adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

TASLARIN HAMAMDAN İSTİ OLMASI...

BABƏK YUSİFOĞLU
43130 | 2013-01-24 10:40

Ermənilərintürklərə qarşı psixi xəstəlik dərəcəsinə çatmış nifrəti artıq özlərini beləməhv etməkdədir. Acından köpük qussalar da, bir parça çörək üçün evlərini qoyubkütləvi şəkildə hara gəldi göçsələr də, ölkələrinin iflas həddinə gəldiyinibilsələr də həyatları asılı olduğu Türkiyəyə, Azərbaycana qarşıdüşmənçiliklərinə bir an olsa belə ara vermirlər. Hər bir imkandan yararlanıbtürklərə qarşı çamuratma kampaniyasına baş vururlar.

Əslində bugün onların xəstə ideologiyalarının istənilən təzahürü daha kimsə üçün təəccübyaratmır. Onlar elə yalanlar uydura bilərlər ki, elə xəyanətlər edə bilərlərki, insan oğlunun dəhşətə gəlməkdən başqa çarəsi qalmaz.... Ola bilər ki,günlərin birində ermənilər İstanbulunqədim erməni dövlətinin paytaxtı olduğunu iddia etsinlər, hətta utanmaqbilmədən bunun üçün haralarasa müraciətdə ünvanlasınlar. Hətta yalan tarix də yazsınlar... Çünki bu onların artıqmilli ideologiyasına çevrilib.

Əlbəttə,bütün bunlar hər kəsə məlum olduğu üçün daha təəccüblü deyil və təfərrüata varmaq istəmirəm. Erməni düşmənçiliyi bəs necə ola bilər ki?Amma...

Ammatəəccüblü olan başqa bir məqam var. Bu cür xəstə nifrətin türk adı və soyadıdaşıyanlarda da görünməsi həqiqətən də qəribədir. Normal bir insan çörəyiniyediyi, suyunu içdiyi, torpağında gəzdiyi bir millətə içində bu qədər nifrəti,kini haradan qazana bilir görəsən?Əlbəttə, onların sayı çox olmasa da nə yazıq ki var.

Türkiyəninüzdəniraq bir yazarı, üzdəniraq hüquq müdafiəçisi var: Raqip Zarakoğlu. Əvvələronun haqqında bəzi şeylər eşitmişdim. Amma onun ermənilərdən də betər erməniolduğunu güman edə bilməmişdim. Lakin Zarakoğlunu erməni yaltaqlığına, türkəqarşı mübarizəsinin dərəcəsinə,nifrətinə görə Ermənistan prezidenti Serj Sərkisyan tərəfindənmükafatlandırıldığını əks etdirən fotosunu görərkən inandım. (Həmin şəkliyazıda təqdim edirəm) Raqip Zarakoğluməhz Anadoluda imkan əlinə düşən kimi tükləri kütləvi şəkildə qıran,Türkiyədən torpaq, təzminat tələb edən, türkləri qondarma"soyqırım"da günahlandıran, Azərbaycan türklərini qətlə yetirən,Xocalıda hamilə qadınları, körpələri belə süngüyə keçirən erməniləri daimmüdafiə etdiyi üçün mükafatlandırılıb.

Və bumükafatlandırılmadan sonra daha da ilhamlanan Zarakoğlu son dövrlərdəAzərbaycan əleyhinə də fəaliyyətinigücləndirib. Yerevanda oturan sahiblərindən aldığı sifarişlər əsasında Azərbaycan torpaqlarının işğalına haqqqazandıran bəyanatlarla, yazılarla çıxışlarını aktivləşdirib. Bir neçə gün öncəmətbuat konfransı keçirən bu erməni yaltağı növbəti dəfə alçaq tələblərə çıxışedib: "Türkiyə Qarabağ prosesinəmüdaxilə etdiyi və buna görə ermənilərlə sərhədini bağladığı üçünErmənitanla münasibətlərini normallaşdıra bilməz. Türkiyə istəyir ki, ermənilər1915-ci il hadisələrini unutsun. Buregional böhrana gətirib çıxaracaq. Göründüyü kimi Türkiyənin bu davranışları Qarabağprobleminin nizamlanmasında başlıca əngəldir. Əslində Türkiyə özünü başqa cüraparmalıdır. Qarabağ probleminin nizamlanmasına kömək göstərmək üçün Ermənistanlamünasibətlərini qaydaya salmalıdır. Lakin bugünkü situasiya göstərir ki, hələdə Türkiyədə pantürkist idelogiya mövcuddur".

Çıxışındadaha da irəli gedən Zarakoğlu ermənilərin Qarabağda aeroportu işə salmaqcəhdlərindən də bəhs edərək ermənilərə dəstək verib: "Türkiyə də Qarabağdaaeroportun açılmasını istəmir, amma özü Erbilə gündəlik təyyarə uçuşlarınıhəyata keçirir. Bu ikili yanaşmanı mən başa düşmürəm. Azərbaycan tərəfindən dəçox aqressiv davranışlar nümayiş olunur.Bunlar praktik olaraq müharibə çağırışlarıdır. Mənim üçün də maraqlıdır,ATƏT-in Minskqrupu bunlar haqqında nə düşünür? Mən İsveçrədə Ermənistan-Türkiyəprotokollarının paraflanması anını unuda bilmirəm. Onda ermənilərin vətürklərin xarici işlər nazirlərini bir stol ətrafında oturtmağa məcbur edəngüclü dövlətlər indi Türkiyəyə öz avantürist siyasətini dəyişmək üçün məgərtəzyiq göstərə bilmirlər?"

O, Türkiyəilə Azərbaycanın Ermənistana qarşı hərəkətlərini pisləyərək bəyan edib ki,Ermənistan bu regionun Kubasıdır. Əlbəttə, bu cür fəaliyyət, bu cür bəyanatlar,məqalələr onun həqiqət axtarışından, hüquq müdafiəçiliyindən irəli gəlmir. Gəlsəydibir milyon Azərbaycan türkünün yaşadıqları evlərdən qovulduğundan,azərbaycanlıların kütləvi şəkildə, vəhşicəsinə öldürülməsindən də bircə cümləbəhs edərdi. 65 illik həyatında çörəyini yeyib, suyunu içdiyi ölkəninhaqqını müdafiə edən bir məqalə yazardı.

Əlbəttə,belələri bizim bu cür münasibətimizdən ruhlanıb elə bilməsin ki, onlarınyazdıqlarının, danışdıqlarının, bəyanatlarının nəsə bir sanbalı vardır. Və bizbuna görə narahatıq. Xeyr. Əsla belə deyil.Bütün bunları ona görə qeyd etdik ki,belə satqınlar da millətinyaddaşında möhkəm qalsınlar. Kinsiz türklərə arxadan xəncər saplayanlar axı azolmayıb...

BABƏKYUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV