“Samsung” martda 10 milyon smartfon satıb
Cənubi Koreyanın "Samsung” şirkəti "Galaxy S7” və "S7 Edge” flaqman smartfonlarının satışına başlayıb və mart ayının sonuna qədər şirkət təxminən 10 milyon cihazın satışını həyata keçirə bilib.
Adalet.az-ın məlumatına görə, bu barədə "Phone Arena” satışların qeyri-rəsmi məlumatları barədə bildirib.
Bununla belə, elan edilən satış həcmi analitiklərin gözlədiklərindən üstün olub. Onlar proqnozlaşdırırdılar ki, şirkət 7 milyon ədəd yeni cihazın satışını həyata keçirəcək.
Qeyd edək ki, şirkətin planlarından məlum olub ki, aprel ayının sonuna qədər 17,2 milyon ədəd smartfon satmaq fikrindədir. Ancaq belə uğurlu satış göstəriciləri şirkətin istehsal planlarına yenidən baxmasına gətirib çıxara bilər. Həmçinin güman edilir ki, "Samsung” ötən il vurduğu rekordu təkrarlaya bilər. Belə ki, o zaman şirkət üç ay ərzində 15,8 milyon ədəd "Galaxy S6” və "Galaxy S6 Edge” smartfonlarının satışını həyata keçirib.
Hazırda satış göstəricilərinə görə ikinci yerdə "Galaxy S4” modeli qərarlaşıb ki, onun da satışı 15,2 milyon ədəd təşkil edib. İstisna deyil ki, yeni smartfonların uğuru "Samsung”a zəifləmiş maliyyə vəziyyətini düzəltməyə imkan verəcək.
Qeyd edək ki, "Samsung Galaxy S7” smartfonunun təqdimatı fevralın 21-də Barselonada baş tutub.
Digər Xəbərlər
23 Aprel 2024 19:13
“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər
23 Aprel 2024 16:15Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
22 Aprel 2024 18:05Hacı Şahinin "Youtube" kanalı geri qaytarıldı
20 Aprel 2024 17:57"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17 Aprel 2024 21:00