adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Aprel 2016 12:23
67853
MÜSAHİBƏ
A- A+

Millət vəkili: “Beynəlxalq təşkilatlara inam azalıb” - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın Adalet.az-a müsahibəsi

-Aytən xanım, son günlər cəbhədə baş verən hadisələr barədə nə deyə bilərsiniz Bu erməni təxribatıdır, yoxsa hansısa bir mənbədən qaynaqlanır?

-Bu hadisələrdən sonra mən Azərbaycan xalqında ruh yüksəkliyi, ordumuzla qürur hiss yaşadığını gördüm. O cümlədən əmin oldum ki, xalqımızın vətənpər övladları dövlət başçısının döyüş əmrini necə ruh yüksəkliyi ilə gözləyirlər. Şübhəsiz ki, bütün bunlarda sosial şəbəkələrin yardımı da böyü rol oynadı. Sosial şəbəkələr xalqın güzgüsüdür, onların yaşadığı həyəcanı bizə göstərir. Ümumiyyətlə onu qeyd edim ki, uzun müddətdir Azərbaycanla Ermənistan arasında atəşkəsin olmasına baxmayaraq düşmən tərəfinin təz-tez bu atəşkəsi pozduğunu qəzetlərdən oxuyuruq, telekanallardan izləyirik. Düşünürəm ki, düşmən qüvvələrinin cəbhəyanı bölgələrdə yaşayan dinc əhalinin yaşayış evlərinə silahlı zərbələr endirmələri qarşılığında biz bu tədbirləri görməli idik və bu cür münaqişə vəziyyəti yaranmalıydı.

-Cəbhədə baş verənlərdən daha çox mülki əhali əziyyət çəkdi. Evlər dağıdıldı, məktəblər yarasız hala düşdü. İnsan Hüquqları İnstitutu olaraq hər hasnı beynəlxalq təşkilata müraciət etmisinizmi?

-Heç şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin gedişatını izləyərkən biz ordumuzda həm ruhən, həm də texniki cəhətdən yüksək irəliləyiş olduğuna şahid olduq. Bu müharibə idi. Müharibədə isə itkilər də olmalıdır, bəzən mülki yaşayş yerlərində də baş verir. Lakin məsələyə hüquqi tərəfdən qiymət versək, ilk növbədə deyə bilərəm ki, cəbhəyanı bölgələrdə yaşayan əhalinin davamlı atəşə məruz qalması məşhur Avropa Məhkəməsi, beynəlxalq qurumlar tərəfindən təəssüflər olsun ki, bu vaxta qədər pislənməyib və tənqid olunmayıb. Orada ikili standartın mövcudluğu bizə məlumdur. Həmçinin 25 ildir öz doğma yurdlarından didərgin düşən bir milyon qaçının işğal olunmuş torpaqlarda yaşayış evləri, doğmalarının qəbirləri qalıb və onlar bu yerləri görmək hüququndan məhrum olub. Bu baxımdan biz İnsan Hüquqları Məhkəməsində məsələ qaldırırıq. Beynəlxaq səviyyədə bu haqsızlığın qarşısında Avropa Məhkəməsinin da aciz olduğu ortadadır. Buna baxmayaraq birinci Qarabağ savaşında yurdlarından didərgin düşmüş bir milyon əhalinin arxasında 7 milyon insan dayandı, onlar yaşayış evləri ilə təmin olundu. Biz bununla göstərdik ki, bəzi beynəlxaq təşkilaların bu sahədə təcrübə azlığı olduğu halda Azərbaycan bacarıqla işin öhdəsindən gələ bilib.

-İnsan Hüquqları İnstitutunun fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-İnsan hüquqları geniş məzmunlu xarakter daşıyır. Embrionlardan başlayaraq insan cəsədinə qədər həyat insan hüquqlarından ibarətdir. İnsan həyatı boyu müəyyən problemlər ortaya çıxa bilər, bu hüquqi problemlərin həlli üçün bizim İnstitut fəaliyyət göstərir. Fəaliyyətimiz həm də beynəlxalq hüquqi məsələlər də özünü gösətirir. Erməni təxribatına qarşı bir sıra təbliğat kompaniyalarına qoşulmuşuq. Xarici dillərdə kitablar, broşurlar hazırlayıb beynəlxalq mətbuatda dərc olunmasına nail olmuşuq. Misal üçün deyə bilərəm ki, Fransada erməni soyqırımın tanınmaması haqqında danışanlara qarşı cinayət məsuliyyəti qüvvəyə minəndə biz dərhal buna cavab olaraq Fransız və ingilis dillərində erməni terrorçu qrupları tərəfindən Fransada törədilmiş terror aktları haqqında broşurlar dərc etdirdik. Səfirlik və diaspora təşkilatlarının köməkliyi ilə onların yayımını həyata keçirdik. İnstitut "Xocalıya Ədalət” kompaniyasına da həmişə öz töhfəsini verib. Beynəlxalq sahədə fəliyyətimizlə bərabər respublika daxili hüuqi məsələlərlə da maraqlanırıq. Həm sosial, həm səhiyyə sahəsində insan hüquqlarının qorunması sahəsində mütəxəssilər hazırlayırıq, dərgilər çap etdiririk, bir sıra dərsliklər yazılıb. Vətəndaşların hüquqi maarifləndirilməsi yönündə də fəaliyyətimiz var. Bunlardan əlavə biz vətəndaşları sağlam qidalanmaları üçün yeni modifikasiya olunmuş məhsullar barəsində maarifləndiririk.

-Beynəlxalq əlaqələr hansı formada inkişaf edir?

-Sözsüz ki, bir sıra beynəxalq təşkilatlarla iş prosesi davam edir. ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu, Avropa Şurası, BMT və digər qurumlarla birgə fəaliyyətimiz olub. Bu da bir reallıqdır ki, artıq cəmiyyətdə bu qurumlara o qədər də inam qalmayıb. Buna görə də, biz daha çox UNESCO ilə əməkdaşlığa üstünlük veririk. 5 il əvvəl ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı qəbul olunmuşdur ki, burada 9 bəndə uyğun olaraq, İnsan Hüquqları İnstitutu icraya məsul qurum kimi göstərilib.Konkret olaraq həmin proqramın ikinci fəslinin 2.1 bəndində vurulan zərərlə bağlı işlər aparılması məsələsi qarşıya qoyulan məqsəddir. UNESCO ilə birlikdə biz bu mövzularda yeni nəşr hazırlamışıq və yaxınlarda çap olunacaq.

-16 saylı Yasamal II Seçki Dairəsindən millət vəkili seçilmisiniz. Sizə şəxsi səlahiyyətlərinizdən kənar müraciət edənlər olubmu?

-Az hallarda müraciət ediblər. Bəzi vətəndaşların düşüncəsində deputat imkanlı görünür, ancaq bu belə deyil. Mənə təhsil haqqının ödənilməsi ilə bağlı və yaxud kiminsə evinin tikintisi yarımçıq qalıb deyə müraciətlər daxil olur. Sadəcə onu demək istəyirəm ki, mən hər hansı biznesmen deyiləm(red. Gülür), mən aliməm.

-Müsahibələrinizin birində məmurların bilik səviyyəsinin aşağı olduğunu dilə gətirmisiniz...

- Məmurlarla bağlı demişəm bəli, onların bilik səviyyəsi təəssüflər olsun ki, aşağı səviyyədədir. Bəzən hər hansı bir məsələni müzakirə edəndə həmin məsələnin məğzini dəqiq başa düşmürlər və ona görə düzgün və lazım olan cavabı onlardan almaq olmur.

-Məmurlar deyəndə konkret kimləri nəzərdə tutursunuz?

-Konkret ad çəkmək istəməzdim. Ancaq onu deyim ki, icra strukturlarında olan məmurlarda dediyim kriteriyalar özünü daha qabarıq göstərir.

-Bildiyimiz qədər Şamaxı haqqında kitab yazmışdınız. Kitabda hansı möczulara toxunmusunuz?

-Bəli həmin kitab artıq çap olunub. Həmin kitabda 20-ci əsrin əvvəllərində erməni vəhşiliyinin qurbanları haqqında ayzılıb. Ermənilərə qarşı davada mənim babam da qəhrəmanlıqla iştirak edib.

Rüfət Soltan