adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

DƏLİLİK ZAMANI

VƏSİLƏ USUBOVA
35843 | 2013-01-19 08:22
Mənfilmlərə ancaq ağıllı dialoqlara görə baxıram. Ağıllı vəg bütün sərthəqiqətləri ilə birlikdə həyatı, insan ömrünü təsdiq və inkar edən dialoqlaragörə. Hər dəfə də özümçün yeni həqiqətlər kəşf edirəm. Bəlkə də yenisi olmur,hər dəfə təzədən öyrənildikcə təzələnir həqiqətlər. Bir də aydın olur ki, bizəöyrədilənlərin, zor-xoş beynimizə yeridilənlərin heç də hamısı gərəkli vəxeyirli deyilmiş. Onsuz da, hamı heç nəyə baxmadan öz həyatını yaşayır(səhvlərlə, büdrələmələrlə dolu həyatını), onu bildiyi, istədiyi kimi qurur.Onlarsa elə bilirlər ki, həyat təkcə özlərinin yaşadıqları kimidi. Ona görə də,öz düsturlarını, modellərini ehkam kimi bizlərə yedirtmək istəyirlər. Nəyinbahasına olursa-olsun, təki nəsə öyrətməkləriynən qürurlana bilsinlər. Dahadüşünmürlər ki, onsuz da ağlımız kəsəndə dünyaya öz gözlərimizlə baxacağıq.Baxmasaq da, dünya öz sifətini göstərəcək bizə. Elə buradaca onu da əlavə etsəkki, çox şeylər, (bəlkə də hər şey) bizlik deyil, ondag özümüzü və özgələriqınamağa çoxmu ehtiyac qalır?!.

Sən demə,heç nəyə qulaq asmadan, kimsəyə bənd olmadan əsl həyatını yaşayırmış adam. Özhəyatını-şəriksiz, müdaxiləsiz ömrünüg Özü yıxılan ağlamaz, demişlər. Sondahesabat verdiyin də, qınadığın da, suçladığın da, bacarsan cəzalandırdığın daözün olursan. Elə ki, anlamağa, götür-qoy eləməyə, suyu içməmişdən qabaqüfürməyə başladın, hər şeyin dadı qaçırmış. Həyatı anlayanda onu bitirirsənmiş,demə...

***

Bizisəhvlərdən qorumağa çalışdılar həmişə. Öz həyatımızı yaşamağımız səhv imişonlara görə. Günahlardan qorumaq ağıllarına da gəlmədi. Heç demədilər, günahetmə, həmişə səhv eləmə, dedilər. Günahları xeyirxahlıq adıynan sırıdılardüşüncəmizə. Şeytan xislətlərini pir libasında örtdülər. Bicliklə ağlın yerinidəyişdirib çaşdırdılar bizi. Saf dünyamızda mələk obrazlarını çox asanlıqlayaratdılar. Böyüyüb bir şeylər qananda gözlərimiz bərələ qaldı. Bizə öyüd,tərbiyə verənlərin keçmişi, dünəni günahların dumanında görünməz olmuşdu...Mopassanın "Həyat" romanının qəhrəmanı kimi gündən-günə deyil,saatdan-saata xəyal qırıqlığına uğradıq. Bakirə düşüncələrimizi məyusluq,peşimançılıq qoynuna aldı. Müqəddəs saydıqlarımızın, mələk donundagördüklərimizin sevgisizliyi, xəyanəti ağlımızı başımızdan elədi. Atasınıncənazəsi ortalıqdaykən bir təsadüf üzündən anasının xəyanətlərindən xəbər tutangənc qadının keçirdiyi sarsıntı gələcək iztirablarının yanında hələ nəydi ki?!.Ərindən, rəfiqəsindən, oğlundan çəkəcəkləri saf dünyasını qaraldacaq, sevgi,ailə, sədaqət deyilən bütün gözəllikləri gözündə heçə endirəcəkdi. Bundan sonrahansı ürəklə yaşayıb, hansı duyğularla qanadlanacaqdı?! Tək qulluqçusundansavayı kimsədən etibar görməyən qadın gözlərini bu dünyanın gözəlliklərinəqapayanda xəyalında kimin surətini aparacaq, heysiz dodaqları kimin adınıpıçıldayacaqdı?!.

Saflığıgözlərini tutmuşdu...

Günahsızlığıbaşqalarının günahlarını görməyə qoymurdu...

***

Günahbilərəkdən edilənlərdi... Başqalarının pis günü, bədbəxtliyi üçün düşünülənlər,qurulanlardı...

Ağıllapərdələnmiş günahlar daha qorxuncdu, daha təhlükəlidi...

Səhvlərimizinacıları özümüzə yönəlikdi. Bədəlini çox baha ödəyirik düzəldilməsi mümkünolmayanda...

Məcnundanüzübəri bütün sevənlərə dəli dedilər. Dəlilər təkcə sevənlər deyil, həm dədünyanı olduğu kimi - öz şəklində, öz rəngində görmək istəyənlərdi. Düzlüyü,haqqı sevənlərdi. Hər şeyi öz adıynan çağırmağı bacaranlardı...

Səhvlərhisslərin məhsuludu. Aldatmır. Başqalarının gözündə səhvdi bu. Yaşamağaqoymayan, istədiyini götürməkdən yayındıran ağıldı. Əgər səhvlər yolumuzudəyişir, ömrümüzü yönləndirirsə, nədən qorxmalıyıq onlardan?!. Yenə"Nizami" filmindən sitat gətirməkdən özümü saxlaya bilmirəm.Xaqaninin "Kamillikdə deyil, dəlilikdədi xilasımız, şeyx!" deməsisaatlarca düşündürür məni...

Ər-arvadoğullarını yola salırlar. Ananın deyəcəkləri bəllidi: "Özünü qoru,yeməyinə fikir ver, əynini qalın elə!" Ata isə... görün nə deyir?

"Səhvelə, vuruş, sev - yaşa!"

Necə səhveləyək, nədə səhv eləyək? Bir dolğun insan ömrü yaşayırıq ki, səhvlərimiz dəolsun?! Konturlarımız dəqiq, limitlərimiz ölçüsündə, addımlarımız sayılı...Gündə neçə dəfə dodağımız qaçır, neçə dəfə gözümüzü qırpırıq, nəfəsimiz neçədəfə gedib-gəlir - hamısı bəlli. Yeyin yeriyirik dəli deyirlər, yavaş yeriyiriksəmə. Sevməyə, vuruşmağa da kimsə yoxdu. Sevməli, vuruşmalı adamlarla səhvburaxılır. Mənalı, məzmunlu səhvlər.

Başqalarınıngözündə səni dəliyə çevirən səhvlər...

(Səhveləməkdən qorxa-qorxa çoxlu səhvlər buraxdım...

Ağıllanandagördüm ki, yaddaqalan da, ömürə yazılan da elə səhvlər olurmuş...)

Dünənkisəhvləriylə bu gün öyünən, qürurlanan, təsəlli tapan nə qədər adam tanıyıram...

Ağıllarıolub ki, bir zaman dəlilk ediblər... Özlərinə qalan da elə bu olub...

Ya ağıllı olaq, ya dəli, fərqi yoxdu, adamlarbizi özlərinin istədikləri kimi görəcəklər. Yaxşısı budu... Yox! Deyəsən, dahagecdi...

Dəlilikzamanını ötürmüşük...

Ağlımızıngüdazına vermişik onu...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV