TƏKLİYİN GÖRÜNMƏYƏN TƏRƏFİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
58677 | 2016-04-15 17:15

Bütün hallarda həyatgözəldi, deyirlər – kədəriylə, sevinciylə, göz yaşıyla, gülüşüylə. Amma təbii ki,yaşayana!!!...

Məsələnin mahiyyətidə elə burdadı. Yənihər sözün bir alt qatı var. Oalt qatı görmək hər adama nəsib olmur və ona görə də onlar ya hamıdan xoşbəxtdirlər, ya da hamıdan bədbəxt... Çünki alt qatında üsyan,etiraz, sevgi, nifrət, azadlıq, ölüm və digər çağırışlar gizlənən sözün məhz o tərəfinigörməyənlər özlərini xoşbəxt sayırlar. Burda bir açıqlama da verim ki, bu zümrəyədaxil olanlar daha çox görmək istəməyənlərdi. Amma həmin o alt qatdakı ironiyanı,iynə-sancağı, müxtəlif sarkazmları, hətta həqarəti və təhqiri görmək istəməyənlərdə «xoşbəxtdi» öz ölçüləri ilə…

Deməli, mən bu söylədiklərimihəftə boyu içimdə dəfələrlə eninə-boyuna ölçüb-biçmişəm və görmüşəm ki, düşüncələriminvə əmin olduğum bu gerçəyin ölçüsü bir iynə boyudu. Həmin o bir iynə boyu içərisindəhəyat var – yaşayanlar üçün də, yaşamayanlar üçün də. Müxtəlif səbəblərdən o bir iynə boyu həyatı cəhənnəmədə çevirmək mümkündü. Amma içində sevgi olsa, ümid olsa, inam olsa, ən vacibi Tanrıxofu olsa, həyatı o iynə boyu yaşamağa kifayətedər. Bax, bu qarma-qarışığın içərisində bir şah damar var. O da insanın özü, onunkimliyi, onun baxışlarıdı. Deməli, mən ötən əsrin 80-ci illərinin sonlarından bugünə qədər olan zaman kəsiyində o iynə boyu həyatı tək-tək hallarda tapıb görə bilirəm.O da bu zaman kəsiyinin içərisində yaşadığım sözün və bütövlükdə gözümün görüb,ağlımın kəsdiyi hər şeyin alt qatına enə bildiyim məqamdı. Bax, o məqamda həyatıda tanıyıram, adamları da tanıyıram, sözü də tanıyıram. Ən vacibi isə özüm-özümütanıyıram onda. Özümü tanıyandao iynə boyu həyat o qədərhüdudsuz, o qədər gözəl olur ki, heç doya bilmirəm. Və o sevincin, o həyatın kandarınaayaq basanda, elə bil ki, hər şey dəyişir, hər şey yenə o həyatdan kənardakı mühitünağuşuna qayıdır. Və…

Və onda görürəm ki, bu həyat heç də yaşamalı deyilmiş. Çünki bu həyatdatəklik, tənhalıq deyilən bir anlayış da var. Bu təklik, tənhalıq öncə sənin ətrafındanbaşlayır və hopur sənin canına, qanına. Səni anlamayanların, səni duymayanların,sənin ola-ola sənin əlindən alınanların zərbələri, yükü sıxır səni… sıxır bir küncə…sıxır özünü öz içinə… Sən öz içində bir udumluq havayla yaşamağa məcbur olursan. Ürəyin açılmır, əl-qolunaçılmır, sözün göyərmir, üzün gülmür, gözlərin qırx arşınlıq quyu dibinə çevrilir.Az qala səhrada tək ağaca dönürsən. Bütün zərbələri təkbaşına qarşılaya-qarşılaya,bütün zərbələrə sinə gərə-gərə. Və bir də bu məqamda hardansa oxuduğum misra döyüryaddaşımın qapısını, pəncərəsini:

İçimi göynətdi çəkdiyimdərdlər,

Gəlmişəm yanındaağac olmağa.

Sona Vəliyeva

Bəli, məhz həmino məqamda gözün yanında ağac olmağa gələni axtarır. Çünki o, sənin təkliyinin birparasıdı, bir hissəsidi və yaxud da bəlkə özüdü. Sən o təkliyin içində ürəyindən keçirdiyini, xəyalında qurduğunu görməkistəyirsən. O da əgər gəlirsə… Təəsüf ki, bu dediyim, bu yazdığım fikir də, sözdə elə bu həyatın özünün bir mənzərəsidi. Nə yazıq ki, bu gerçək bəxtimə düşən iynəboyu əsl həyatın arzusudu, onun haqlı tələbidi. Mən isə bu arzunu, bu tələbi gerçəkləşdirəbilmirəm. Səbəbi də həmin o dediyim ətrafdı, o çevrədi, o mühitdi. Nə isə…

İndi gözümü bir nöqtəyəzilləyib bütün bu yazdıqlarımı, sizin oxuduqlarınızı ələkdən keçirmək istəyirəm.Bu istəyim də təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, mən həyatla onun mənəverdiyi təkliyin orta məxrəcini tapmaq niyyətindəyəm. Orta məxrəc də elə-belə tapılmır.İstəyir siyasətdə olsun, istəyir iqtisadiyyatda, istəyir əxlaqda. Ümumiyyətlə,ortada olmaq sağa-sola əl uzatmaq kimi gəlir mənə. Burdamüsbət çalarlar tapmaq mümkündür. Amma nədənsə mən həmin məqamı çarmıxa çəkilmişİsa ilə müqayisə edə bilirəm. Elə o müqayisə də hardasa özümdən asılı olmadan birvəhylə, bir hökmlə mənə pıçıldayır ki, sonuncuKitabımız, sonuncuPeyğəmbərimiz bəlkə də o mənzərədən həm dəmənim kimi düşünənləri yayındırmaq, uzaqlaşdırmaq üçün Tanrı tərəfindən göndərilib.Göndərilib ki, öz yerini, öz kimliyini biləsən, tanıyasanvə orda dayanıb, orda durasan. Hətta tək olsan belə.

Bu günlər o təkliyiniçərisindən çıxmaq şansı yarandı məndə. Savaşın içimdə yandırdığı ümid işığı o təkliyin buzunu əritməyə başladı.Və mən özüm də bilmədən yavaş-yavaş ətrafımda həmin o işığın təsiri ilə puçurlayan, göyərən, tumurcuqlayan ağacları görməyəbaşladım. Məhz bu anda dərk etdim ki, onlar mənim yanımda ağac olmağa gələnlərdi…onlar Şuşaya, Qarabağa getmək istəyənlərdi. Və mən onlara baxa-baxa nə vaxtsa yazdığımmisraların içimə bir təpər verəcəyini də sanki anladım və qayıtdım o misralara.Çünki ehtiyac duydum.


Mən qırx dəvə yükünü

Çəkirəm, çəkirəmhələ…

Şumlayıram sinəmə

Əkirəm, əkirəm hələ–

Vətənsizliyi!


Canın tüstüsübuludda

Çökürəm, çökürəmhələ…

Güvənib bir tək umuda-

Sökürəm, sökürəmhələ

Vətənsizliyi!


Yarımçıq sözün ahına

Fikirəm, fikirəmhələ

Ruhumu şəhid ruhuna

Bükürəm, bükürəmhələ-

Vətənsizliyi!..


Bəli, təkliklə təkbaşınaqalıb, həm də vətənin içində vətənsizliyi yaşamaq bəlkə də bizdən başqa heç kiməyazılan tale deyil. Bilmirəm, bunun səbəbi nədi? Bilmirəm, başqa bir kimlərsə varbizim kimi… Bilmirəm, ümumiyyətlə,bu niyə belədi? Amma bildiyimodurki, təkliyin də, tənhalığın da damarında mütləq bir işıq,bir ümid olmalıdı. Əgər bu varsa, mütləq o təkliyin, o tək ağacın yanında kimsəəkilməyə, ağac olmağa gələcək. Ola bilməz ki, kimsə gəlməsin… Ola bilməz ki, kimsəo tək ağacı görməsin… Ola bilməz ki, kimsə o tək ağacı duymasın… Və bir də ola bilməzki, dünyanın harasındasa tək ağaclar olmasın…

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV