adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

“Novruz tonqalının külü”

RÜFƏT SOLTAN
51460 | 2016-03-27 22:29

Novruzbayramının sevinci bu il sönük oldu. Bu fikirlə razılaşmayanlar xoşbəxtinsandılar. Bəli, xoşbəxt insanlar, hansı ki, maddiyyat və "yox”un onlara heçcürə təsir edə bilməyəcəyi saf insanlar. Bayramla əlaqədar sosial sorğudan birparçanı sizə təqdim edəcəm. Lakin əvvəlcə bir jurnalist kimi məni düşündürənbir məsələni qeyd etmək istəyirəm. Belə ki, bu soğruda fərqli şəkildə cavablaralsaq da qeyd edə bilərəm ki, iştirakçıların hamısı ümumi sferanı əks etdirənortaq izahat verirlər. Yəni imkansızlıq, əhali arasında münasibət pozğunluğu,ünsiyyət qeybi və yuxarıda qeyd etdiyim "yox” kəlməsi. Məni düşündürən əsas məqamagəldikdə isə bu bir başa soğruda iştirak payını almaq üçün saf insanlaraxtarışında olmağım idi. Təəssüf edirəm ki, tapa bilmədim. Lakin onları tapmamışolmasam belə nə deyəcəkərini təxmin etmək olar. Çünki 90-larda yaşamış insanlarda təsdiq edər ki, həmin saf təbiətli "yox”u və imkansızlığı özünə dərd etməyənvə xoşbəxtliklə nəfəs alan şəxsləri çox görmüşük.

Fikirlərimiöz təxəyülümdən yaradıb yaşamamışam, məhz həyatın hər üzünü görmüş gənclər vəorta yaşlı insanların soğruda iştirakı mənə "burada danışmağı öyrətdi”. Xalqıngözü trəzidir, bayram soğrusunu onlar çəkidən keçirir və nəticəni öncə mətbuataötürür, daha sonra isə mətbaut yenidən onu emal edib xalqın özünə qaytarır. Üzərimədüşən bu missiyanı yetərincə yerinə yetirməyə çalışdım. Bilirəm onsuzda cəmiyyətdəsadə adamlar tanınmış şəxslərdən qat-qat çox olduğu üçün sizə də həmin tanınmışlarıncavabları maraqlı gələcək. Lakin mən belə etmədim, bu dəfə çoxluq prinispinə əməledərək sadə ictimai qınaq və izahatları almağa çalışdım.

Adalet.azsoğrulardan seçilmiş maraqlı açıqlamları siz təqdim edir:

Tovuzrayon sakini Nərimian Zeynalovun sözlərinə görə bu ilki Novruz abu-havası zəifolub: Bu bayram ümumiyyətlə çox zəif keçdi. Əsas səbəb kimi məni əhalinin maddirifahı yox mənəvi rifahı düşünüdürür. 2000-ci ilin əvvəllərində bayramlar dahamaraqlı idi. Süfrələr bəlkə də kasıb idi idi ancaq insanlar arasındamehribanlıq, səmimiyyət var idi. Məsələn, əvvəllər hamı qonaq gedib qonaq qəbuletmək istiyirdilərsə, indi buna pis baxırlar.

Bakısakinin Teymur Mehtiyevin maraqlı və o cümlədən hazırkı sosial sferanı əksetdirən nümunəvi izahı diqqətimi çəkməyə bilməzdi:

Hər kəsbilir ki, bu il bayram çox sönük keçib. Bəlkə də bu, yaşla bağlı məsələdirancaq mənə elə gəlir ki, insan böyüsə belə onun içindəki uşaqlıq illəri sırfbayramlarda üzə çıxır.

"Əvvəllər məhəllələrdən hər 10 addımdan bir tonqalqalanırdı, bayram axşamlarını işıqlandırırdı. İndiki mənzərə isə onu izah edirki, bu Novruzda heç kəs "bayram qeyd eləmir”. Çünki çöl-bayrıda nə böyük gözə dəyirnə uşaq - Bərdə şəhərində yaşayan rəssam Pənah Bayramov da Novruz təssüratlarınıbizimlə bölüşüb.

"Sizə çoxprimitiv misal gətirim: Bu il bazarlar od tutub yanırdı, çərəzin qiyməti25-manatdan aşağı deyildi. Yaramarkarlar isə adi bazar qiymətləri ilə sanki rəqabətaparırdı.” - Bakıda menecer işləyən HacıYəhyayev adlı oxucumuz sözlərinə əlavə edərək bildirir ki, indiki həftəsonlarıvə bayramlarla əlaqədar keçirilənyarmarkalar artıq simvolik xarakter alıb. Bəzən mən də yaşla bağlı həyatdabelə tədbrilərin artıq insana uşaqca gəldiyini düşünsəm də, əslində ilkinreaksiyam bunan ibarətdir. Ümumxalq tədbirləri təkcə azyaşlılar üçün qeyd olunabilməz. Deməli imkansızlıq və isosial-iqtisadi tarazlığın nisbətən pozulması öznəticəsini məhz elə əsas el şənliklərində göstərir.

Beləliklə,reallıqlardan qaçmaq mümkünd deyil, hər nə qədər də mən "zənginəm” desən də,geyimində, nəfəsində və nəhayət gözlərində o yoxsulluq (istər maddi, istəsə dəmənəvi) açıq aşkar biruzə verəcək. Xalqıma gələcəkdə firavanlıq və "var” arzulayıram.Həm sağlamlığımız, həm normal düşüncələrimiz, həm də ünsiyyətimiz "yox”olmasın..

Rüfət Soltan

TƏQVİM / ARXİV