adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Pis insanların korrupsiyaya yarayan savadı!

FƏRHAD ŞABANOV
32458 | 2013-01-19 08:28
Bir insanınvəzifədə olmağının iki səbəbi ola bilər. Ya insan öz biliyi və savadı ilə ovəzifəyə layiqdir, ya da onu layiq olmadığı halda o vəzifəyə otuzdurublar.

Yadınızdadırsaötən yazılarımdan birində Siirt icra hakiminin Obama sərgüzəştlərini yazmışdım.Bu yazımda isə Türkiyədəki bəzi universitetlərdəki savadsız, dünya vecinəolmayan, ancaq və ancaq öz xeyrini güdən rektorlardan yazacam.

Universitetlərdövlətin elm ocaqlarıdır. Universitetlər dövlətin və millətin işıqlı istiqbalıüçün gənclərin yetişdirildiyi yerdir. Düzgünlüyün, biliyin, ədalətin təməliuniversitetlərdə həkk olunmalıdır gənclərin beyinlərinə... Yaltaqlıq, alçaqlıq,rüşvətxorluq, həyasızlıq universitetin qapısından içəri girə bilməməlidir. Bunanə müəllimlər icazə verməlidir, nə tələbələr... Elm müqəddəsdir, elm ocağı dahamüqəddəsdir... Müqəddəs olanı qorumaq lazımdır...

Türkiyə hərzaman universitetləri ilə öyünən bir ölkə olub. Türkiyədə bəzi universitetlərgənclərin əlçatmaz arzusudur. Əlçatmaz universitetlərdən biri də Ərdoğanın sondövrdə problemlər yaşadığı ODTÜ-dür. Həqiqətən də hər hansı bir Türkiyəvətəndaşına soruşsanız ən yaxşı 3 universitet hansıdır, cavablarınəksəriyyətində ODTÜ-nün adını eşidəcəksiniz.

Ancaq ODTÜkimi dəyərli universitetlərin yanında Türkiyədə həm də adı it siyahısındaolmayan universitetlər var. Hansı ki, Ərdoğan-ODTÜ münaqişəsində Ərdoğanayaltaqlanmaq üçün açıqlama verərək ODTÜ-nü qınamışdılar. Bəlkə də tutduqlarıvəzifənin səbəbkarının yanında olmaq onlar üçün bir vəzifədir... Kim bilə bilərki?!

Türkiyəninməşhur xaker qrupu var; Redhack! Türkiyədə elə bir nazirlik yoxdur ki, internetsəhifəsini ələ keçirməsinlər. İstədikləri gizli sənədi ələ keçirə bilirlər.Həmişə yox! Nə vaxt ki, Nəqliyyat Nazirliyi gediş haqqını qaldırır ondaNəqliyyat Nazirliyinin başına bəla açırlar. Nə vaxt ki, kommunal ödənişartırılır onda Enerji Nazirliyinin saytını xak edirlər. Yəni ki, dövlətinleqallıqdan doğan bəzi özbaşınalıqlarının illeqal yollarla qarşısını almağaçalışırlar.

Türkiyəİnformasiya Nazirliyi xüsusi olaraq bu xakerlərə qarşı tədbirlər görsə də xeyriolmadı. Ən son Ərdoğan-ODTÜ münaqişəsinə etiraz olaraq ODTÜ-nü qınayanuniversitetlərin gizli sənədlərini ələ keçirdilər. Elə məlumatlar var ki, insanlap dəhşətə gəlir. Bunlardan bir neçəsinə baxsaq hər şey daha da aydınlaşacaq.

Samsun 19Mayıs Universitetində 228 min liralıq "zərər" aşkarlanıb və dövlətdənbu pul alınaraq rektorun qohumlarına aid şirkətlərə verilib. Guya ki, ortayaçıxan zərər bu məbləğlə təzmin edilib.

GiresunUniversitetinə aparat alıblar 664 min liraya. Ancaq aparatın işləyibişləmədiyi, lazım olub-olmadığı diqqətə alınmadan bu pul gözüyumulu ödənib. Buaparatın aqibəti hələ də bəlli deyil.

UludağUniversitetində təmizlik işləri üçün tender elan olunub və qiymət çox yüksəkdeyildiyinə görə dövlətə təxminən 3 milyon lira zərər dəyib.

KastamonuUniversitetində diplomu saxta olan bir nəfəri müəllim olaraq işə götürüblər,üstəlik kafedra müdiri qoyublar. Universitet rəhbərliyinin diplomun saxtaolduğundan hələ də xəbəri yoxuydu, ta ki Redhack işin üstünü açana kimi.

Ən dəhşətverici olan isə Fırat Universitetindəki korrupsiya halıdır. Universitetin büdcəsinəqoyulan məbləğdə 162 min lira əskiklik var. Universitet gəlirindəki faiz itkisiisə 884 min lira təşkil edir.

Bunlaruniversitet rəhbərlikləri tərəfindən yol verilən qanun pozuntularının balacabir hissəsidir. 20-yə yaxın universitet var siyahıda. Mən ilk 5 dənəsiniyazdım. Redhack isə dayanmır. Dünən də, bu gün də yeni məlumatlar yaymağa davamedir. Və deyiblər ki, yayımladığımız qanun pozuntuları haqqında lazımitədbirlər görülənədək yayımlamağa davam edəcəyik.

Görüldüyükimi Türkiyə dövləti təhsil sisteminə ciddi məbləğ ayırır. Ancaq bu məbləğinəksər hissəsi onun-bunun cibinə gedir. Əlinə dövlət büdcəsindən pul keçən insandaha diqqətli davranmalıdır. İnsan öz əməyi qarşılığında aldığı maaşı istədiyikimi sağa-sola xərcləyə bilər. Ancaq dövlətin malında milyonlarla insanın haqqıvar, əməyi var.

Türkiyəlilərdünyanın ən bahalı benzinini tökür arabalarına. Bunun səbəbi benzininkeyfiyyətində deyil. Bunun səbəbi elə yuxarıda yazılan korrupsiyadır. ÇünkiTürkiyədə benzinin qiyməti 4 liradırsa, onun 3 lirası vergidir. Vergilərdövlətin büdcəsinə gedir. Dövlət büdcəsinin önəmli bir qismi də təhsiləayrılır. Təhsilə ayrılan məbləği də gördük idarəçilər haralara xərcləyir.

Biz hərkorrupsiya və ya özbaşınalıq halında dövləti pisləyib, hakimiyyəti söyüb yüküöz üstümüzdən ata bilərik. Ancaq bütün pisliklərin mənbəyi insandır. Əgər insanpisdirsə, dövlət o insanın yaxşılığı üçün milyonlar töksə də xeyri yoxdur.Həmin pis insan o milyonları özü kimi pislərin çoxalmasına sərf edəcək.Dövlətin qayğısı, köməyi sərfəli istifadə olunmalıdır. Əks halda gördüyünüzkimi yenə itirən millət olur. Bu Türkiyəyə də aiddir, Azərbaycana da...

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV