adalet.az header logo
  • Bakı 20°C

DİRƏDÖYMƏ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
37249 | 2013-01-19 08:29
Keçəngünlərin söhbətidi. İndi yadıma düşür, daha doğrusu, özüm yadıma salıram. Çünkisöhbət bir çox məqamları yenidən göz önünə gətirmək, yenidən dəyərləndirməkimkanı verir. Mən də yaranmış imkanı elə-belə fötə vermək istəmirəm. Yəni olmuşolacaq, eşitdiyim, gördüyüm, o cümlədən də fəhm verib barəsində düşündüklərimhəmin o bu günlərin söhbətinin içindən bir xətt kimi gəlib keçir. Əslində oxətt həm də bir ağ cığırdı...

Hə, əvvəldədedim ki, bu günlərin söhbətidi. İki dəyərli ziyalımız, iki dəyərli sözadamımız ayrı-ayrılıqda təmasımız zamanı mənə köşə yazılarımla bağlıfikirlərini söylədi. Bir az qeyri-ciddi görünsə də, amma tərif də, tənqid də(xüsusilə tərif - M.Ə) yerinə düşəndə ürəyinə yağ kimi yayılır. Tənqid isə sənitəkrar düşünməyə, təkrar götür-qoy etməyə məcbur edir. Elə bil ki, əlindəntutub gətirir səni hardan addımlamağa başlamısansa, ora və deyir ki, buyur, buyol, bu da sən, yenidən addımla, biz də baxaq, qiymət verək.

Yadımadüşmüşkən bir xatirə deyim. Sovet ordusunda xidmətə başlayanda bir bölükdə üçnəfər azərbaycanlı xidmət edirdi. Onlardan biri ucqar dağ kəndindən gəlmişdi.Loru dildə desək, "şaqat" eləməyi bacarmırdı, yəni sırada addımlarınınizamlayıb cərgənin nizamını tuta bilmir, ya özündən öndə gedənin dabanınıtapdalayır, ya da arxasınca gələnin zərbəsini alırdı. Buna görə də həmin ohəmyerlimizi yalançılar sözü olmasın, düz bir ay meydançada addımlamaq hərəkətinə məcbur etdilər. Yazıq yayın cırhacırında Rustavidə o qədər təpikdöydü ki, qan-tərə batmaqla yanaşı, ayaqları döyənək oldu. Bir ay da hospitaldaayaqlarının müalicəsinə həsr olundu. Qaydanda gülə-gülə deyirdi ki, komandirəkələk gəldim. Bir ay o mənə təpik döydürdü, bir ay da mən onu gözlətdim. İndibir ay da gedib evdə dincəlib əsgərliyin üç ayına vida deyəcəm...

Hə, heçbilmirəm bu xatirə niyə yadıma duşdü, amma onu bilirəm ki, söz sözü çəkəndə,fikir fikri tamamlayanda, məqsəd aydın olanda, illah da ki, münasibətqarşılıqlı anlaşmaya xidmət edəndə onda yaşamaq da, yazmaq da, lap elə təpikdöymək də maraqlı olur. Çünki sən öz çevrəndə səni duyanları, sənə dəyərverənləri görürsən. İnsan da həmişə diqqətin acı olur, diqqətin ehtiyacınıyaşayır. Nə var ki, kiməsə beş manat pul verib könlünü almağa və yaxud birhədiyyə verib ürəyini ovutmağa. Bunu hər kəs bacarar. Ancaq insana diqqətgöstərməyi hər adam bacarmır. Təbii ki, söhbət adamdan gedəndə...

Deməli,mənimlə söhbət edən, daha doğrusu, məni söhbətə çəkən həmin o dəyərli sözadamları birmənalı olaraq vurğuladılar ki, köşə yazılarımda daha sərbəstəm,daha rahatam və bu rahatlıq da şeirlərimin ovqatı ilə tamamlanır. Yəni sözcümlədən, nəqli fikirdən poetik fikrə keçməklə öz axarını bir genişliyə, birdüşüncə meydanına çıxarır. Doğrusu, bu deyilənləri heç ağlıma da gətirməmişdim.Çox məmnun oldum. İndi də o sözləri xatırlayır və o fikirlərin sahiblərininadlarını da yazıya köçürmək istəyirəm. Amma bir anlıq qorxuram. Çünki onlardanicazə almamışam. Ona görə də tərəddüd içindəyəm. Lakin bir əminliyim var ki, oda xalqdan gələn deyimdən bəhrələnir. Atalar deyib ki, "sən sözünü de,sahibi götürəcək!". Deməli, mənim barəmdə xoş sözlər söyləyən həmin yazardostlarım da yəqin ki, onlara, onların diqqətinə olan ehtiramımı elə qarşılıqlıdiqqət kimi də qəbul edəcəklər...

Hə, söz ki,diqqətdən düşdü, onda bir məqama da üz tutaq. O da duyğusal olmaqdı. Elə ki,duyğular güc gəlir, elə ki, o güc gələn duyğulara təslim olursan. Onda sözünbütün mənalarında təkcə ağ bayraq qaldırmırsan, onda ürəyini açıb qoyursanortaya. Görmək istəyənlər həm o ağ bayrağı görürlər, həm də ürəyinin içini. Baxelə mənim ürəyimin içində indicə cücərən bu misralar kimi.

Dünya bircan köynəyidi

Dar gəlir,mənə dar gəlir.

Kədərə,qəmə əyilmək-

Ar gəlir,mənə ar gəlir!

Əridibgözün yağını

Suvardınsevgi bağını

Düşündümvüsal çağını-

Bar gəlir,mənə bar gəlir!..

Bu nəseçim, bu nə qismət

Görənləraparır həsəd!

Məcnunuöldürən həsrət-

Yar gəlir,mənə yar gəlir...

***

Yeni ilinyeniliyini hiss etdirən bu qarlı hava əslindəgöz önündə olanları bir ağ örpəyə bürüyür. Yəni Bakıya səpələnmiş qaryalnız görünən yerləri, küçə və meydanları, parkları, bulvarları, evlərindamını ağardıb. Qalan nə varsa, hamısı elə köhnədi. Az qala adam bu mənzərəniseyr edəndə ilin də dəyişmədiyinə, ilin də köhnə olduğuna inanmaq istəyir. Birdə ki, köhnə, ya təzə... Burdakı fərqi necə müəyyənləşdirmək olar? Hələ mənpaltarın, maşının, evin, hətta arvadın köhnəsindən danışmıram. Söhbət ilintəzəsindən, köhnəsindən gedir. Dekabrda da eyni işləri görürdük, yanvarda dahəmin işləri təkrarlayırıq. Gördüyümüz işləri qarşı-qarşıya gətirsək, sankigüzgüdə bir-birinə baxır, biri o birisinin əksidir. Amma neyləyək ki, birinintəvəllüdü dekabrdı, birininki yanvar. Biz də özümüzü bu yeni il, bu təzə iladıyla yenilik uğrunda döyüşlərdən keçirə-keçirə təkcə sabahlara yox, həm dəbizi gözləyən son məntəqəyə yaxınlaşırıq...

Bir dəfəavtobusla nəşriyyata gəlirdim. Yasamal qəbiristanlığının yanına çatandakonduktor salona üz tutub soruşdu:

-Qəbiristanlıqda düşən olacaq?

Onun busorğusu məndə bir gic gülmək yaratdı. Elə gülə-gülə də dedim:

-Qəbiristanlıqda heç kim könüllü düşmür...

Hə, indibiz də o son məntəqənin adını bilsək də və bütün yolların da ora getdiyindənxəbərdar olsaq da, amma gedirik. Çünki bu tale yoludu, bu ömür yoludu. ƏvvəliOlumdu, sonu Ölüm!!! Bunu mən deməmişəm, mənim kəşfim deyil. Bunu deyənlərdeyir, mən də oxuyub öyrənmişəm. Sadəcə, mənim üçün həmişə bir qaranlıq sualmövcud olub. Daha doğrusu, bu olumla ölümün arasında bir qaranlıq nöqtə, birqaraltı görmüşəm və ha çalışsam da o qaranlığa, o qaraltıya işıq salabilməmişəm. Söhbət ondan gedir ki, insan olumla ölümün labüdlüyünü qəbul edir.Amma sözün bütün mənalarında insan kimi yaşamaq, insan kimi davranmaq,bütövlükdə insan olmaq ölçülərini gözləmir. Necə gəldi, necə bacardıağına-bozuna baxmadan, birinin haqqını yeməklə, başqa birinin haqqınıtapdalamaqla, lap özgəsinin yoluna qələm sancmaqla, quyu qazmaqla, ev yıxmaqla,daha nə bilim nələrlə, nələrlə ölümə doğru gedir. Bax, mən bunu dərk edəbilmirəm, mən bu qaranlığa işıq sala bilmirəm. Olsun ki, bu mənim zəifliyimdivə yaxud da bacarıqsızlığımdı. Amma hər nədisə, bu bir gerçəklikdi...

Yanvarınbirinci on gününü yola salıb hələ ki, damlarında qarın qaldığı bu şəhərdə ikinci ongünlüyə yolsalıram. Təkcə özüm üçün yox, həm də düşüncələrim, duyğularım üçün. Nə var ki,tək başı saxlamağa. İki əl bir başı dolandırmasa, onda onların heç birininfaydası olmaz, gərəksiz bir şeyə çevrilərlər. Amma oğul o kəsə deyirəm ki, ikiəllə bir başı yox, iki əllə həm də duyğularını da, çevrəsini də dolandıra bilsin,əl uzatsın, qayğı göstərsin. Təəssüf ki, qayğı uman, qayğıya ehtiyacı olanqayğı göstərəndən, qayğı göstərmək istəyəndən və yaxud da buna el üzünə məcburolandan qat-qat çoxdu. Ona görə də bir damla qayğı milyonlar arasında bölünmür,yəni bölmək mümkün olmur. Onda da bir inciklik, bir giley-güzar ortaya çıxır vəhər kəs də özünə görə haqlı olur. Lakinbütün haqların içərisində ən böyük haqq elə böyük Yaradana məxsusdur.Kimin haqlı-haqsız olduğunu da qanunlarla yanaşı, ən böyük ədalət prinsipi iləsonda Yaradan özü müəyyən edir...

Etiraf edimki, özümü dərk edəndən ən çox umduğum diqqət olub. Bunu yazılarımda dayazmışam, şeirlərimdə də diqqətə çatdırmışam. Amma nə faydası. O diqqət payımhəmişə qıt olub, qısır olub və mən eləcə gözləyə-gözləyə yazmağımda,pıçıldamağımda, diqqət isə öz işindədi. Daha doğrusu, diqqət göstərməliolanlar, diqqət umduqlarım öz işlərindədilər...

Yadımadüşmüşkən, işıq üzü görən ilk kitablarımın birində yazmışdım ki:

heç kimdən,heç kəsdən umacağım yox

gözütoxluğumla öyünmüşəm mən...

anamqollarını yüyrük eyləyib -

atamınçiynində böyümüşəm mən...

Bəli, bucür böyümək haqq edə-edə, amma umacağımı da gizlətməmişəm. Elə bu yazıda dagizlətmədim. Bir də ki, bütün gizlinlilərin üstü qırx gündən sonra açılır. Əgəro gizli qırx gündən sonra faş olacaqsa, onu niyə indidən faş etməyək?.. Elə buməramla da pıçıldamaq istəyirəm. Daha doğrusu, artıq pıçıldadığımı bilgisayaradiktə edirəm:

Bir az daözümüzdən

Danışaqbəlkə bu gün?!

Unudubüstümüzə

Salmasınkölgə bu gün-

Həsrət..

Çözübqəmin, acının

Düyünləriniaçaq...

Vüsalatəşlərindən

Qaçaqdüşsün, qoy qaçaq-

Həsrət!

Söhbətəmövzu deyil

Belə andakənd, bölgə...

Danışaq qoytanısın

Səni dəbütün ölkə-

Həsrət!

***

Bayaqxatırlatdım ki, yanvarın birinci on günü arxada qaldı... Sovet ordusundakıxidmət illərimin bir məqamını da yada saldım... Bir də onu xatırlatdım ki, ənböyük umacağım diqqətdi... Bax, əslində yazdığım bu yazının bütün ağırlıq yüküdə bu üç xatırlamanın, bu üç dayaq nöqtəsinin üzərində dayanıb. Və mən də busacayağını seyr edə-edə yazdıqlarımı, düşündüklərimi, eləcə də yazabilmədiklərimi sağa-sola saf-çürük etməkləmövzunu konkretləşdirmək, fikrin dayaq nöqtəsinə gəlib çıxmaq istəyirəm.Çünki dünyada mövcud olan hər nə varsaonun hər birinin dayaq nöqtəsi də var. O dayaq olmasa, onda o mövcudluq damümkün deyil... Mən özüm-özlüyümdə dayaq nöqtəmi də tanıyıram, bilirəm və odayaq nöqtəsinin ətəyindən yapışıb əvvəldə dediym kimi, bir ağ yolla getməkdəisrarlıyam. Hara qədər, nə vaxtacan...

Mən buyazını diktə etdiyim anlarda N saylıhərbi hissənin dünyasını müəmmalı şəkildə dəyişmiş əsgəri barəsində görüntülər,eləcə də fikir mübadilələri varlığımı alt-üst etdi, 90-cı illərə qayıtdım.Atəşkəsə qədər içərisində olduğum müharibənin sarsıntılarını, ağrılarını,ölüm-itimini yenidən yaşadım. Təbii ki, baş verənlər dözülməzdi, dəhşətlidi.Amma baş verənləri təmkinlə araşdırmaq əvəzinə, onu düşmənin də sevinə biləcəyihalda təqdim etmək, açıb-ağartmaq yolverilmizdi. Mən bunu başa düşə bilmirəm,ümumiyyətlə başa düşmək də istəmirəm və birmənalı özüm-özümdə qərarlıyam:

- Hərgünahın cəzası var. Hər cəza da günaha görədi. Biz özümüz etdiyimiz günahlarıncəzasını nədənsə ya özümüzdən kənarlaşdırır, ya onu "dəmir"əllərimizlə özümüzdən qovur, ya da etinasızlıq göstəririk. Amma bilmirik ki,günahlar gec-tez cəzasına çatır. Çünkigünah da insana aiddir, günahkarlıq da...

Hə, buyazını istədiyim kimi yekunlaşdıra bilmədim. Ona görə də üç dayaq nöqtəsininüzərinə yüklədiyim fikirlər yarımçıq qaldı, hörgüsü hörülmüş evin damı kimi -üstü açıq...

P.S. Buoyunu - yəni yazının başlığında adı keçən oyunu hamı oynaya bilmir...

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV