ŞUŞANIN YOLU...

ƏBÜLFƏT MƏDƏTOĞLU
48969 | 2016-04-08 12:51

Hələ orta məktəbillərindən yadımda bir şeirin misraları qalıb. Açığını deyim ki, o şeirinmisraları son vaxtlar tez-tez içimdən, dilimin ucundan gəlib keçir.Yanılmıramsa misralar belədir:

Dünyada yollarçoxdur,

Məktəb yolu, kəndyolu...

Hə, əgər bumisralarda nəyisə səhv etdimsə, müəllifindənvə oxuculardan üzr istəyirəm. Amma həqiqətən dünyada kifayət qədər yollar var vəo yollar həmişə öz yolçusunu gözləyir. Mənkənddə doğulmuşam. Ona görə də cığırın, izin, yolun nə olduğunu az-çoxbilirəm və yamacların sinəsindəki cığırla şehli otların üstünə düşmüş izin fərqinianlayıram. Üstəlik, mən ot basıb gözdən, könüldən uzaq düşmüş yolun da nə deməkolduğunu yaxşı anlayıram. Elə indinin özündə də həmin o yollar barəsində düşünəndəkəndimizin yolunda əkilmiş minalar gözümün qarşısına gəlir. Yadımdadı, həmin ominaların biri kəndimizin iki sakinini, iki əmioğlunu, özü də bığ yeri yenicə tərləyəniki cavanı içərisində olduqları maşınla birlikdə göyə sovurdu. O partlayış və ocavanların param-parça olmuş bədənləri nə yadımdan çıxır, nə gözümün önündəngedir... Ona görə də yollar haqqında düşünəndə indi daha çox mina əkilmişyollar gəlir gözümün qarşısına. Axı mən dağ yollarını, kənd yollarını çoxdan"unutmuşam". Daha doğrusu, dağı, dərəni, kəndi-kəsəyi 25 ildiryuxularımda görürəm. Təsəvvür edin, düz 25 ildir mən kəndimin yolunu tapdalayabilmirəm. Mən uşaqlığımın izinə düşüb gedə bilmirəm... mən gəncliyimin cığırınıtəzələməyi bacarmıram, buna gücüm çatmır və...

Hə, aprelin 1-dən2-sinə keçən gecənin və üç gün çəkən müharibənin mənə nələr yaşatdığını söyləməyəcəm.Çünki onu hamımız yaşadıq. Hamımız bir gecənin içərisində yenidən doğulduq eləbil. Yenidən kimliyimizi, nəyə qadir olduğumuzu gördük, tanıdıq, özümüzəqayıtdıq, özümüz olduq... Və yenidən içimizdə Qarabağ, Şuşa, işğal olunmuştorpaqlarımız ev-ev, işıq-işıq görünməyə başladı. Biz böyük Səməd Vurğun demiş,müsəlləh əsgər olduq, silaha sarıldıq.

Təbii ki, mənbiz deyəndə təkcə ordumuzu nəzərdə tutmuram. Həm də Ali baş Komandandan tutmuşsonuncu silah tutmağı bacaran adama qədər hər kəs "müharibə", "azadlıq", "qələbə" notunda kökləndi. Bir gecədə bu məmləkətin havası da, ruhu da, istəyi dəsanki öz oxu ətrafında 365 dərəcə dəyişdi. Efirin, ekranın, mətbuatın nəbzi qələbəilə döyündü. Gözlərimiz şitlikdən, bayağılıqdan, ruhumuz yaltaqlıq, həyasızlıq,dəyərlərimizdən uzaq hər şeydən üç gün xilas oldu. Biz özümüzə qayıtmışdıq axı.Ona görə o üç günün böyüklüyü mütləq tariximizə yazılacaq! Və mən həmin oüç gündə evimdə, ailəmdə ön səngərdəolan doğmalarım üçün yaşananları təkcə təlaşkimi yox, həm də qələbə sözünü ilk deyəcək, ilk çatdıracaq ünvan kimi görürdüm.Tam səmimiyyətimlə deyim ki, ön səngərdə olan həmin o doğmalar üçün evimdəsızıldayan ürəklərin, gözlərin tam yarısı həm də onlardan qələbə gözləyirdi, qələbəumurdu. Bax, belə auranın içərisində izləyirdik xəbərləri, məlumatları. Mən isə...

Həmin o günlərdəmən Şuşaya gedirdim. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Tam biryolçuluq əhval-ruhiyyəsində kökləmişdim özümü. Durub dayana bilmirdim bir yerdə.Dediyim sözdə də, yazdığım yazıda da,gördüyüm işdə də bir tələskənlik var idi. Elə bilirdim ki, bir balacayubansam, kimsə xəbəri məndən tez eşidəcək... kimsə məndən tez Şuşaya çatacaq.Ona görə bütün varlığımla, bütün diqqətimlə gözümü zilləmişdim, özümü kökləmişdimŞuşa yoluna. Hətta yazdığım misraların birində pıçıldamışdım:

Aramsız

güllə yağışı

bələyir torpağı

dəlib keçir

daşı,

otu,

ağacı,

yarpağı...

bir igid

sol əliylə

sıxıb ürəyini-

dizi üstə

qanaboyanıb

barmağı-

ovcuqan dolu...

sağəliylə

tutubbayrağı

güclədayanıb

baxır,

baxır

və bağırır:

irəli,qardaşlar,

görünür Şuşanınyolu!..

Hə, həmin o üçgündə bəlkə üç min dəfə Şuşaya gedib gəldim... Həmin o üç gündə hər gələn xəbərləmən Şuşaya gedirdim... Hər itirdiyimiz şəhidlə mən Şuşaya gedirdim... Həryaralanan əsgərlə mən Şuşaya gedirdim... İndi atəşkəs yenidən bərpa olunub. Məndüşməndən geri aldığımız o yüksəkliklərdən birində dayanıb Şuşanın yolunabaxıram. O qədər aydın görünür ki... Və mən bu aydınlığın içərisində kiminsə əlindəbayraq getdiyini müşahidə edirəm, izləyirəm. Və mənə elə gəlir ki, mən o adamıtanıyıram, özü də lap yaxından, az qala özüm qədər. Ona görə bağırmaq istəyirəm:

- Kimsən? Ayadam, kimsən? Qoy gəlim çatım sənə. Axı mən də tanıyıram Şuşanın yolunu...

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV