Rabitə Nazirliyi bayrama görə tapşırıq verdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması üzrə müvafiq tədbirlər görüləcək.