ayaqlarınıtitrədən Allahverdi Bağırov.

Və mənə hələdə elə gəlir ki, hansısa xain tərəfindənminaya salınıb öldürülməsəydi (getdiyi yolu geri qayıdarkən, Şirin Mirzəyev də getdiyi yolugeri qayıdarkən minaya salınmışdı) ermənilərAğdamı işğal edə bilməzdi.

Ruhu da digərşəhid olmuş Komandirlər kimi Ağdamda, Qarabağda bizi gözləyir Allahverdi Bağırovun.

Ruhunla görüşənədək!Sənin ruhunu sevindirənədək! Gözlə, qardaşım, gələcəyik!

Və 70 yaşın mübarək!


Eldar Bağırov - Milli Qəhrəman Allahverdi Bağırovun kiçik qardaşı,Qarabağdayaranan ilk bataliyonun komandiri



Elşən Bağırov - Milli Qəhrəman Allahverdi Bağırovun oğlu


"Qarabağ” futbol klubunun fanatları klubun kapitanı, məşqçisi və əslkomandirini heç vaxt unutmayacaq!



TƏQVİM / ARXİV