adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Əgər kino yoxdursa..."

ETİBAR CƏBRAYILOĞLU
39675 | 2013-01-19 08:25
"Mayak"ıbizə göstərən

FarizƏhmədov 1983-cü il doğumludu. Günlərin birində dostunun təkidi ilə"Pantomima" Teatrına gedən Fariz oradan fərqli hisslərlə ayrılıb.Həmin gün "Leyli və Məcnun" tamaşasına baxandan sonra coğrafiya iləbağlı öyrəndiklərini bir kənara qoyaraq sənədlərini Mədəniyyət və İncəsənətUniversitetinə vermək qərarına gəlib. Həmin ali məktəbdə Natiq Rəsulzadədənssenari yazmağın, Cəmil Quliyevin "Bilik" Maarifçilik Cəmiyyətindəaçdığı kurslarda kinorejissorluğun sirlərini öyrənib. Rüstəm İbrahimbəyovunKino Məktəbində yaxşı prodüser kimi yetişməyi mənimsəyib. MoskvadakıÜmumittifaq Kinematoqrafiya İnstitutunun qırmızı diplomlu məzunudu. Bu nüfuzluali məktəbdə SSRİ xalq artisti Aleksandr Proşkinin kursunu bitirib.

Lahıchaqqında çəkdiyi 8 dəqiqəlik filmi kinoda ilk işi sayır. Debüt işindəcə adındansöz etdirməyi bacarıb. "Lahıc" Berlinfestivalında iştirak edib. Ötən ildən "Azanfilm" animasiya filmləristudiyasının direktoru vəzifəsinə təyin olunub.

Azərbaycankinematoqrafçılarının son illərdə çəkdiyi bəzi filmlər son illər sərhədlərimiziaşaraq dünyanın müxtəlif ölkələrində nümayiş olunur, festivallarda mükafatalayiq görülür. "Dolu", "Sahə", "Çölçü","40-cı qapı", "Xoca", "Mayak" milli kinomuzuxaricdə uğurla təmsil edən filmlərdi. Götürək elə sonuncunu. Gənc kinorejissorFariz Əhmədovun çəkdiyi "Mayak" 15-dən çox ölkədə baxılıb. Müxtəliffestivallarda böyük maraqla qarşılanan və mükafat qazanan bu ekran əsəri2013-cü ildə də xeyli dəvətlər alıb. Filmin il ərzində İtaliyada, Almaniyada,Ukraynada və digər bir neçə ölkədə göstərilməsi planlaşdırılır.

"Mayak"ıhər yerdə tanıdanı tanımaq istərmisiz?

- Çəkdiyin"Mayak" ortadadı və böyük maraqla qarşılanıb. Bəlkə elə söhbətimizinəvvəlində "Mayak"a tərəf boylanaq...

- MoskvaDövlət Kinematoqrafiya İnstitutunun məzunu kimi "Mayak" mənin diplomişimdi. Film Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, buekran" ənənəvi müsabiqəsinin nəticəsinə əsasən və nazirliyinin dəstəyi iləçəkilib. Ssenari müəllifi Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahimEminov, bəstəkarı Rauf Əliyev, montaj rejissoru Rövşən Vaqifoğlu, kreativprodüseri Cəmil Quliyev, prodüserləri Rəşad Qasımov və Rasim Salmanovdu.

Rollardaəməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, Elşən Rüstəmov və gənc aktyorƏr Toğrul Kamalov çəkiliblər. Kino kollektiv sənət olduğu üçün"Mayak" indiyə kimi qazandığı uğurları adını çəkdiyim bu insanlarınistedadı və əziyyəti hesabına əldə edib. Texniki heyətin də zəhmətini qeydetmək lazımdı. Ümumiyyətlə, film üzərində 30-a yaxın insan çalışıb. Fürsətdüşmüşkən onların hər birinə minnətdarlığımı yetirirəm. İstənilən ekran əsəribir neçə prosesdən keçərək bitkin hala gəlir. Şəxsən mənim özüm üçün bumərhələlərdən ən maraqlısı çəkiliş prosesidi.

-"Azərbaycanda çəkilən filmləri Biləcəridən o yana göstərmək mümkündeyil" kimi fikirlər səsləndirmək artıq çoxdandı ki, dəbə minib. Amma sonillər bəzi filmlərimiz xaricdə nümayiş olunur, nüfuzlu festivallarda iştirakedir. "Mayak" xaricdə necə baxılır?

- Filmi alitəhsil aldığım Ümumittifaq Kinematoqrafiya İnstitutunda göstərərkənmüəllimlərim xoş sözlər dedilər, görülən işi müsbət qiymətləndirdilər. Onlarınəksəriyyəti müxtəlif kinofestivalların münsiflər heyətində təmsil olunduğundan"Mayak"ın nüsxələrini götürdülər. Filmin belə demək mümkünsə, dünyapremyerası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalqfestival çərçivəsində baş tutdu. Festival Dubay merinin himayəsi altındakeçirilir, büdcəsinə və səviyyəsinə görə A kateqoriyalı festivallardan heç dəgeri qalmır. Premyera da daxil olmaqla 15-dən çox ölkədə nümayişi, 20-dən çoxfestivala dəvət alması göstərir ki, bizim film alınıb.

- Deməliəcnəbi tamaşaçılar "Mayak" vasitəsi ilə cəmiyyətə vermək istədiyinizmesajları anlayırlar. Onda heç uzağa getmək lazım deyil, elə"Mayak"ın rejissorundan soruşum, dünya miqyasında qəbul olunmaq üçünnecə filmlər çəkmək lazımdı? Və yaxud, filmləri necə çəkək?

- Əvvəlaonu deyim ki, yalnız kinofestival üçün film çəkmək, bütün çəkilən ekranəsərlərindən bunu gözləmək yanlış yanaşmadı. Filmi tamaşaçı üçün çəkməklazımdı. Şəxsən mən "Mayak" üzərində çalışanda hansısa festivalınmünsiflər heyətini yox, tamaşaçını fikirləşmişəm. Hesab edirəm ki, tamaşaçı iləsadə dildə danışmaq lazımdı.

Məlumməsələdi ki, kino incəsənətin digər növlərindən daha çox maliyyə tələb edir.Maliyyə olmadan bu sahədə bircə addım belə atmaq mümkün deyil. Amma bu kinodapul hər şeyi həll edir anlamına da gəlməməlidi. Bu gün qonşu İranda çox az birbüdcə ilə çəkilən filmlər ən mötəbər kinofestivallarda uğur qazanır.

- KonkretAzərbaycana qayıtsaq...

- 70 ilsovetlər birliyində təmsil olunmuşuq. Milli kinomuzun tarixi də böyük birmərhələdə sovet dövrü ilə bağlıdı. O zamanlar da Azərbaycan kinosu Gürcüstan vəQazaxıstan kinosundan öndə deyildi. Baxmayaraq ki, bizdə kino onlardan dahaəvvəl yaranıb. Milli kinomuzun dünyaya çıxmasına gəlincə, burada bir vacibməsələyə önəm vermək lazımdı. Müasir təfəkkürlü, mükəmməl təhsil, güclüyaradıcılıq emalatxanası görmüş gənclərin kinoya gəlməsinə nail olmalıyıq.Düzdü, dünya kinosunda Tarantino və digər nümunələr də var. Amma mənimfikrimcə, təhsil məsələsinə önəm vermək lazımdı.

- Bildiyimqədər ilə Mədəniyyət və Turizm Nazirliyi milli kinomuzun kadr hazırlığına,gənclərin xaricdə təhsilinə diqqət göstərir...

- Bubaxımdan kinoda bəxti gətirən nəslin nümayəndəsiyəm. Bizim vaxtımızda dövlətingənclərlə bağlı faydalı layihələri həyata keçdi. Filmlər çəkmək üçün bizəşərait yaradıldı. Mən Moskvada ali məktəbə daxil olandan sonra Təhsil Nazirliyitəhsil haqqını ödəməkdən imtina etdiyini bildirdi. Mədəniyyət və TurizmNazirliyinə müraciətimdən 3 gün sonra nazir Əbülfəs Qarayev məni qəbul etdi vəbu məsələ müsbət həll olundu. Nazirlik gənc kadrların nüfuzlu xarici aliməktəblərdə təhsil almalarında maraqlıdı və bunun üçün imkanlar yaradır. Mən bumövqeyi təqdir edirəm.

- Uzunmüddətdi ki, kino xadimləri, eləcə də sıravi tamaşaçılar arasında mübahisəgedir. Bəziləri milli kinomuzun tənəzzüldə olmasını iddia edir. Bu fikrinəksini sübut etməyə çalışanlar da xeyli çoxdu. Fariz Əhmədov hansı tərəfi haqlısayır?

- Dünyanınhər yerində güclü filmlə yanaşı zəifi də çəkilir. Son illərdə Azərbaycanda kinosahəsində görülən işləri, çəkilən zəhməti qiymətləndirməmək məsələyə qərəzliyanaşma olardı. Azərbaycanda kino yoxdursa bəs "Dolu","Sahə", "Çölçü" kimi filmlər necə çəkilib? Bir vaxtlarQarabağ ağrılarından söhbət düşəndə yalnız "Fəryad"ı göstərəbilirdik. Bu gün isə Azərbaycan kinosu "Dolu" kimi bir film ortayaqoyub. Bu yaxınlarda Mirbala Səlimov "Qırmızı bağ" filmini təqdimedəcək. Mən bu ekran əsərindən də çox şey gözləyirəm.

Son 10 ildəkinomuzun əldə etdiyi inkişafı, dövlətin bu prosesə marağını vurğulamamaqinsafsızlıq olardı. Azərbaycan dövlətinin kinoya ayırdığı vəsaitlə yaxşıfilmlər ortaya qoymaq mükündü. Amma bu gün Azərbaycan kinosunda kadr qıtlığıvar. Yaxşı dramaturq, güclü səs rejissoru, quruluşçu rəssam, montajçı, işıqçı,qrim ustası tapmaq çətindi. Kinomuzda 20 ilə yaxın məcburi bir fasilə yarandı.Həmin fasilənin acı izlərini bu gün də görürük. Ən ağrılı yerimiz isə kinoprokatınolmamasıdı. Azərbaycanın hansısa bir filmi nə vaxtsa "Oskar" da alabilər, Kann festivalında qalib də gələ bilər. Lakin bizim tamaşaçı həmin filməharda baxacaq? "Nizami" Kino Mərkəzindən başqa bir dənə də olsunkinoteatrımız işləmir. "Mayak"a Kazanda 5 minə yaxın tamaşaçı baxıb.Bakıda isə...Tamaşaçının filmə kinoteatrda baxmaq ənənəsini bərpa etməklazımdı.

- Hər haldabuna cəhdlər edilir. "Dolu" filminin "Nizami" KinoMərkəzində bir neçə dəfə təqdimatıkeçirilib, hər dəfə də anşlaq olub. Bu günlərdə "Nizami" KinoMərkəzinin qarşısından keçəndə bilet kassalarının qabağında böyük növbəninşahidi oldum. Gənclər Türkiyə istehsalı olan "Evim sensen" filminəbilet almaq üçün növbəyə durmuşdular...

- Güclüfilmlər çəkməklə yanaşı bayaq dediyim kimi prokat sistemini hökmən bərpaetməliyik. Bu proses paralel getməlidi. Bu məsələdə biz kino işçilərininüzərinə böyük məsuliyyət düşür. Kinoteatra gələn tamaşaçıya bircə dəfə zəiffilm təqdim etsək o bir də bilet alıb gəlməyəcək.

-Tamaşaçını kinoteatra cəlb etməyi düşünən Fariz Əhmədov yəqin ki,"Mayak"la kifayətlənməyəcək. Səndən hansı böyük ekran əsəri gözləyək?

-"Mayak"ın ssenari müəllifi Esmira Əyyubla yeni bir ssenari üzərindəçalışırıq. Nağıl, macəra janrında bir uşaq filmi olacaq. Bu il işləri yekunlaşdırıbgələn ildən çəkilişlərə başlamaq fikrindəyik.

-Aktyorları hansı metodla seçirsən?

- Mənim özaktyorlarım var. "Mayak"da əvvəldən bilirdim ki, ananı yalnız GülzarQurbanova yarada bilər. Ssenari yazılan ərəfədə Məmməd Səfanın"Yuğ"da bir tamaşaçına baxmışdım və görürdüm ki, filmdəki ata obrazıMəməd müəllimin boyuna biçilib. Belə istedadlı və peşəkar insanlarla çalışmaqhər bir yaradıcı adama zövq verir.

Yeni filmdədə həmin aktyorlar üçün rollar yazılır.

EtibarCƏBRAYILOĞLU

TƏQVİM / ARXİV