«BÖYÜK OYUN» MƏNİ NİYƏ KÖVRƏLTDİ?!

AQİL ABBAS
93103 | 2016-04-12 16:43

«Xəzər-Lənkəran»la«Neftçi»nin «Böyük oyun»u son illər izlədiyim, hətta «Barselona-Real» matçındanda maraqlı gəldi. Hətta kövrəldim də. Ağdamın2 saylı məktəbində oxuduğum illər, məktəbin həyətində top qovaladığımız zamanlargözümün qabağından keçdi.

Xosrov müəllim(jurnalist Vasif Quliyevin dayısı) topu atırdı ortalığa, qov ki qovasan. Mən buməktəbə Ağcabədinin bir kəndindən sonralargəldiyim üçün bir az «çujoy» sayıldığımdan (bunlar da şəhər uşağı), çox zaman «zalatoy zapas»da otururdum, gözləyirdim görüm kimin qolun-qılçınəzəcəklər ki, «Abbasov qardaşları» da məharətini göstərsin.

Bəli, Xosrovmüəllim topu atırdı ortalığa, qov ki qovasan. Azarkeşlərimizin sayı da «Xəzər-Lənkəran»-«Neftçi» «Böyük oyun»un azarkeşlərininsayından bir az çox olardı. Amma bizim azarkeşlər bizi söymürdülər, bir-birləri ilə dalaşmırdılarki, polis gəlib dalaşanları saxlasın.

Xosrov müəllimtopu atırdı ortalığa, «bey-beqi». Bizim də «Böyük oyun» olurdu, rus bölməsinin uşaqları iləoynayanda. O zamanlar rus bölməsində oxuyanların hamısına elə rus kimi baxırdıq.Ölümünə oynayırdıq. Başqa vaxtlar hakimsizoynasaq da, rus bölməsi ilə oynayanda meydançaya hakim də çıxırdı. Özü də hakimi başqa məktəbdəngətirirdilər ki, tərəfkeşlik etməsin. Çoxvaxt hakimliyi də məşhur futbolçumuz Vüqar Nadirovun atası General Ərşad (Qarabağ müharibəsində batalyon komandiri, döyüşlərdəqəhrəmancasına şəhid oldu) edərdi. İndi hakimlər çox vaxt «Neftçi»nin tərəfini saxladığı kimi,General Ərşad da təbii ki, bizə üz görürdü.

«Xəzər-Lənkəran»la«Neftçi»dən fərqli olaraq bizim məşqçilərimizyox idi ki, həftə səkkiz mən doqquz dəyişəydilər.Kapitanların (kapitanlar da adətən vurub-tutan oğlanlar olurdu) sözü və hərdən yağlı söyüşləriuşaqların oyununu tənzimləyirdi. Allahverdi Bağırovun (Qarabağ döyüşlərində şəhid oldu, batalyon komandiriydi,Azərbaycanın Milli Qəhrəmanı) ən ağır bir söyüşü vardı: «Ay səni çörək tutsun».

«Xəzər-Lənkəran»la«Neftçi»nin «Böyük oyun»unu çox maraqla izlədim, hətta «Barselona»-«Real» Madrid matçından da maraqlıgəldi mənə. Kövrəldim də. Orta məktəbdəoxuduğum illərdəki top-top oynamağımızgəlib keçdi gözlərimin önündən. Bax, bizdə «Xəzər-Lənkəran»la «Neftçi» kimi gözəltop-top oynayırdıq. Sadəcə olaraq, bizim məşqçilərimiz yox idi, bir də bunların topu bizimtopdan çox bahalıdı. Həm də biz köynəklərimizə nömrələrirənglə yazırdıq, bunların köynəkləri «zavadskoy» yazılıdı.

P.S. Və bizimtop-top oynadığımız uşaqların çoxu Qarabağ müharibəsində şəhid oldular və elə qaldılarAğdamda!


TƏQVİM / ARXİV