adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

BİR ANA DA ÖLDÜRDÜZ, O ƏSGƏRLƏ BƏRABƏR...

FƏRİDƏ RƏHİMLİ
53715 | 2013-01-19 08:21
1994- cü il"Horadiz əməliyyatı"nın televiziya işçiləri tərəfindən lentə alınmışvideosuna baxarkən təsadüfən lentin əvvəlində qardaşımı topun yanında əl-qolhərəkəti ilə danışan gördüm. Keçirdiyim o qəribə hissi ifadə etmək gücündədeyiləm. O, Talehin sağlam vaxtının ən axırıncı görüntüsü idi... Cəmi bir neçəgün sonra yanında partlayan "Qrad" snaryadının qəlpələri hələ dəbaşından, qollarından, əlindən çirk edərək çıxır...

Buvideolent və müharibəsiz illərdə baş verən əsgər ölümləri barədə son vaxtlarınsöhbətləri məni iyirmi il öncəyə -1992-ci ilə çəkib apardı.

Qarabağmüharibəsinin ilk illərində cəbhə zonası olan kəndimizə tez-tez baş çəkirdim.Yaxınlarım, əzizlərim hamısı orada idilər, qardaşlarım isə cəbhədə. Şiddətliatışmalar başlayanda özümüzü güllə altındaymışıq kimi hiss edirdik. Çünkigüllələrin şaqqıltısı evin içində eşidilir, "Qrad", tank, toplüləsindən çıxan atəş pəncərələrin şüşələrini cingildədirdi. Körpələralacalanmış gözləri ilə analarına sığınırdılar. Qardaşlarımı, bütünəsgərlərimizi xəta-bəladan qorusun deyə bütün günümüz Allaha dua etməklə keçirdi. Hər an ölüm xəbərinigözləmək əzabına qatlaşmaqdansa ön cəbhədə vuruşsaq daha rahat olardı...g

Qardaşımınbiri Divanalılarda, o biri isə Qızılqayada döyüşürdü. Qızılqayada ermənipulemyotçusunu Talehin susdurması neçə-neçə gəncimizi ölümün qoynundan almışdı.O qarışıq zamanda "sağ ol" deyən olmasa da, hər bir əsgər belə"sağ ol"ları gözləmədən, düşmənə nifrətindən doğan təpərlə irəliatılırdı. Kəndimizin oğlanlarının əksəriyyəti orada idi. Bacımınyalvarışlarını, dualarını beş yaşındakı əkiz balaları əzbərləmişdilər. Tam mənadamüharibənin dəhşətini anlamasalar da, analarının təlaşı onları qorxunchadisələr baş verdiyindən xəbərdar edirdi. Hava soyuq olanda, yağış, qaryağanda bacım büzüşərək sanki özünü nəm əsgər səngərində, istidən nəfəstıncıxanda isə dəmir əsgər dəbilqəsi ilə yandırıcı günəş şüaları altında hissedirdi. "Allah sən kömək ol! Düşməngülləsindən qoru uşaqları... " pıçıltıları bütün gün dodaqlarından əskikolmurdu.

Kəndimizin belə əzablı günlərinin birində yenəorada idim.

Axşamüstü güclü yağış yağırdı. Bərk atışmagedirdi. Fikrimiz əsgərlərin yanındaydı. Bacım yemək hazırlayıb süfrə açdı. Heçkimin boğazından loxma keçmirdi. Çox sevdiyi toyuğun bud hissəsini qızınınqarşısına qoymuşdu. Amma o da yemirdi.Anası təəccüblə ona baxıb, niyə yemirsən? - soruşdu. Qız gözləri dolmuşhalda "ee, bu nədi mişovul ətinə oxşayır!" - dedi. Səbəbin başqaolduğunu anlayırdıq. Bacım nəvazişlə: Sima, noolub? - soruşmasıyla bayaqdaniçində güclə boğduğu kədəri hönkürtü ilə, gözlərinin yaşı sel kimi axa-axahıçqıraraq güclə dilə gətirə bildi: "dayım indi yağışın altında, ermənininqabağındadı..." Bayaqdan hərikimizin içinə axan göz yaşlarımız bayırdakı yağışdan betər oldu...g

Tez-tezkənddən cəbhə zonasına gedir, əsgərlərə pal-paltar, yemək, siqaret aparırdılar.Qayıdan kimi hamı gələnin başına toplaşır, məlumat alırdılar. Həmin gün gələnadamın qardaşlarımdan söz salıb, sınayıcı nəzərlə anama baxdığını gördüm.Sadəlövh anam heç nə hiss eləmədi və ilk dəfə buna sevindim. Bacımgilə getməkbəhanəsiylə evdən çıxdım. Kimdən soruşsam, heç nə bilmədiyini deyirdi. Ammakənddəki pıçhapıçdan nəsə baş verdiyi məlum idi. Bu məni təlaşlandırırdı.Bacımgilə yaxınlaşanda onun kəndə gələn QAZ- 51 maşınının sürücüsünə "Səniand verirəm Allaha, mənə düzünü de! Uşaqlara noolub?" yalvarışını eşidəndəiçimdə nə isə qırıldığını hiss etdim. Sürücü gözləri dolmuş halda "Vallahsalamatdılar!" desə də, hər ikimiz onun gözlərini yayındıraraq nəsəgizlətdiyinin fərqində idik. Onun titrəyən dodaqlarından qopacaq sözü qorxu iləgözləyirdik. Bacım qanı qaçmış dodaqları, titrəyən səsiylə yalvarmağa davamedirdi. Sürücü: hələlik salamatdılar,amma...g Vüqargil mühasirədədilər - dedi. Dünya başımıza fırlandı. Bacımbayıldı...g

Üç günmühasirədə ac, susuz, qorxu içində...g Üç gündən sonra əsgərlərimiz mühasirəni çətinlikləyarıb, çıxa bilmişdilər...g

İndi omühasirədə ölən, yaralanan, sarsıntı keçirən oğullara sonradan kimlərinsə:döyüşüb neylədiz ee, torpaqları verib gəldiz də...g deyəndə ürəyin necəpartlamasın...g

Qardaşlarım cəbhədə olduqları müddətdə ətrafdakılarıqorxutmasınlar deyə, ölümlər barədə heç nə danışmazdılar. Amma sonralardanışdıqları dəhşətlər bircə-bircə özüm yaşamışammış kimi beynimə həkkolunub...g

Bir komandirin, yaxud əsgərin satqınlığı,qorxaqlığı sayəsində yüzlərlə hadisələr baş verib. Xocalı müsibətində, sabahildönümünü yad edəcəyimiz 20 Yanvar qırğınında yüzlərlə sakinimizi itirdik.Bütün bunlar, bunlardan da betərləri müharibə şəraitində ağır da olsa, qəbulolunur. Amma dinc şəraitdə üç gündən birəsgər ölümü haqda eşitmək heç bir ölçüyə sığan deyil. Vətən yolunda qurbandediyimiz oğullar hansısa harın böyümüşün, başıpozuğun, yaramazınözbaşınalığının qurbanı olur. Bu problemi "şişirtməyin" əleyhinəolanlar da var və bunu "düşmən dəyirmanına su tökmək" kimi qiymətləndirirlər.Amma əsl düşmən dəyirmanına su tökənlər bu hadisəni törədənlər, buna şəraityaradanlar və nəhayət heç nə olmamış kimi bunu gizlətmək istəyənlərdir. Bugünahsız ölümləri gizlətməkdənsə, hadisənin cavabdehlərini güllələmək, bəli,məhz güllələmək, bununla da başqalarına dərs vermək, gələcəkdə olacaqlarınqarşısını almaq, orduya inamı qaytarmaq lazımdı. A.Abbasın "Allahı qatil edənlər"romanındakı intiqam səhnəsi kimi...g

Fəxrlə, bir az da kövrək, nigaran səslə"oğlum əsgərdi" deyən analar sonda beləmi qovuşmalıdı balasına?Susduqca nəyə vardıq bu illər ərzində? Bir deyil, beş deyil... Atəşkəsşəraitində niyə ölməlidi əsgərimiz? Müharibə zamanı "elnən gələnbəla"nı təmkinlə qaşılaya bilir analar. Amma öz millətindən(?) olanlarınəlində döyülərək ölmək heç cür qəbul edilə bilməz. Mən də əsgər anası olmuşam.Nə nigarançılıqlar keçirmişəm, "kişilik məktəbi"ni keçib gələcəkoğluma qovuşacağım günləri necə həyəcanla saymışam...g

g O əsgəriöldürənlər bir ana da öldürdülər...g tək balasını öldürməklə ümidini, pənahını,sabahını əlindən aldılar, çırağını söndürdülər, ocağını kor qoydular...g Ana toxdaqdı hələ. Gələnlərin ayağı o evdənçəkiləndən sonra ayılacaq ana. Yara isti-isti çox ağrıtmır...g Yuxularındaqovuşacaq balasına, bağrına basacaq. Yuxuda nişan aparacaq, gəlin gətirəcək.Yuxuda xoşbəxt olacaq o ana...g Peşman olacaq yuxudan ayıldığına...g təskinliyiməzarlığa qaçmaq olacaq...g

Analar övladlarını orduya, Vətəni qorumağayox, ölümə göndərirlərmiş kimi qorxu içində olmamalıdırlar. Bəzi yolunuazmışların ucbatından xalqın orduya inamı qırılmamalıdı. Bugünkü gündə əsgəriordudan soyutmaq müharibəni uduzmağa səbəb olmağa bərabərdi.

Əsgər şəhid olmalıdı, amma Qarabağ üçün, bütövAzərbaycan üçün!

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV