adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

KİMSƏSİZ ADANIN TƏNHA SAKİNİ...

BABƏK YUSİFOĞLU
44675 | 2013-01-22 11:49

Hər dəfə buqədər çətinliklə keçib heyvan ovlayıb ərzaq əldə etmək heç də asan məsələdeyildi, özü də barıtı, tüfənginin güllələri, lap tükənmək üzrəydi. Selkirkdaha səmərəli bir şey düşünüb tapdı. O, keçiləri sağ tutmalı, onları saxlamaqüçün bir yer düzəltməliydi ki, lazım gələndə kəsib ətindən istifadə etsin. Obunun üçün heyvanların ən çox görünən yerlərində tələ qurmuşdu. Və ümidləri dədoğrulmuşdu. Düzdü, bir heyvanın ələ keçirilməsi təxminən 15-16 gün çəkirdi,amma hər halda nəticə müsbət idi. Hətta bəzən əlinə təzə doğmuş keçilər dədüşür və belə hallarda Aleksandr dadlı keçi südü də içirdi. Məhz beləqidalanmanın sayəsində xeyli dirçəlmişdidə. Görünən o idi ki, bundan sonra onun bu lənətə gəlmiş adada acındanölmək qorxusu aradan qalxıb. Həm də heyvanların dərisindən özünə daha davamlı,daha etibarlı paltarlar, "ayaqqabı" da düzəltmişdi. Vaxtıyla atasınınçəkməçi dükanında öyrəndikləri indi əməlli-başlı onun köməyinə çatırdı.

Selkirkgünlərin, ayların hesabını itirsə də zaman durmurdu. Və onun bu adaya düşdüyügündən artıq iki ildən çox keçmişdi. İndi Aleksandr hər şeyə öyrəşmiş, dahaburadakı vəziyyətinə görə dərd çəkmir, qorxu yaşamırdı. Belə demək mümkünsə, o,bu kiçik adanın yeganə sahibinə çevrilmişdi. "Hasar"a aldığı sahədəkeçiləri bəsləməyə də başlamışdı. Ən qatı düşmənləri olan siçovulların da öhdəsindəngəlmişdi. Bunun üçün adadkı pişiklərdən bir ikisini tutub əhliləşdirmək kifayətetmişdi. Ən çox nigarançılıq çəkdiyi, yalnız "xilaskar gəmi"sevincini yaşaya bilməməsi idi. Amma...

DÜŞMƏNLƏRİN GƏLİŞİ

Ammagünlərin birində bunu da yaşadı. Əvvəlcəyaxınlıqda keçən gəmini görərkən gözlərinə inanmadı. Lakin hər şeyin gerçəkolduğunu bilənə az qaldı ki, sevincindən huşunu itirsin. Özünü zorla toparlayıbgəmidəkilərin diqqətini çəkmək üçün ocaq qalayıb, əl yelləyib, qışqırmağabaşladı. Deyəsən Selkirkin bəxti gətimişdi. Həqiqətən də onun canfəşanlığınıgəmidəkilər görmüşdülər. Çünki göyərtədəki adamların hərəkətindən, daha sonraisə bir neçə nəfərin qayığa minərək onun adasına tərəf üzməsindən hər şey aydınidi.

BirdənSelkirki elə bil ilan çaldı. Gözləri əvvəl artıq sahilə yaxınlaşan dənizçiləringeyimlərinə, daha sonrasa gəmi üzərində dalğalanan bayrağa sataşdı. Dəhşət.Gələnlər onların qatı, barışmaz düşməni ispanlar idi. Aleksandra gün kimi aydınidi ki, onun İngiltərədən olduğunu hiss edən kimi öldürəcəklər. Xilas olmaqistəyirdisə təcili gizlənməliydi. Vaxt itirmədən var gücü ilə adanıniçərilərinə doğru qaçmağa başladı. Ağacların sıx olduğu yerdə xəlvət bir yertapıb gizləndi. Amma az sonra anladı ki, gələnlər axtarmağa başlasalar burada onu asanlıqla tapacaqlar. Çünki təcrübəsiolan hər kəs onun məhz belə bir yerdə gizlənə biləcəyini asanlıqla təyin edəbilərdi.

Bir neçədəqiqə başına nə çarə qılacağını, harada daldalanacağını bilmədi. Getdikcəyaxınlaşan səslərdən, ispanca danışıqlardan anladı ki, artıq onun axtarışınabaşlayıblar. Selkirki soyuq tər basdı. Qurtulduğunu düşündüyü an, öümün onunlaburun-buruna dayandığını hiss etmək dəhşət idi. Niyəsə iki addımlıqdakı nəhəng,sıx yarpaqlı ağaca baxdı. Bəlkə ağaca dırmaşsın? O çox düşünmədi. Heç buna vaxtıda qalmamışdı. Pişik cəldliyi ilə ağacın yoğun gövdəsini qucaqlayaraq yuxarıdırmaşdı. Bu illər ərzində ən yaxşı öyrəndiyi işlərdən də biri bu idi. Quşyumurtalarını əldə etmək üçün o qədər belə ağaclara çıxmışdı ki.

Ağactəsəvvür etdiyindən də hündür imiş. Selkirk daha sıx yarpaqların arasındagizləndi. Bundan sonra edəcək heç nə qalmırdı. İndi hər şey taleyin nə hökmverəcəyindən asılı idi. Doğrudan da aşağada fikirləşdiyi düz çıxmışdı, ispanlarAleksandrın bayaq gizləndiyi yeri də, ətrafını da gözdən keçirə-keçirə ötübgetdilər. O bu dəfə də ölümün caynağından qurtulmuşdu. Və o, qorxusundanağacdan iki gün düşmədi. İspanların getdiyinə əmin olub "evinə"qayıdanda isə gördüklərindən dəhşətə gəldi. Düşmənlər onun "yurdunu"viran qoymuşdular. Keçilərini tütub aparmış, "evini" dağıtmışdılar.İndi o hər şeyi təzədən başlamalıydı...

QURTULUŞ VƏ SON

ArtıqSelkirkin ada həyatı dörd il, dörd ay idi ki, sürürdü. Yaxınlıqqdan keçən ikiingilis gəmisini - "Dyuk"u və "Kaçe"i görəndə 1709-cu ilyanvarın 31-i idi. Normal danışmağı belə yadırğayan Selkirk çətinliklə olanlarıgələnlərə başa sala bildi. Həmvətənləri Aleksandrı özləri ilə götürübköməklərini əsirgəmədilər. Amma onun yenidən İngiltərəyə dönüşü gəmilərinsəyahətləri bitirdikdən sonra, 1711-ci ildə mümkün oldu. Londona gəldi. DoğmaLarqoya qayıdışı isə daha bir neçə il çəkdi. Amma haqqında dolaşan əfsanələrqəsəbəyə özündən qabaq gəlmişdi. Həmyerliləri onu qəhrəman kimi qarşıladılar.Uzun müddət Selkirkin danışdığı gerçəksərgüzəştlər hər kəsin dilində əzbərə,əfsanəyə döndü. Artıq Selkirkin şöhrəti hər yana yayılmışdı...

Bəlkə dəonun yerində başqası olsaydı bir dahasəyahətə çıxmazdı. Amma o, dənizsiz yaşaya bilmirdi. Bu dəfə Britaniya kraldəniz donanmasında, "Ueymaus" gəmisində leytenant rütbəsində üzməyəbaşladı. Amma... Həmişə onu xilas edən şansı bu dəfə ondan üz döndərmişdi.1721-ci il dekabr ayının 13-də Aleksandr Selkirk gəmidə ağır xəstələndi, bir qədər sonra qızdırmadan öldü.Dənizçilər onu dörd il dörd ay tənhalıqda yaşadığı həmin adada dəfn etdilər.Məşhur yazıçı Daniel Defonun həyatdakı qəhrəmanı Aleksandr Selkirkin həyatromanı beləcə bitdi.

P.S.Selkirkin yaşadığı ada indi Robinzon Kruzonun, qonşluqdakı ada isə Selkrikinşərəfinə adlandırılır. Böyük Britaniyadaona heykəl də qoyulub.

BABƏKYUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV