ANA SƏHİFƏ / YAZARLAR

HANSI MƏZHƏBƏ QULLUQ EDİRSƏN?

Fəridə RƏHİMLİ

29712    |   2016-04-16 18:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Allah insanları xüsusi bir sınaq yeri olan dünyada yerləşdirmiş və tarix boyunca onları xəbərdar edib qorxutmaq, doğru yola dəvət etmək üçün öz elçilərini haqq kitablarla göndərmişdir. Bu gün də Allahın göndərdiyi və möminlər üçün hidayət olan haqq kitab əlimizdədir. Haqqı batildən ayıran, keçmişdə inkar etmiş qövmlərin başlarına gələnlərlə bizləri qorxudan bu kitab Qurandır.

Azan səsi insanın qəlbinə bir huzur, rahatlıq gətirir. Müsəlman ölkəsi ola-ola azan səsinə möhtacıq. Əslində bəlli saatlarda hər tərəfdən azan səsi yüksəlməlidir. İnsanı düşünməyə, dünyanın faniliyinə, yaxşı əməllərə... səsləyən bu avaz niyə müsəlman ölkəsində qısılır? Namaz qılmaq üçün saata baxmağı deyil, azanı gözləsək, daha yaxşı olmazmı? Günü-gündən böyüyən Xırdalan şəhərində bircə məscid var. Ondan ucalan azan səsi şəhərin hər tərəfinə çatmır. Bir dini məclis olanda isə insanlar oraya sığmırlar...

Kiçik bir ölkədə sünni–şiə ayrımçılığı, eyni dinin iki məzhəbinin uzun illərdən bəri davam edən "didişmələri” hələ də davam etməkdədir. Bu düşmənçiliyin yeganə həll yolu İslamı dərindən, düzgün anlamaq və İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirməkdir. Yanlış saydığım məzhəblər deyil, Quranda olmadığı halda, məzhəblərdə özünə yer tapmış və insanlarda çaşqınlıq yaradan şiddəti təşviq edən cəza hökmləridir. Təkcə bununla da bitmir, əsrlərcə bu məzhəblər bir-birlərini günahlandıraraq, özlərinin haqlı olduqlarını sübut etməyə çalışsalar da, hələ də bir ortaq nəticəyə gələ bilməyiblər. Bu da onu göstərir ki, din müzakirə mövzusu deyil və hər kəs öz inancında qalmaqla, təbii ki, Müqəddəs kitaba istinad edərək, düzgün anlayaraq nəticə çıxarmaqla, digərini günahlandırmadan inancına hörmət edərək davam etməlidir. Bizim üçün müəyyən edici qüvvə məzhəb olmamalıdır, müəyyən edici güc və anlayış İslamdır. Hər məzhəb daşıyıcısı qırşınızdakını özü kimi düşünməyə məcbur eləsə, ümməti parçalamış olar. Bunun qarşısını almaq lazımdır. Məzhəb təəssübkeşliyindən xilas olmasaq, bu problemlərlə yaşamağa davam edəcəyik. Ötən illərdə QMİ nəhayət ki, birtəhər, iki məzhəb arasında azanının vaxtını bir araya gətirə bildi, yoxsa azan bir-birindən fərqli vaxtda səslənirdi və bu, çox gülünc idi. Təəssüf ki, bir çox xarici ölkələrdə, hətta ermənipərəst Fransada belə, hicab, azanqadağası götürüldüyü halda bizim bəzi ali məktəblərdə, firmalarda, müxtəlif iş yerlərində, hətta mağazalarda belə, hələ də bu işə soyuq münasibət qalmaqdadır. Sumqayıt universitetlərinin birində bu yaxınlarda baş verən olay da bunu təsdiq edir.

Məni həmişə düşündürən bir mövzu var, marağımı çox çəkir bu mövzu. Görəsən, nəzir qutularına atılan pullar hara gedir? İllər ərzində bir çox ziyarətgahlarda olmuşam və "nəzir qutuları”na kifayət qədər nəzir-niyaz toplandığının şahidi olmuşam. Hər dəfə bu qutulara rast gələndə eyni sual beynimdə fırlanır və bir müddət sonra unudurdum. Amma Türkiyədə rast gəldiklərim bu mövzuya bir də qayıtmağımı qaçılmaz etdi. Orada öyrəndim ki, bağışlar, nəzirlər, xüms, zəkat, sədəqə üçün xüsusi dərnəklər yaradılıb. Və o bağışları etmək istəyənlər aləmə car çəkmədən, televiziya efirlərində, saytlarda reklam etmədən, gətirdikləri məbləği sakitcə oraya verirlər. Orada qeydiyyat aparılır. Sədəqəsini yalnız Allah xatirinə edənlər kimsənin bilməsini istəməsələr də, məbləğ qeyd olunur və sonra hansı xeyriyyə məqsədiylə paylanacağı da orada qeyd olunur. Və bu yardımlar kimliyindən asılı olmayaraq ehtiyacı olanlara paylanır.

Orda ehtiyaclı bir azərbaycanlı tələbə ilə tanış olduq. Türkiyədə təhsili qazananda sevincinin həddi-hüdudu yox imiş. Amma indi o qədər əziyyətlər çəkir ki, o sevinci gözündə qalıb. Atası tərəfindən tərk edilən oğul anası və bacısını düşünərək əziyyətlərə dözür, tezliklə oxuyub qurtarmağa çalışır. Yuxarıda söylədiyim xeyriyyə dərnəklərinin biri bu gəncə üç ildir ki, yardım edir. Özəl qaydada imtahan vermiş tələbənin nə təqaüdü, nə qalmağa yeri, nə də təhsil, yemək haqqına aid heç bir güzəşti yoxdur. Əvvəl cüzi yardımlar edən anası devalvasiyadan sonra ixtisarla işdən çıxarıldığından nəinki ona kömək edə, heç öz borclarını da ödəyə bilmir. Ordan döndükdən sonra bizdə də elə təşkilatların, xeyriyyə fondlarının, məscidlərin olub-olmadığını araşdırdım. Təəssüf ki, nəticə mənfi idi. Bir dindar qardaşımız əvvəllər belə yardımlar etdiklərini dedi, amma devalvasiya ilə əlaqədar indi davam edə bilmədiklərini də vurğuladı.

O tələbəni tez-tez düşünürəm. Gələcəkdə ehtiyacımız olan bir istedadlı gənc, nə qədər qardaş adlandırsaq da, "bir millət, iki dövlət” desək də fakt başqa bir ölkədə pis (dilim gəlmədi içimdəkiləri yazmağa) vəziyyətdədir. Ona kömək üçün inzibati qaydada müraciətlərim oldu. Anladığınız qədər faydasız çarpışma oldu.

Trabzondakı o xeyriyyə təşkilatının işlərini düşündükcə, əməllərini gördükcə Universitet məhəlləsi Kocatepe camisinin imamı İbrahimhocaya, məhəllə muxtarı Ahmet bəyə və ildə bir neçə dəfə bu dərnəyə külli məbləğ pullar bağışlayan yardımsevər insanlara minnətdarlıqdan başqa bir söz tapmıram. Əsl müsəlmanın etməli olduğu belə əməllərə təəssüf ki, ölkəmizdə az-az rast gəlinir. Doğrusu, mən heç rast gəlməmişəm. Müalicəyə, əməliyyata ehtiyacı olanlar da olub, işə də... Hardasa varsa belə yardımsevərlərimiz, məndən inciməsinlər, çünki facebook səhifələrində, qəzetlərdə, saytlarda çoxlu sayda yardıma ehtiyacı olan insanlar haqqında məlumatlar yayılır, imdad dilənir. Mən ehtiyaclı insanların – məcburi köçkün və qaçqınların əhatəsində yaşayıram, mənim məhəlləmdəki qaçqın olmayanlar da elə də yaxşı yaşamırlar, amma indiyə qədər onlara dövlət xəttiylə olan cüzi yardımdan başqa heç bir rəsmi, özəl xeyriyyə təşkilatının, yaxud imkanlı insanların yardım etdiyinin şahidi olmamışam.

Qardaş ölkədəki bu ənənəni çox bəyəndim. Bu işdə Yönetim kurulu başkanı (dərnək rəhbəri) Mehmet Alamdağın əməyini xüsusi qiymətləndirən muxtar Ahmet onun haqda danışanda üzünə təbəssüm qonur: Cami dərnək başkanı bizim bel sümüyümüzdür, onun bizlərə verdiyi həyəcanla biz bu işləri yürüdürük. Kıprıs gazimiz də var – Hüseyn Altınsoy, bizim hesab uzmanımız. Adının çəkilməsini istəməyən, belə yardımları yalnız Allah bilməlidir, deyən Hayati Yavuz bəy də var. O bizə hər an dəstək olan biridir. Belə işlər birlik icində, bərabərlik icində, camaatla, xalqla olan bir işdir,-deyir muxtar Ahmet, hamı bu gözəlliklər icində çalışır. Başqanımız Mehmet bəy bu xeyirli işdə bizim icin hər şeydi, bizlər də onun əsgərləriyik. Bu yolda bərabər başladıq, deyə, muxtar bu xeyirxah işlərdən birini - bitməkdə olan cami binasını göstərir - rəhmətlik atam Metin Varolun da ilk addımdan - təməli qoyulandan caminin işlərində əməyi çox olub.

Bəli, xeyirxahlıq yalnız maddi kömək deyil. Həm də inanın insana inamı, güvənidir. Məzhəbin nə olursa, olsun, məqsədin insanlıq olmalıdır.




İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK