İSTEDADLAR ÜZƏ ÇIXARILIR...

FAİQ QİSMƏTOĞLU
74431 | 2013-01-23 10:05

Müasirdövrdə məmləkətimizdə çoxlu sayda istedadlı yeniyetmələr və gənclər var. Sadəcəolaraq, bu istedadlı uşaqları arayıb-axtarmaq və tapmaq lazımdır. Bunun üçünisə hər bir insandan məsuliyyət və işə vicdanlı münasibət hissləri tələbolunur. Bu yaxınlarda eşitdik ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 4-cü siniflərarasında "İntellektə gedən yol"adlı müsabiqə keçirib. Müsabiqəyə şəxsən Bakı şəhəri üzrə Təhsilİdarəsinin müdiri Nailə Rzaquliyeva rəhbərlik edib.

Müsabiqəninadından da göründüyü kimi, şəhər məktəblərində istedadların üzə çıxması üçün buaddım atılıb. Müsabiqədə yeniyetmələrin dünyagörüşü, məntiqi təfəkkürü vəinformasiya bilgiləri əsas əhəmiyyət kəsb edib. Təbii ki, bu cür müsabiqədə4-cü sinif şagirdlərinin iştirak etməsi və özlərinin təsdiqi o qədər də asanolmayıb. Həmin müsabiqədə 47-i şagird qalib adını qazanıb. Deməli, 47-iistedadlı yeniyetmə aşkar edilərək üzə çıxarılıb.

Həminmüsabiqədə Bakı şəhərinin Sabunçu rayonundakı 271 saylı tam orta məktəbin 4-cüsinif şagirdi Nərgz Eldar qızı Məhərrəmli də iştirak edib. İstedadlı yeniyetmə müsabiqənin bütün mərhələlərindəuğurla çıxış edərək qaliblərdən biri olub. Məktəbin direktoru, tanınmış ziyalı,yazıçı-publisist Səməndər Məmmədli bildirir ki, Nərgiz Məhərrəmli məktəbimizinadını uca tutaraq yeni bir tarix yazıb. O, həm məktəbimizin, həm dəmüəllimlərinin etimadını doğruldaraq ümumşəhər müsabiqəsində öz sözünü deyib.Onu da qeyd edim ki, Nərgizin sinif müəlliməsi İradə xanım Daşdəmirovadır.

Biz həmişəçalışmışıq ki, dərs dediyimiz şagirdlərimiz elmin müxtəlif sahələrindəyeniliklərə imza ata bilsin. Bunun üçün ilk növbədə məktəbimizdə müasir texnikavə avadanlıqların istifadəsinə böyük diqqət yetirilib. Çox sevindirici haldırki, nəinki müəllimlərimiz, hətta şagirdlərimizin əksəriyyəti müasirtexnologiyanı çox yaxşı öyrənir və onlardan istifadə etməyi bacarırlar.

SəməndərMəmmədli bir fikri də xüsusi ilə vurğuladı ki, məktəbimiz ötən ilin dərs ilindəəsaslı təmir edilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib. Təbiiki, bu cür şəraiti olan təhsil ocağında müxtəlif fənlərin yüksək səviyyədətədrisinə gözəl imkan yaranıb. Yəni heç kim deyə bilməz ki, 271 nömrəli tamorta məktəbdə hansısa sinif otağında və fənn kabinasındə nəsə bir çatışmazlıqmövcuddur. Birmənalı olaraq deyə bilərəm ki, Təhsil Nazirliyinin və eləcə dəBakı Şəhəri üzrə Təhsil İdarəsinin bizim qarşımızda qoyduğu bütün vəzifələrzamanında icra olunur. İlk növbədəməktəbdə yüksək nizam-intizam və məsuliyyət hissi var. Başqa sözlə demiş olsaq,heç bir müəllim və şagird dərsdən yayına bilməz. Əksər siniflərdə dərsə davamiyyət yüz faiz təşkil edir. Ammabəzən üzürlü səbəbdən də xəstə olduğuna görə dərsə gəlməyən şagirdlərimiz var.Ümumiyyətlə, əgər biz istəyiriksə təhsildə, təlim-təlbiyədə böyük uğurlarqazanaq, ilk növbədə həm müəllimlər, həm də şagirdlər öz üzərlərinə düşənvəzifəni dərindən dərk etməlidirlər.

Məktəbindirektoru Səməndər Məmmədli təhsildə qazandığı uğurlara görə, Təhsil Nazirliyitərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Birsözlə, Səməndər müəllimin tərcümeyi-halında təhsildə qazandığı çox uğurlar qeydolunub. Bütün bunlara gərgin axtarışlar və yüksək tələbkarlıq nəticəsində nailolmaq mümkündür.

Bir faktıda qeyd edək ki, bu məktəbin neçə-neçə məzunu müxtəlif ali məktəblərdə təhsilalır. Məktəbin 10-cu və 11-ci sinifşagirdləri müxtəlif fənn olimpiadalarında iştirak edərək yüksək yer tutublar.Əlbəttə, belə şagirdlərlə həmişə məktəb fəxr edib. Şagirdlərdən NəzakətHəsənli, Günel Xəlilova, Kamil Daşdəmirov belələrinə nümunə sayıla bilər. Bununla yanaşı, onlarınhər hansı uğur əldə etməsində hər bir müəllimin böyük zəhməti var.Məktəbin təlim-tərbiyə işləri üzrədirektor müavini Rüxsarə Əlizadə, müəllimlərdən Teymur Rzayev, Rəfiqə Behbudova, Xatirə Əsədova həmişə şagirdlərinsevimlisi olub. Çünki onlar şagird-müəllim münasibətlərinə diqqətlə yanaşıb vəlazımi addımlar atıblar. Şagirdlərə tərəf atılan bu addımlar həmişədəyərləndirilib.

İndikişagirdlərin çoxu kifayət qədər informasiya bilgisinə malikdir.

Yəni müasirtexnologiya və texnika ilə işləmək bu şagirdlərin təfəkküründə vədünyagörüşündə yeni izlər qoyub. Təbii ki, bu da onunla əlaqədardır ki,məktəblər arasında müasir texnologiyaya müəllimlər böyük maraq yarada bilib.

Əlbəttə,əgər təhsildə dünya standartlarından və Avropa dəyərlərindən danışırıqsa,deməli bugünkü şagird yüksək təfəkkür və məntiqi düşüncə qabiliyyətinə malikolmalıdır. Ancaq bu düşüncə ilə XXI əsrdə nəsə qeyri-adi bir şey əldə etməkmümkündür.

Faiq QİSMƏTOĞLU

TƏQVİM / ARXİV