adalet.az header logo
  • Bakı 16°C
17 Mart 2016 10:09
28334
TEXNOLOGİYA
A- A+

Mobil telefon alanların sayı azaldı

"Strategy Analytics” tədqiqat şirkətinin məlumatına əsasən, 2015-ci ilin dördüncü rübündə mobil telefon satışından əldə olunan gəlir illik hesablama üzrə 1 faiz azalıb. Mütəxəssislər bildiriblər ki, bu, son 2 il ərzində sözügedən sahədə qeydə alınmış ilk azalmadır.

Adalet.az Azərtaca istinadən xəbər verir ki, "Apple” şirkəti mobil telefon satışından əldə olunan gəlirin həcminə görə, dünya lideri olaraq qalır. Eyni zamanda, ABŞ şirkətinin rəqibi olan "Samsung”un göstəriciləri pisləşib.

Ekspertlərin qiymətləndirməsinə görə, ötən rüb qlobal mobil telefon bazarında ümumi gəlirin 66 faizindən çoxu iki aparıcı istehsalçının payına düşüb. Bu sahədə digər istehsalçıların əksəriyyətində satışların azalması qeydə alınıb.

"GfK” analitik şirkətinin araşdırmasına əsasən, ötən ilin son rübündə smartfon bazarında qlobal gəlir 115.2 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0.2 faiz azdır.