Səhərin gözü hələaçılmamışdı. Tək-tək pəncərələr işıq-işıq oyanırdı. Adama elə gəlirdi ki,oyanan pəncərələr göy üzündəki sayrışan ulduzların əvəzidi - İndi ulduzlar çəkilibgedəcək, pəncərələrin işıqları bəzəyəcək dünyamızı, şəhərimizi.
Gecəninyuxusuzluğunu əsnəməklə canından silkələyib tökməyə çalışan və tək-tək yanmağabaşlayan pəncərələrə ümid yeri kimi baxan ürəyim yataqdan qalxıb həyətə çıxdı.Əslində bu, təkcə ürəyimin, oyaq duyğularımın yarıqaranlıq səhərə üz tutmasıdeyildi. Bu, həm də ürəyimin bütün gecəni içində qovurduğu vurub-çıxdığı,toplayıb böldüyü, amma nəticəsini, hasilini tapa bilmədiyi bir yaşamınnarahatlığı idi. Mənə elə gəlirdi ki, gecənin qaranlığı Ayın, ulduzlarınişıqlarına bələnsə də, ürəyimə yükdü, ürəyimə zindandı, sıxır məni. Sıxdıqca daürəyimin döyüntüsü də artır, həyəcanı da... və mən elə məhz bu səbəbdən danyerinin sökülməsini gözləməyə özümdə güc tapmadım. Bircə onu bildim ki, adətiüzrə işıqlarını söndürüb yatdığımız otaqdan özümü həyətə atdım (bu yerdə yadımahəmişə məndə təbəssüm doğuran bir dostun "mən on yaşımdan həyataatıldım"- sözləri gəlib düşür, məsələyə dəxli olsa da, olmasa da).
Qəribədi, şəhərdə yaşasam da, məskunlaşdığımərazidə əməlli-başlı bir kənd abu-havası hökm sürür. Xoruzlar banlayır, itlərhürür, hətta beş-on mal-davarını otarmağa aparan məhlə adamlarının da söhbətlərieşidilir. Çox təəssüf ki, bu mal-davar saxlayanlar hərdən şəhərin yaşıllığınada bir "qayçı gəzdirirlər" fərqinə varmadan. Bax, belə bir səhərdədaha doğrusu, açılmaqda olan səhərdə mən narahatlığını anladığım ürəyimlə var-gəledirəm. Kənardan baxan bunu səhər idmanı da saya bilər. Ancaq mənim bu anda nəidmanlıq, nə də onun barəsində düşünəcək həvəsim yoxdu. Çünki çoxumuza problemolan təzyiq məsələsi də iki gündür mənimlə xudahafizləşmir, çağrılmamış qonaqkimi kəsdirib yanımı. Təbii ki, burada təbiətin də öz diktəsi var, necə deyərlər,arğac ondan keçib. Üstəlik də bizim ekoloqlarımız əməlli-başlı "qaş düzəltməkəvəzinə göz tökürlər". Onlar obyektivlik naminə hava proqnozunun sonunda hərgün meteohəssas adamlara da xəbərdarlıq edirlər. Təbii ki, bu onların vəzifəsidi,ancaq insanların psixologiyasını, hazırkı iqtisadi durumdan yaranan stresslərininəzərə almamaq da doğru deyil. Gərginlik içində olan insanlara elə meteohəssassözü kifayət edir və belə olanda istər-istəməz Sovet dönəmini xatırlayıram. Azqala 45-46 dərəcə isti altında kətmən vuran, pambıq yığan, təsərrüfatla məşğulolan insanlar görəsən meteohəssas deyildilər, yoxsa onda Günəş başını basdırıbyatmışdı, partlayışlarla işi yox idi?! Və yaxud göydən hansısa bir cisim qopubüzü yerə tərəf gəlmək fikrinə düşmürdü, zəlzələlər, vulkanlar baş vermirdi, nəisə...
Bu sualları elə-belə sözgəlişi yazdım, onsuzda ekoloqlarımız da bilir nə edir, stresi yaradanlarımız da, onu yaşayanlarımızda. Bu yerdə "çax-çaxın baş ağrıtmasına" ancaq ironiya ilə gülməkolar. Necə ki, düşündüklərimə məhz özüm də elə o cürə gülürəm...
Deməli, cəmiyyət, quruluş dəyişsə də problemlərdəyişməyib, sadəcə kosmetik əməliyyatlar, bir az da cərrahi müdaxilələr olub vəolmaqdadı. Bu hər şey olmadığı kimi, hər şeyin olmağı da demək deyil. Elə kədərin,dərdin özündə də bunu hiss etmək olar.
Oyana bilmirsən əvvəlkivaxtda
Qopmur kirpiyindənbu yaz yuxusu…
Sanki bədəninəisti yataqda -
Bükülüb bu fəslinbəyaz yuxusu!..
Dağılıb yastığaqarışıb telin,
Üzündən gözəllikboylanan gəlin…
Qurulmuş saatauzanan əlin -
Uzatmaq istəyirbu naz yuxusun…
Gördüyünruhmudu, yoxsa ki, mələk,
Əbülfət, beləsidoğulur tək-tək!
Durubbir kənarda ya şəklini çək -
Yada ki, şair tək sən yaz yuxusun!..
***
Səhərin gözləriaçılmağa başladı. Bu vaxt qulağıma çox tanış və şirin bir səs gəldi. Bir qəribəduyğu ilə sağa-sola boylandım. Hələ budaqları çılpaq olan ağacların arasından gəlirdibu səs. Xüsusi bir maraqla o səsi axtarmağa başladım və tapdım. Sinəsi sarı,ovuc içi boyda olan bu balaca quşcuğaz (nədənsə kənddə biz ona Bayramquşudeyirdik -Ə.M) Bakıya da gəlib çıxmışdı. Özü də Novruz bayramının əvvəlində,axır çərşənbədə. Çox qəribə oxuyurdu, elə bil darıxmışdı. Səsində ayrılıqdanqurtuluşun istisi də vardı, qayıdışın sevinci də. Doğrusu məni çox mütəəssiretdi, haldan-hala saldı və özüm də hiss etmədən sinəsinin altı sapsarı olan bubalaca bayram quşuna çevrilib Bakıdan Qarabağa sarı uçub getdim. Öz üdə birbaşakəndimizə... amma evimizə yox, öncə kollarının arasından əlimi tikanlar didə-didəbənövşələr dərdiyim "Quşlu dərə"dəki bulağın üstünə. Ürəyim susamışdıo bulağın dodaqları üçün, gözləri üçün. Ürəyim, əllərim, gözlərim hansı kolundibində neçə bənövşə olduğunu yadda saxlamışdı, ona görə də birbaşa ora uçubgetdim. Getdim ki, ürəyimin yanğısını söndürüm.. getdim ki, sayını, yerinibildiyim bənövşələri dərim, bulağın üstündə heç kimin ağlına gəlməyən sıxböyürtkən kollarının arasındakı nərgizləri toplayım. Yaşıdlarım arasında təkcəmən o nərgizlərin yerini bilirdim. Onu başqa kimsə dərməsin deyə, gizləndiyiyerə ətrafdan quru çör-çöp gətirib bir çəpər çəkirdim, gizlədirdim onu hamıdan,gizlədirdim ki, onu heç kim görüb dərməsin. Mən o nərgizi həmişə ən çoxsevdiyim müəllimimə aparırdım. Amma çox-çox illər sonra bildim ki, sən demə müəllimimnərgiz gülünü sevmirmiş, sadəcə mənim qəlbimə toxunmamaq üçün nərgizləri qəbuledirmiş. Özəl bir həyatın xatirəsi nərgiz gülünü mənə doğma, ona isə yadedibmiş...
Topladığım güllərlə məğrur bir görkəm alıbgörüşə gedənlər kimi yavaş-yavaş evimizə tərəf gedirəm. Getdikcə heyrət vəağılasığmaz dəhşətli bir ağrı məni bürüyür - evimiz yoxdu, çəpərimiz yoxdu, həyətimizdəkimeyvə ağacları necə doğranıbsa izi də qalmayıb. Bir anlıq mənə elə gəlir ki,yolu səhv salmışam, harasa özgə bir yerə gəlib çıxmışam. Ancaq yox... mənyanıla bilmərəm. Özümü yanılmadığıma inandırmaq üçün evimizin qarşısından keçənyolun üstündəki qaya parçasını axtarıram. Hə, bu daş parçası yerindədi. Deməlionun üstündə dəmir parçası ilə ovduğum hərflər də yerində olmalıdı. Əlimi daşınmamır tutmuş çöhrəsinə sürtürəm, ovcumun istisi ilə bu daşı əzizləyə-əzizləyəonun sinəsindəki yazıları axtarıram. Mamır dolub dəmir parçası ilə ovduğum rəqəmlərinizlərinə. Qoparıram onları. Tarix olduğu kimi qalır - 24.05.1976. Bu mənim ortaməktəbdəki son zəngimin tarixidi. Başqa heç nəyi axtarmağa gücüm çatmır, əlimdaşlaşır sanki, ruhum donur sanki, eləcə o daşa söykənib bünövrəsinə qədəryanıb dağılmış evimizə baxıram. Həyətimizdə bitən qaratikan kollarını seyr edirəm.Bu kollar da puçurlayıb. Baharın nəfəsi buralara da gəlib çatıb. Mən isə...
Həsəd apardım sənə,Bayramquşu!. Çünki səni orda da gördüm, Bakıda da. Sən nə qədər cəsarətli, nə qədərqoçaq imişsən! Sən səngəri də rahatca ötüb getmisən, sən o dağılmış yurdumda daöz nəğməni oxuyursan. Amma Bakıdakından fərqlidi o nəğmən. Çünki o nəğməndədaha çox çağırış, fəryad, qisas notları var. Yadıma zindandan məktublar yazanböyük şair Musa Cəlil düşür. "Quşcuğaz" şeirini xatırlayıram. Nə isə...
Gəlib çatdı vaxt, vədə
Bənövşə gözün açdı.
Nə varsa təbiətdə
Damarına su qaçdı...
Torpaq yarıyuxulu,
Ağaclar da puçurlu...
Bu gələn yaz quşları
Budaq-budaq uçurtdu...
Ömrün təzə səhifəsi
Yazılır yenə gül-gül...
Qıra bilmir qəfəsi -
Hələ ki, Xarı bülbül...
Bir coşqunun içində
Süzür hər kəs bu vaxtı.
Baharın gəlişiylə -
Açılır yerin baxtı...
***
Son vaxtlar hər şeydə nəsə bir qeyri-adilikaxtarıram. Hətta aylarla, günlərlə gözümün qarşısında olanlarda da nəsə yenicizgilər tapmaq istəyirəm. Bu bəzən alınır, bəzən isə yox. Bundan üzülsəm də,fikrimdən, israrımdan çəkilmirəm, eləcə axtarıram... bax öncədən dediyim kimiyuxusunu kirpiyimdə yandırdığım, dan yerini gözlərimdə açdığım həmin bu səhərdədə mən nəsə axtarırdım. Bəri başdan deyim ki, bu axtarışım boşa getmədi,Bayramquşunu tapdım, kəndimə gedib-gəldim və bir də həmişə qanımda, canımdaolan ən əziz varlığı özümlə birlikdə bu gün gedə bilmədiyimiz o yerlərə aparıbgətirdim, özünün xəbəri olmadan. Apardım ki, o da görsün, tanısın, xatırlasın,onun da yaddaşı təzələnsin. Mən bacardığımı elədim - apardım onu! Ancaq bilmədimki, o, mənimlə getmişdi və bir də o da mənim yaşadıqlarımı yaşadımı?..
Deyə bilərsiniz ki, bunu özündən niyəsoruşmursan. Ancaq unudursunuz ki, mən heç vaxt ondan heç nəyi soruşmuram. Onunbaxışlarından, görkəmindən, nəfəsindən, hərəkətlərindən, davranışından soruşmaqistədiklərimi oxuyuram, özü də bacardığım kimi. Bəzən bütöv cümlələrlə, bəzənqırıq-qırıq, ancaq özüm oxuyuram.
İndi artıq evdəkilər də oyanıblar, dan yeridə sökülüb, Günəşin "üst dodağı görünür". İşığı getdikcə ətrafıbürüyür. Mənə elə gəlir ki, bir neçə saatdı ki, dayandığım yerdən tərpənməsəmhara gedib-gəldiyimi də biləcəklər, yanımda kimin dayandığını da görəcəklər, bugecə də yuxusuz qaldığımı anlayacaqlar və sonra da başlayacaq çoxlu suallar,narahatlıqlar. İndiki halda isə suallara cavab verməyə iynə ucu boyda da gücümqalmayıb. Sadəcə getmək istəyirəm, çıxıb getmək. Hara olur, olsun! Bu dan üzüyaşadıqlarımı axtarıb tapmaq üçün getmək istəyirəm. Ancaq necə? Adam özü özündənçıxıb gedə bilirmi? Çox qəliz sualdı. İnanmıram ki, kimsə özündən çıxıb,axtardığı özünə gedə bilsin. Mən bu qarışıq fikirlərin içində evdəkilərdənayrılıb işə yollanıram. Yolboyu həmin o düşüncələr məni tərk etmir, üstəlik mənəelə gəlir ki, indi sən artıq yanımda deyilsən, məni tək qoyub sən də öz işinəçıxıb getmisən. Qınamıram. Burda faciə sayılacaq heç nə yoxdu, amma düzünüdeyim ki, getməyini istəmirəm, tək qalmaq istəmirəm. Səbəbini özün düşünərsən.Mən isə özümə təsəlli kimi öz misralarımı təkrarlayıram.
Gəlib öpə bilmirəm,
Gözə təpə bilmirəm,
Vallahsəpə bilmirəm -
Torpaq,yarama səni!
Sözdənböyük ölçüm yox
Başqafikrim-öcüm yox!
Bağlamağagücüm yox -
Yarpaq,yarama səni!
Uzaqdüşmüş didərgin…
Yoxdubaşqa bir dərdim.
Mənihara and verdin -
Dedi,arama səni!..
Hə,bu yazı ilaxır çərşənbə ilə Novruzun üz-üzə gəldiyi və dan yerinin hələqaranlıqdan çıxa bilmədiyi bir məqamda bilgisayara köçürüldü. Necə deyərləristi-isti. Bilmirəm necə alındı, ancaq inanın ki, mən yaşadıqlarımı vəduyğularımı yazdım, necə varsa elə. Başqa cür yaza bilmirəm. Sadəcə, bu yazınınyaranmasında bir məqam var. Onuda dilə gətirmək istəyirəm. Əslində son bir ayda həmin o bir məqam bir an daolsun məni, üstəlik ailəmi tərk etməyib. Necə deyərlər, yatanda da, ayaqdaolanda da ağlımda, ürəyimdə qövr edir həmin fikri… O da sığındığım evin sökülməktəhlükəsidir. Artıq dəfələrlə köç etdiyimdən təkərlər üstündə olan ailə həyatımınbu sığınacaqla da vidalaşacağına şübhə yeri qalmayıb. Çünki tikdiyim ev, dahadoğrusu, onun aid olduğu ərazi metro üstündədi və bu da onun sökülməsini zəruriedibdi. Deməli, məni yenə daşınmaq, köçmək gözləyir. Amma hara?!
Təəssüf ki, busualın cavabını verməyə təkcə çətinlik çəkmirəm, həm də konkret olaraq o cavabıbilmirəm. Sadəcə, bu bayram ovqatımızın üzən məzənnəli qayğısı öz rəngini elətündləşdirib ki, eləcə köçmək… köçmək və yenə köçmək fikri başımdan çıxmır. Birdə ki…
Hə, bir də ki,deyəsən yerin üstü getdikcə daralır mənim üçün. Nə isə…
Bayramınız mübarək!