adalet.az header logo
  • Bakı 19°C

NADANLAR DÜNYASINDAYIQ

SEYFƏDDİN ALTAYLI
65468 | 2016-04-09 09:15
Əslində bu yazımı mərhum milli ziyalımız Cəfər Cabbarlıya həsr edəcəkdim, ancaq "hayların" axmaqlıqlarını təkrarən büruzə verməsi səbəbilə imtina etdim, o yazını ayrı bir günə buraxdım.
Kəndimizdə özünü dartan bəzi yeniyetmələrin sanki öz-özlərinə böyüyüblərmiş kimi yekəxana davranışları qarşısında böyüklərimizdən tez-tez "it qaya kölgəsində yatır, elə bilir öz kölgəsidir" sözünü eşidirdim.
Bir həqiqəti təkrar dilə gətirməkdə hər hansı səhvlik görmürəm. Hayların doğma vətəni Balkanlarda Teseliya deyilən coğrafiyanın qüzey hissələridir. Orada İllurialılarla birlikdə yaşayırdılar və Frig-Trak xalqları ilə qohumdular. Teseliya isə bugünkü Yunanıstanı təşkil edən 13 bölgədən biridir. On dördüncü əsrdə Osmanlı hakimiyyətinə daxil olub 1881-ci ildə də Yunanıstan hakimiyyətinə buraxılıb. Doğma vətənləri olan bölgədə yaşayarkən mazarrat olduqlarına görə İllurialılar tərəfindən qovulub çıxarılıblar və onlar da Anadoluda yaşayan yerli türklər tərəfindən qonaq kimi qəbul ediliblər. Yüz illər boyu Türkün kölgəsində yaşayıblar, ancaq haçan ki, Türkün hakimiyyəti büdrəməyə başlayıb, əqrəb kimi quyruqlarını qaldırıb sancıblar. Osmanlı Dövlətinin tolerant siyasəti səbəbi ilə dövlətin bütün orqanlarında postlar tutan, "sadiq təbəə" adını alan bu insanlar xüsusi ilə ingilis, fransız və amerikalıların Anadoluda yaratdıqları missioner məktəblərini terror yuvasına döndəriblər. Əlbəttə onlara arxa duran yenə bu dövlətlər tərəfindən. Osmanlı dövləti tənəzzülə uğrayarkən ingilislərin və fransızların silahlandırdığı haylara Rusiya da arxa durub. Sonrakı hadisələr isə hamının məlumudur.
Anadoluda dörd cəbhədə vuruşan orduların qorumasından uzaqda olan məsum insanlar, İngilisin, Fransızın və Rusun qışqırtdığı bu vəhşilər tərəfindən uşaq-qoca, qadın-kişi fərqi qoymadan milyonlarlası vəhşicəsinə şəhid ediliblər. Haylar, özlərinə dayaq olan Avropa ölkələrində də soyqırım törətdikləri türklərin fotosunu çəkərək "Türklər erməniləri qırır" deyə təbliğat aparıblar. Sonra İngilisin planı və Rusun əli ilə kütləvi şəkildə köçürülüb indi Ermənistan deyilən Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırılıblar. Bura gəldiklərində eyni ilə eradan qabaqkı illərdə Anadoluya köçərkən özlərini ordakı türklər nə cür qarşılamışdısa, bunda da elə qarşılanıblar. Axırda torpaqlarına qonaq gəldiyi insanları kütləvi şəkildə eyni ilə Anadoluda olduğu kimi qırıblar, Xocalı kimi bəşəriyyətin üz qarası olan bir soyqırımı törədiblər. Rus ordularının işğal etdiyi Azərbaycan torpaqlarına yiyələnib özləri işğal etmiş kimi burunları havalanıb illər uzunu heç kəsi saymayıblar.
Bir gün ATƏT Minsk Qrupu deyilən saxta bir qurum yaranıb. Guya bu qurum işğal altındakı torpaqlar məsələsini həll edəcək və Azərbaycanla Rusiya-Fransa-İngiltərə-ABŞ-AB, bağışlayın ermənilər arasındakı problemə nəhayət verəcəkdi.
Biz xristianların dabbağda gönünə bələdik, ancaq ulu babalarımızın tənbəlliyi və dinimizi yanlış yozumlamalarının ucbatından bu problemlərlə üzləşmişik.
Müharibələrin ümumiyyətlə qılıncla aparıldığı çağlarda Balkanların iki dərəbəyi bir-biri ilə torpaq üstündə mübahisə ədirlər və hardasa bir-birilərinin qanını tökəcək qədər əsəbiləşiblər. Biri birdən dönüb o birinə deyir: "Əəə, sən kimsən mənimlə bu tonda danışırsan. Mən ki, Osmanlının sancaq bəyinin (vali) atının üzəngisini öpmüş adamam, rədd ol gət".
O vaxtlar neynədik bəs..?
"Yat, qal dala, laylay!"
Yatdı babalarımız və bizə elmsiz, texnologiyasız, axırda da viran edilmiş vətənlər buraxdılar.
Ancaq şükür ki, yeni nəsillərimiz oyaqdır.
Hay dığaları zənn edirdi ki, Azərbaycan 1990-cı illərdəki Azərbaycandır. Ayağa durub o illərdəki kimi nəsə edəcəyini həsabladı, ancaq hesablamanı tərsdən apardığını azərbaycanlı qəhrəman "Məhmətçiklər"dən kötəyi yeyəndən sonra anladı.
Bu xəmir çox su aparacaq, çünki biri çağdaş Hitlər olmaq sevdasındadı. Hitlerlik edərkən özünü də, ölkəsini də, milyonlarla insanı da məhvə aparmaq istəyir. Tanrı bu cür axmaq siyasətçiləri düz yola vadar etsin, bəşəriyyəti qorusun.

TƏQVİM / ARXİV