DİVARIN O ÜZÜNDƏKİ ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
55383 | 2016-04-01 18:13

Əməlli-başlıçaşıb qalmışam. Nədən yazacaığımı bilə-bilə kələfin ucunu tapmaq zülməçevrilib. Elə bil kimsə qəsdimə dayanıb, kimsə mənimlə düşmənçilik edir. Mən dəbu kimsənin kim olduğunu fəhm edə-edə qaranlıqda yox, lap günün günorta çağıotaqda adam axtarıram. Təbii ki, kənardan baxana bu, dəlilik əlaməti kimi dəgörünə bilər. Amma inanın ki, doğru sözümdü, indi təkcə mən yox, az qala bütündünya dəli olub...

Mənbelə götürəndə yer üzünün bütün insanlarının sırasında bəlkə də heç bir nöqtəboyda yerdə tutmuram və yer üzünün də bütün insanları təbii ki, bu nöqtədən xəbərsizdi.Xəbəri olanlar üçün də bu nöqtə sıradakı sadəcə bir yerdi. Bax elə bu yerinnöqtə boyda olmasına baxmayaraq, içimə dolan dəlilik, başıma vuran dəlilik, taybilmirəm nə mənədisə məni əməlli-başlı çaş-baş salıb. Və...

Bugünlərdə rus qəzetlərindən birində maraqlı bir şey oxudum. Sizə maraqlı gəlməsədə mənə maraqlı gələn həmin o bir abzaslıq yazıda bildirilirdi ki, dünyanın ənböyük, ən qorxulu və ən qaçılmaz xəstəliyi sevgidi. Bunu bilə-bilə insanlar onadoğru gedirlər!..

Doğrudanda səni nə gözlədiyini, nələr yaşayacağını, nələrə tuş gələcəyini, nələrdən keçəcəyinivə nəhayət, sonunun sual altında olduğunu bilə-bilə gedirsən... Doğrudu, bizimmüdriklər də deyib ki, sevgi insanı kor edir. Təbii ki, bu, məcazi mənadadeyilmiş bir ifadədi. Ancaq maraqlıdı, biz kor olmağı da qəbul edirik vəgedirik... Bax, yazmaq istədiyim yazının mövzusu yəqin ki, sizə bəlli oldu.Amma bu yazının hardan başlamağın ip ucunu tapa bilməmək məni həm də hövsələdənçıxarır. Elə bil ki, sözlər də pərən-pərən düşüb. Görəsən, sözlərə nə olub? Bəlkəsözlər də hardasa mitinq edirlər və yaxud kiminsə qapısına daş atılar, bilmirəm.Sadəcə hiss edirəm ki, yazmaq, demək istədiyim sözlər indiki məqamda nə diliminucundadı, nə da ağlımda. Heç ürəyimdə də deyil...

Onagörə də adi qaydada, adi üslubda yazmağa cəhd göstərirəm və yazduqca da hissedirəm ki, deyəsən axtardığım adam divarın o biri üzündədi. Oturub orda özsükutunun içində kölgəsini ətrafıma dolandırır, kölgəsi mənə nəzarət edir, kölgəsimənimlə baş-başa qalır...

Çoxmaraqlıdı, insanın özü divarın o biri üzündə, kölgəsi burda mənim yanımda. Azqala yadıma böyük Üzeyir bəyin Məşədi İbadın dilə ilə dediyi o məşhur nəğmədüşür: "Yar o yanda, mən bu yanda..."

Eləbilməyin ki, indi səsimə kimsə səs verəcək və yaxud kimisə köməyə çağıracam.Yox, adama gülərlər. Gülünc duruma düşmək, dəlilik əlamətlərinin artmasına səbəbola bilər. Axı bizdə daha sevənə Məcnun demirlər, dəli deyirlər! Hətta sevənincinsinə də fərq qoymadan işlədirlər bu sözü. Çünki indi sevgi dəbdə deyil,mesaj dəbdədi...internet saytları məsələləri həll edir... körpü rolunuoynayır...

Deyəsənmövzudan uzaqlaşdım. Amma qınamayın, axı əvvəldə dedim ki, yazıya ipucu tapabilmirəm. Mən bu çaşqın durumun içərisində mənimlə bərabər dəli olan, dahadoğrusu, mən dəlini də öz dəliləri sırasına qatan dünyanın bir neçə dəliliyinəetiraz etmək istəyirəm. Onlardan ən birincisi, olduğun kimi görünməməkdi. Bax,bu səbəbdəndir ki, olduğu kimi görünməyənlərin üstünə qoşun-qoşun dəlilərgedir, basqılar olur... Əslində qoşun-qoşun gedən dəlilər də, basqı edənlər dəhaqlıdılar. Çünki onlar hərşeyi bir rəngdə, bir sifətdə, bir təqdimatda görürlər, belə qəbul edirlər.Onlar üçün ürəklə sözün, əməllə sözün arasında insan dayanır. Elə bir insan ki,o əmələ də, o sözə də həmişə və hər yerdə sahib çıxır. Daha demir ki, o söz, o əməlmənim tiplərimin ifadəçiləridi, onların məzmunudu, onların mənasıdı...

İndi bax, bu dəliliyinbir nümunəsi olan və divarın o biri üzündə oturub bu dəliliyi müşayət edənAdama üz tutub pıçıldayıram:


Sözümün işıqpayın

Sözümdən alma,nolar?

Bu sevdalıdünyamı -

Gözümdən salma,nolar?


Şam kimi əriyənə

Kölgə tək yeriyənə,

İçində kiriyənə-

Biganə qalma,nolar?


Həsrətə gözyumuram

Dözə-dözəsınıram!

Mən haqqımıumuram-

Sən fikrə dalma,nolar?


***

Bu gün hamıondan danışır, hamı onu qınayır. Əslində danışan da, qınayan da heç də hamıdeyil. Sadəcə, təqdimatlarda hamının danışdığı, hamının qınadığı ifadə olunur vəoxucuya da, tamaşaçıya da elə gəlir ki, hamı danışır. Zənnimcə, heç hamınındanışmağına da ehtiyac yoxdu. Çünki görünən kənd də, o kəndə gedən yol da, eləo yoldakı adam da açıq-aşkar göz önündədi. Onu kimdənsə soruşmaq, ona kimdənsətanışlıq almağa ehtiyac yoxdu. Belə olan halda təbii ki, hamının danışmağı biraz məni sıxır, bir az mənə kütləvilik təsiri bağışlayır. Elə bil hansısatamaşada kütləvi səhnəni seyr edirəm. Amma hamımız da yaxşı bilirik ki, kütləvisəhnədə iştirak edən aktyorlar o qədər də yadda qalmır, diqqəti çəkmir. Çünki osəhnənin elə adından bəllidi: kütləvi səhnə!

Məmləkətinindiki durumunda gözlənilməz qasırğaların baş verməsi adamı üzür. Çünki biz adətəntəbiət hadisələrindən sığortalanmırıq. Yəni Tanrının hökmü ilə baş verən zəlzələyə,qəfil uçquna, selə, tufana insan nə qədər hazır olsa da, o, tam sığortalanabilmir, təbiət ona gücünü göstərir. Ancaq görünür, biz cəmiyyətdən gələn hadisələrədə heç sığortalı deyilik. Ona görə də cəmiyyətin istənilən bir üzvünün atdığıaddım, "yaratdığı qasırğa" bizi elə yerdə yaxalayır ki, necə deyərlər,əlimiz yerdən də, göydən də üzülür. Məhz həmin anda Divarın o biri üzündəkiAdamın niyə məhz divarın o biri üzündə olduğu üzə çıxır. Onda anlayırsan ki,kölgəsi özündən uzaqda olan adamlar elə-belə sıradan biri deyilmiş.

Sözün sözəçalandığı, sözdən söz çıxarıldığı indiki anda istər-istəməz dünənə tərəfboylanıram. Boylanıb görmək istədiyim və bəzən də gördüyüm dünəndə qalanlar mənədoğma gəldikləri qədər də yad, ögey görünürlər. Sanki dünəndən uzaqlaşdıqca, odünəndə qalanlar da məndən uzaqlaşır, mənə ögeyləşirlər. Bilmirəm niyə?Burdadamı dəli olmuş dünya günahkardı, yoxsa özəl sevgilərindən dəli olanlar?Deyəsən, maraqlı sual alındı. Elə bu səbəbdən də həmin o maraqlı sualın cavabınıaraşdırmaq istəyirəm, bu təşəbbüsə üz tuturam, maraq gösətərirəm. Düşünürəm ki,bəlkə nə isə alındı. Ancaq deyəsən yox. Çünki elə əvvəldə dediyim kimi, dəlininbiri də özüməm. Onda belə çıxır ki, indiki vaxtda dəlidən doğru xəbər gözləməko qədər də ağıllı iş deyil. Çünki bir dəlinin quyuya atdığı daşın səsi heçsakitləşmək bilmir. Sanki anasından zorla ayrılmış körpədi. Eləcəhıçqırtılarının içərisində boğula-boğula "Ana!" deyir.

Yəqin ki, buqarışıq, dolaşıq düşən fikirlərin içərisində də bir dəlilik görürsünüz. Ammaçox istərdim ki, gördüyünüz o dəliliyi normal qarşılayasınız. Ən azı ona görəki, dəlinin sahibi olmalıdı, dəliyə sahib çıxmalıdılar! Bax, bu qəti və dəyişməzinamımla da fikirlərimi bir az da çözmək, bir az da şaxələmək istəyirəm.Çalışıram ki, bu şaxələnən, bu çözələnən fikirlərin içərisində özüm də əriyim,itim ki, dünyanın bir dəlisi azalsın. Təəssüf ki, Divarın o biri üzündəki Adambuna imkan vermir. Daha doğrusu, divarın o biri üzündəki adama olan sevgi mənitutub saxlayır və mən məhz həmin anda ona bu misraları pıçıldayıram:

Mən şeir yazanda

Yadımda vəyanımda

Səndən başqa

Kimsə olmur...

Mən şeir yazanda

Yəni bax onda

Əslinə baxanda

Yadımda vəyanımda

Səndən başqa

Kimsəninolmadığı

Təəccübdoğurmur...

Mən şeir yazanda

Yadımda vəyanımda

Kimsəninolmadığı

Misralardanoxunmur...

Mən şeir yazanda

Yadımda vəyanımda

Olan sən

Sevdiyim gündən

Ruhumda vəqanımda

Ola-ola

Anbaan

Hər bir halda

Təkrar

Ürəyiməyazılırsan!..

***

İlin-günün buçağında, yəni təbiətin qış fəslinin əslində özündə olmadığı, yəni onun bütüngörkəmi ilə duyulmadığı bütün məqamda adam elə bil ki, içindən yorulur, içindənqocalır, süstləşir, halsızlaşır. Çünki baş aça bilmədiyin bu fəsil, dahadoğrusu, onun indiki durumu təkcə sıxıntı gətirmir, həm də adamı avara qoyur.Bilmirsən səni hansı sürprizlər gözləyir, bilmirsən necə geyinəsən, bilmirsənnecə görünəsən və s. və ilaxır. Amma bəziləri bunu Allahın kasıba, evsizlərəlütfü kimi qiymətləndirirlər. Deyirlər ki, Tanrı imkansızları, orda-burda gecələyənlərinəzərə alıb, ona görə qarı, şaxtası, sazağı yoxdu. Hələ üstəlik onu da deyirlərki, guya Allahın maddi durumu zəif olan işıq, qaz pulu verə bilməyən bəndələrədə rəhmi bu günlər özünü daha çox göstərir. Nə bilim vallah, deyilənlərin nə qədərhəqiqət olduğunu hər kəs özü-özlüyündə daha yaxşı bilir. Fakt odur ki, həqiqətənindi yaşadığımız qış fəslinin adıdı. Özünü isə...

Dediyimyorğunluğun, sıxıntının içində yaşamağımda Divarın o biri üzündəki Adamın dapayı var. Çünki həm söhbət olmaqdan, pıçıltılarıma qulaq asmaqdan, duyğularımadüzəm verməkdən qaçır. Elə bil daha çox sıxılmağımı, daha çox pərişan olmağımıvə daha çox dəlilik həddini aşmağımı arzulayır. Bilmirəm niyə? Bəlkə bu da mənimuydurmamdı? Bəlkə onun heç belə bir fikri yoxdu, bunu da deyə bilmirəm. Buna daşərh tapa bilmirəm. Amma içimdən gəlib keçir bu yazdıqlarım, bu dediklərim...

Bir də ki, mənimdüşüncəmə görə insan özünə qapılanda, özünə çəkiləndə çox ağır yük daşımışolur. O qədər ağır ki, o yük adamın çiyinlərindən torpağa doğru basır, elə bilki, torpaq adamı çəkir. Düzdü, indiki durumda, indiki düşüncədə torpağın adamıçəkməsi təbii haldı. Ən azı ona görə ki, həmin o yazdıqlarım, o ifadə etdiklərimelə torpağın özündən qaynaqlanır, onun verdiyi enerjidən dirçəlir, pərvəriştapır. Bu da torpağın açılan qolları, açılan yaxasıdı - səni özünə səsləyir!

Bütün buyazdıqlarım ola bilsin ki, sonda heç nəyi ifadə eləmədi. Bəlkə də heç səninxoşuna da gəlmədi. Beləcə, qəzet qarışıq büküb atdın bir tərəfə. Bax, onda dahiss eləmədin ki, o büküb atdığın ipucunu tapmadığım, sağa, sola əl-qol atıbiçində çabaladığım və daha çox səninlə bölüşmək istədiyim fikirlərin,duyğuların çox kiçik bir hissəsidi. Təəssüf ki, sən Divarın o biri üzündəkiAdam olmaqla mənə divarın bu biri üzündə rahatca, heç nə olmamış kimi səni düşünməyidiqtə edirsən. Mən də sənə dəlicəsinə, bəlkə də ondan artıq dərəcədə sevgisiolan birisi kimi divarın bu biri üzündə səndən xəbərsiz, sənə demək istədikləriminçur-çubuğunu, əl-ətəyini kağıza köçürürəm. Xoşuna gəlsə də, gəlməsə də.

Ovduram özümü-

hələlik...

sınayıramdözümü-

hələlik...


Dırnağım torpaqcırır

Yumruğum yarpaqqırır

Dərd mənə tor,bax, qurur-

hələlik...


Yaş deyəsən gücgəlir

Göz yaşlarımgüclənir

Sözüm tək-təkcücərir-

hələlik...


Bir ağ yoluaşıram

Bir dağ yoluaşıram

Guyasağollaşıram-

hələlik!


İndi bildiniz dəmən Divarın o biri üzündəki Adamla niyə dil tapa bilmirəm. Əgər bilmədinizsə,eybi yoxdu. Nə vaxtsa lazım bilsəniz araşdırıb öyrənərsiniz. Amma yox, heçvaxtınızı itirməyin. Çünki Divarın o biri üzündəki Adam orda olduğunu təkcə mənəhiss etdirir. Sizi öz dəliliyimə şərik etmək istəmirəm. Hələlik...

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV