adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Aprel 2016 17:22
40813
TEXNOLOGİYA
A- A+

“Facebook” istifadəçilərinə spam xəbərdarlığı

Slovakiyanın "Eset” şirkətindən olan mütəxəssislər qrupu jurnalistlərə bildirib ki, bir müddət öncə "Facebook” sosial şəbəkəsinin istifadəçiləri spam hücumlarına məruz qalıblar.

 

Qarətçilər istifadəçilərə çoxlu tərkibində virus kodları olan sayda məktublar göndəriblər. Məhz bunun sayəsində də onlar istifadəçilərin şəxsi məlumatlarını və giriş kodlarını oğurlaya bilərlər.

 

Viruslar isə daha öcə şifrələri sındırılan dostların səhifələrindən gəlib ki, bunun sayəsində də bir çox istifadəçi artıq kiber hücumun qurbanına çevrilib.

 

Bununla əlaqədar "Eset” istifadəçilərin özlərini və şəxsi məlumatlarını təhlükəsiz etmək üçün təlimat tərtib edib. Mütəxəssislərin sözlərinə görə, öz səhifələrində reklam bildirişlərini gördükdə, istifadəçilər onları dərhal pozmalıdır. Bundan sonra isə akkauntunun şifrəsini dəyişib, kompüterlərini antivirusla yoxlamalıdırlar.

 

Yox əgər "Ray-Ban” artıq saxta sayt vasitəsilə ödənilibsə, istifadəçi mütləq bankın "qaynar xətti”nə zəng etməli və pul köçürməsini dayandırmalı, həmçinin kartın və ya hesaba müdaxilələrin olduğu barədə məlumat verməlidir.