AĞDƏRƏLİ: «MƏN AĞDAMLI, TƏRTƏRLİ, KƏLBƏCƏRLİ OLMAQ İSTƏMİRƏM»

AQİL ABBAS
84391 | 2016-04-20 13:34



Ağdərə DağlıqQarabağın ərazicə ən böyük rayonudur, əhalisinə görə isə Xankəndindən sonra ikincidi.Müharibə başlayanda 45 minə yaxın əhalisi vardı. Rayon Ağdam-Kəlbəcər və Tərtər-Kəlbəcər yolunun kəsişməsindəyerləşir. Çox strateji bir nöqtədir. Qarabağhadisələri başlayandan bu rayon həm daşnakların,həm də Ermənistandan göndərilən saqqallıların və muzdlu terrorçuların qərargahıidi.

Bir məsələni xüsusi qeyd eləmək istəyirəm. Dağlıq Qarabağdaəhalinin statistikası heç vaxt dəqiq aparılmayıb. 155 min göstərilirdi əhalinin sayı, onun da60 mindən artığı azərbaycanlılar idi. Hələ Sovetlər dönəmində də erməni bicliyi işləyirdi. Dağlıq Qarabağdakı ermənilərin sayınıartırmaq üçün həm İrəvanda qeydiyyatda olurdular,həm Xankəndində, həm Bakıda qeydiyyatdaydılar, həm də Xankəndində və ya olsun Əsgərandavə sairə. Dağlıq Qarabağda ermənilərin sayınınçox olduğunu göstərmək üçün.

Ermənilərin ənkompakt yaşadığı şəhər Xankəndi idi. XankəndininKərkicahan deyilən bir qəsəbəsi vardı, orda da azərbaycanlılar kompakt yaşayırdı. Qəsəbənin 3 minə yaxın əhalisivardı, bir də şəhərdə azərbaycanlıların yaşadığıiyirmiyə yaxın məhəllə. Və təbii ki, Xankəndininəhalisinin əksəriyyəti ermənilər idi.

Xankəndi niyəerməniləşmişdi? Tarixə bir balaca gərdiş edək. XIX əsrin əvvəllərində Rusiya Şimali Azərbaycanıişğal edəndə rusların hərbi bazalarının biri də Xankəndində yerləşirdi.

Sözgəlişi. Sonra da oldu 366-cı polk, ermənilərlə birlikdə Xocalı soyqırımınıtörətdi və Qarabağın digər rayonlarını işğal elədi. Yəqin hələ də elə ordadı.

Ruslar orda ilk hərbi bazalarını yaradanda təbii ki, heç bir azərbaycanlınə onların donuzunu otarmadı, nə çəkməçilikelədi, nə dülgərlik, nə dəlləklik. Nə atlarını qaşovladılar, nə də dəvələrinin filanyerini yağlamadılar və sair və ilaxır. NəticədəQarabağda mövcud olan beş erməni kəndindən erməniləri yığdılar Xankəndinə, ruslara nökərçilik eləmək üçün vəhələ də həmin nökərçiliyi eləyirlər. YəniXankəndinin erməniləşməsinin səbəbi bu idi.

Ulu Öndərin çox müdrik bir siyasətinəticəsində (ermənilər bunu çox gec anladı, tez anlasalar nə fərq edərdi Heydər Əliyevin qarşısında) Xankəndi sürətlə azərbaycanlaşdı. Orda Pedaqoji İnstitutaçdı və o institutda oxuyanların da yarıdan çoxu Qarabağdan və ətraf rayonlardangələnlər idi. Təxminən 100-dən çox azərbaycanlı professor, müəllim və işçi çalışırdı bu institutda və ailələri dəköçmüşdü Xankəndinə. Yazını hazırlayarkənhəmin illərdə institutun prorektoru olmuş görkəmli şair Ənvər Əhmədlə əlaqə saxlayıbbir rəqəmi dəqiqləşdirdim. Azərbaycanlı tələbələrin sayı da 1200 nəfərdən artıqolub. Faiz nisbətində 60-40 ermənilərin xeyrinə idi. Bunların dalınca gedən valideynləri, sevənləri.Ermənilər bir də ayılıb gördü ki, Xankəndində ermənicə danışan yoxdu, ermənilərdə azərbaycanca danışır.

Ulu Öndər Xankəndiniazərbaycanlaşdırmaq üçün daha bir addım atdı. Sənaye müəssisələri açdı Xankəndində,işçi tapılmadı, məcbur oldular yaxın kəndlərdəki azərbaycanlıları ora işə qəbul etsinlər.

Bir statistikanı da qeyd eləmək istəyirəm. Qarabağ müharibəsi başlayana qədər bölgədəki rayonların əhalisininsayı belə idi:

Martuni – 18 min, Əsgəran – 20 min, Şuşa – 20 min…

… XX əsrin əvvəllərindəŞuşada 70 mindən artıq əhali yaşayırdı. 1905, 1914-18-ci illər müharibələrindənsonra və bir də 20-ci ildə sovet hakimiyyəti qurulanda Şuşa əhalisi pərən-pərən salındı. Şuşa Qarabağın mərkəzi, belədesək, xanlığın paytaxtı olduğu üçün xannəsilləri və bütün bəylərin nəsilləri Şuşadayaşayırdı. Sovet hökuməti nəinki bəyləri güllələyirdi, qohumlarını güllələyirdi, həttayeddi arxa dönənlərini də, qulluqçularını da güllələyirdi. Ona görə də həmin nəsillərŞuşanı tərk etməli oldular, əsasən Bakıya, Gəncəyə və bəziləri də Rusiyaya qaçdılarki, bəlkə izlərini, tozlarını tapmayalar…

… Hadrut –12 min, Xankəndi – 45 min. Xocalı onda rayon deyildi, əhalisi 10 minə yaxın idi.

Qayıdaq Ağdərəyə.Xankəndindən sonra erməni rayonu sayılan Ağdərə əhalisinin 30-35 faizi azərbaycanlılarıydı. Məhz elə ona görə də Dağlıq Qarabağda ikinci vəzifələrdəazərbaycanlılar işlədiyi kimi, Ağdərədə dəikinci vəzifələrdə azərbaycanlılar çalışırdı.Bu statistikanı niyə yazıram, aydınlaşdıracam.

AXCP hakimiyyətidövrü Ağdərə erməni işğalçılarından azad edildi. Daşnakların, separatçıların yuvaları darmadağın oldu. Həmin döyüşlərdə mən Tərtərdəydimvə elə səhərisi günü də Ağdərədə. Əlimdəavtomat vuruşmurdum, vuruşan oğlanlara ruhverirdim. Həmin döyüşün iştirakçıları dururlar(şəhid olanlara Allah rəhmət etsin), budur türkün ürəyi, budur türkün kişiliyi,qeyrəti, insanlığı, bizim döyüşçülər istəsəydiAğdərədən bir inni-cinni də salamat çıxa bilməzdi. Amma silahsız insanlara əl qaldırmağıqeyrətlərinə sığışdırmadılar. Yol açdılar, dinc əhali çıxdı.Həm Ağdam-Kəlbəcər, həm də Kəlbəcər-Tərtər yolu açıldı.Və Kəlbəcərə ilk gedənlərin biri də tanınmış jurnalist Hidayət Elvüsal oldu. Mən isə qayıtdım Ağdama.Hidayət Elvüsalla da köynəyimizi dəyişdik. Dedim, qardaş, mənim köynəyim dualıdı.

Bəli, Ağdərə azad oldu və AXCP hakimiyyəti bundan sonra çoxböyük bir səhvə yol verdi. Elə böyük səhvki, o səhvi hələ bu gün də düzəltmirik. Rayonu ləğv elədilər və Ağdam, Tərtər, Kəlbəcərarasında pay-pürüş elədilər.

Ötən seçkilərdəhörmətli Arif Rəhimzadə parlamentdə bu məsələni qaldırdı, mən də böyük bir dəstək verdim, həttadedim ki, qardaşlar, mən ağdamlı, tərtərli, kəlbəcərli olmaq istəmirəm, mən ağdərəli olmaq istəyirəm. Söhbət məndən getmir ha, söhbət ağdərəlidən gedir, onlarındilindən dedim. İndi təkcə 6 min ağdərəlisənəddə ağdamlı kimi gedir. O cümlədən bir o qədər ağdərəli tərtərli, bir o qədərağdərəli də Kəlbəcər sakini sayılır. Təbii ki, söhbət Ağdərənin azərbaycanlı əhalisindəngedir.

Onu da qeyd edimki, ağdərəlilər dəfələrlə rayonlarının bərpa olunması ilə bağlı müxtəlif ünvanlaramüraciətlər ediblər, «ağdamlı» ağdərəlilərin bir müraciəti də mənim arxivimdə olmalıdır,tapa bilsəm dərc edərəm.

O gün sosialşəbəkələrdə bir şəkil paylaşılıb.Talış zirvəsi götürüləndən sonra kəndin giriş lövhəsinə belə yazılıb: Ağdərə rayonununTalış kəndi. Və dərhal elə bizim ağzıgöyçəklər bu şəkli paylaşıbutanmadan onu lağ yerinə çeviriblər ki, Ağdərə rayonu var? Ermənilər də bundan istifadə edir.Bəs oranı azad edən əsgərlərimiz ora nə yazaydılar? Mardakert rayonunun Talış kəndi?Bu kənd Dağlıq Qarabağın ərazisidi və həmin ləğv edilmiş Ağdərə rayonunun kəndidi, pay-pürüşdə deyəsənGoranboya düşüb.

Ağdərənin beşkəndi, ən böyük kəndi olan Mərgüşəvan da başda olmaqla, Mərgüşəvanın indiki adıŞəhriyardı, işğal altında deyil...

…Həmin beş kənd(Mərgüşəvan qəsəbə idi, amma dilimiz öyrəşibkənd deyirik, guya qəsəbə deyəndə göydənalma töküləcək) Sərdar Həmidovun şəxsi şücaəti, tərtərlilərin və Azərbaycanınmüxtəlif rayonlarından Tərtərə köməyə gələnkönüllülərin qeyrəti və cəsarəti nəticəsindəyenidən Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Dəhşətik ey, Tərtəri erməni işğalındanqoruyan Sərdar Həmidovun ölümündən bir həftə keçmiş evinə oğrular girdi…

… İndi Seysulanında, Talış kəndinin də nəzarəti bizim əlimizəkeçib. Deməli, Ağdərənin 7 kəndi bizim nəzarətimizaltındadı.

Mən hələ keçənseçkilərdə Parlamentdə bu məsələyə toxunarkən bildirdim ki, AXCP-nin bu böyük səhvi düzəldilməlidir. Ağdərə rayonu yenidən bərpa olunmalıdır. Elə Şəhriyar kəndində də Ağdərərayonunu formalaşdırmaq mümkündü. Şəhriyar Ağdərənin ikinci ən böyük kəndi idi. Sadəcə olaraq, vəsait lazımdı, vəssalam. Həm qəsəbənintəmirinə, həm də bərpa olunacaq rayonun fəaliyyətinə. Və Ağdərənin əhalisi də Xocalı və Xocavəndin əhalisindənçoxdu. Və əslində Xankəndi şəhərinin də icra orqanlarıbərpa olunmalıdı. Xankəndində də15 mindən çox azərbaycanlı yaşayırdı, şəhərin əhalisi də əvvəl qeyd etdiyimkimi 45 min idi. İndi deyəsən Xankəndinində əhalisinin yarısı Ağdamın üstündə gedir, yarısı da Şuşanın.

Bu xəmir hələki, su aparır. Müxtəlif versiyalar irəli sürülür: «5», «5+2», Dağlıq Qarabağınstatusu və bu status məsələsində də referendum. Əgər referendum olarsa, avtomatik olaraq 18 min ağdərəli bayırda qalır, nə bilim nə qədərdə Xankəndindən olanlar. Çox təəssüf ki, məndə bunun dəqiq rəqəmi yoxdu.

Məsələ bu. Ağdərə rayonubərpa olunmalıdır, ən vacibi. Xankəndinə sonra da baxmaq olar.

Yəqin ki, parlamentin növbəti iclasındahörmətli Arif müəllimlə də məsləhətləşibbu məsələni gündəmə gətirəcəyik.

Və yəqin ki, gec də olsa parlamentAXCP-nin səhvini düzəldəcək.



TƏQVİM / ARXİV