adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MÜSADİR

MƏMMƏD DƏMİRÇİOĞLU
32207 | 2013-01-19 08:20
(əvvəliötən şənbəsayımızda)

Bu son həddidi. Artıq onu saxlamaq, öyüd-nəsihət vermək əbəs idi. Belə olduğu halda o qətiqərarını verir, sonluq nə ilə qurtaracaq, onu maraqlandırmazdı. O, sakitcəAkbarın üzünə baxaraq razılıq əlaməti kimi başını tərpətdi, sonra ondanaralanaraq biz oturan masaya yaxınlaşdı. Nazik, uzun şüşəsi olan" Belıyaist" (Ukrayna konyakı) konyakından stəkanı ağzınacan dolduraraq dodaqaltımızıldandı: "Sənin sağlığına Akbar, bu gecə atan Axmadcan Adilov da köməyinəgələ bilməyəcək", - deyib badəni başına qaldırdı. Bu anda artıq o heç kimigörmür, heç nəyi eşitmirdi. İkinci badəni başına çəkib stəkanı yerə çırparaqmətbəxə cumdu. Heç bir an keçməmiş mətbəxdən çıxıb - "Akbar!!!" -deyərək vəhşi bir hayqırtı ilə Akbargilətərəf cumdu. Hay-küyündən qulaq tutulan bara ölü bir sükut hakim kəsildi.Hamının nəzərləri iriağızlı ət doğrayan çapacağı yuxarı qaldıraraq Akbarınüstünə şığıyan Müsadirə dikilmişdi. Heyrətdən gözləri hədəqəsindən çıxmışAkbar, biixtiyar arxa-arxaya çəkildi. Kürəyi oyma üslubunda şəbəkə taxtalarlaişlənmiş divara söykənəndə rəngi saraldı, canına bir üşütmə doldu. AtasıAxmatcan Adilovu qaba söyülərlə söyüb əzrayil kimi bir an içində başının üstünüalan Müsadirin qarşısında titrəyərək zərblə endirilən baltadan yayınmaq üçünbaşını yana əydi.

Sakitliyiəvvəlcə boğuq nidalar, sonra isə qışqırtı, hay- küy səsləri əvəz etdi. Bu ölüm-dirim mənzərəsindən perikmiş şux geyimli qızlar və gənclər tələsik oranı tərketməyə, çığrışa-çığrışa bayıra qaçmağa başladılar.

Ağır baltazərbəsindən yayınan Akbar bir göz qırpımında özünü qaçaqaçın arasına veribgözdən itdi. Müsadir yarıyacan taxta divara işləmiş çapacağı dartaraq divardanqopardı. Bu dəfə daha ağır söyüşlərlə özünü bayıra salan Akbarın arxasıncaqapıya sarı şığıyıb onu tumağa çalışdı. Disqobarın qərb cinahı boş birbiyabanlıq olduğundan Akbar ovçu silahından yayınmış ov kimi boş biyabanlığasarı teylənərək qaranlıqda yoxa çıxdı. Akbarı tuta bilməyəcəyini təxmin edənMüsadir nə düşündüsə, eyni hayqırtılarla geri qayıdaraq onun dostunu axtarmağabaşladı. Akbarın dostu qızları da maşına salaraq çoxdan aradan çıxmışdı.

O gecəsakit ötüşdü. Müsadiri sakitləşdirmək isə asan olmadı. Bir neçə Azərbaycanlıdostlarıyla onu yaşadığı mənzilinə apara bildik. Hamını tək bir məsələ düşündürürdü,- bu işin sonu necə qurtaracaq. Tək Müsadirin özündən başqa hamı təşvişiçindəydi ki, Özbəkistanın az qala yarısından çoxuna rəhbərlik edən, qəddar vəamansız Adilovun oğlu işi belə qoymayacaq, Müsadirdən haqq-hesab soracaq.

Yazımızınön səhifələrində qeyd etmişdik ki, Özbəkistan Respublikasında Adilov mühümfaktor idi və söz gəzirdi ki, ölkənin birinci katibi Şərəf Rəşidovun özü beləonun diktəsi ilə oturub-durur. Oxucularımızın yaddaşında olar ki, o zamanSSRİ-nin tanınmış prokurorlarından olan Qıdilyan, Özbəkistan olaylarındaAxmatcan Adilovun cinayətlərinin üstünü açaraq onun gizli saxladığı silahlıhərbi dəstələri, döyüş sursatlarını, külli miqdarda qızıl və digər qeyri-qanunivəsaitlərini aşkarlayaraq həbs etdirmişdi.

Bu gecə isəonun oğlu təhqir olunaraq ölümdən güclə yaxa qurtarmış, dostlarının qarşısındaxar olmuşdu. Bu isə Müsadirə asan başa gəlməyəcəkdi. Müsadir isə müəyyənyollarla özünü sakitləşdirməyə çalışır, sabah nələr olacağı barədə isə hec nədüşünmürdü.

Bəzidostları bu gecə onun öz evində qalmasıni məsləhət görməsələrdə o heç yerəgetmədi və biz də onunla bir yerdə gecələməli olduq.

Döyüşarasıbaş verən sükutun qiyaməti də olur. Disqobar axşamlar işlədiyindən günortayaqədər hazırlıq işləriylə məşğul olan Müsadir, səhər tezdən bizi Bakı ermənisiolan Kolyanın işlətdiyi "Zona otdux" adlanan restorana apardı. Biziona əmanət edərək əmrə bənzər ərklə bizim işlərimizlə məşğul olmağı, yataqyerimizi irahlamağı, yemək- içməyimizə yaxşı baxmasını tapşıraraq öz işlərininarxasınca getdi. Ariflə mən gecə baş verən əhvalatı Kolyaya nəql etdik. O isəbaşını bulaya-bulaya:

-Müsadirdidəə. Onun başı döndüsə heç nə gözünə görünmür. Heç vaxt da düşünmür ki, burisqlərin sonu nəylə nəticələnəcək. Akbarı mən də tanıyıram, o bu işi belə qoymayacaq.Gərək Müsadiri tək qoymayaq, - deyib yanında işləyən azərbaycanlı uşaqlaratarşırdı ki, gedin "Əmioğluna" (Sumqayıtlı bokusçu Vaqifin ləqəbi.Ona "pazborşik" də deyirdilər.), filan-filıankəslərə xəbərdarlıq edinaxşam Disqobara yığışsınlar.

Axşama yaxınxeyli azərbaycanlı barın ətrafına toplaşmışdı. Ancaq məsələ başqa cür imiş.Barda işləyənlərdən biri söylədi ki, Müsadir buradaydı. Arxasınca gəlmiş bir"QAZ-24" markalı maşına əyləşərək bizə bir söz demədən onlarla getdi."Əmioğlu" əlini bığlarına çəkərək dərin fikrə getdi...g

AkbarMüsadiri çoxdan tanıyırdı. Müsadir Pap vilayətində işləyərkən onun davranışına,oturub durmasına, mərdi-mərdanə hərəkərlərinə göz qoymuş, ürəyində ona xeylirəğbəti artmışdı. Onun özü də cəsarətli, mərd bir igid olduğundan beləcəsarətli insanlara hətta dostluq da təklif edirdi.

Əslində birneçə dəfə Müsadirə dostluq təklifini etmək də ürəyindən keçmişdi. Gecə başverən əhvalatı isə heç ağlına belə gətirməzdi. Müsadirin qabağından qaçmağı isəözünə heç cür bağışlaya bilmirdi. Amma onu da gözəl anlayırdı ki, o gecəMüsadir heç də zarafat etmirdi və bir az çeviklik göstərməsəydi başı ikiparçaya bölünəcəkdı. O gecəylə Namanqandan çıxaraq evlərinə yox, Perevaldayeləşən meşə içindəki restoranlarına gəlir. Pereval həm də Adilovun istirahətetdiyi guşələrdən olduğu üçün, meşə içində gözəl istirahət otelləri, ayrı-ayrıkabinetlət və maraqlı əyləncə guşələri düzəltmişdilər.

Akbar onaməxsus olan "domik"inə girəndə onu müşayiət edən cangüdənləri də onunarxasınca bu gözəl odaya daxil oldular. O qədər əsəbi və yorğun idi ki, onumüşayiət edənlərə baxmadan sərt bir ədayla onu tək buraxmalarını əmr etdi.

Baharaylarının ötməsinə baxmayaraq meşənin sükutunu pozan bülbüllərin şaqraqnəğmələri gecənin zülmətinə zinnət verərək insanın könlünü riqqətə gətirirdi.Amma Akbar heç nə eşitmir, otaqda var-gəl edərək Müsadirlə necə haqq-hesabçürüdəcəyini götür-qoy edirdi. Nəhayət bir qərara gəlmiş kimi, yan otaqda onunəmrinə müntəzir dayanmış cangudənini yanına çağırdı:

- SabahMüsadiri bura gətirin!..

Əsəblərisakitləşdikdən sonra Müsadir gecə baş verənləri xatırlayaraq dərin düşüncələrədaldı. Əslində Adilovu şəxsən tanıdığı və ondan ancaq yaxşılıqlar gördüyü üçünbu işin baş verməsinə heyfsiləndi. Bir tərəfdən də Akbarın özü ilə də dostmünasibəti var idi. Amma o söyüşə heç cür dözə bilməzdi. Əslində o etdiyi işüçün peşman deyildi. Amma yaxşı bilirdi ki, Akbar da bu qisası onda qoymayacaq.Türmə həyatından sonra həyat və yaşam fəlsəfəsində ciddi dəyişikliklər əmələgəldiyində o, daha heç nədən qorxmur, "bir cana borcluyam" fəlsəfəsionu ölümündən də çəkindirmirdi.

Disqobarınqarşısında dayanan maşını görən kimi məsələnin nə yerdə olduğunu təxmin edərəkmaşına yaxınlaşdı.

Dünəndənarxa tərəfdən qayışının altına gizlətdiyi çapacağı əliylə bir də yoxlayıbavtomobildən düşənlərə nəzər saldı. Başında naxışları xüsusi olaraq əlləişlənmiş tubuteyka olan iri gövdəli, idmançı görkəmli cavan oğlan onayaxınlaşaraq: - bizimlə getməlisən, - deyərək açıq qalmış arxa qapını onagöstərdi. Müsadir heç nə soruşmadan itaətlə tapşırığa əməl edərək arxaoturacaqda iki nəfərin arasında oturaraq nələr baş verə biləcəyini götür-qoyetməyə başladı. Müsadiri Akbarın yanına aparan özbəklər də onun kim olduğunuyaxşı bilirdilər və heç biri artıq-əskik söz danışmadan xeyli müddət sakitcəyol getdilər. Sükutu pozan Müsadir:

-Akbarhardadı, məni hara aparırsınız? - deyərək yerində qurcalandı.

-Perevalagedirik. Akbar orada səni gözləyir, -deyərək bayaqkı tubuteykalı idmançı cavabverdi.

Müsadirvaxtiylə perevaldakı restoranda işləmiş, oralarda baş verənlərdən xəbəri varidi. Neçə-neçə itkin düşənlərin cəsədləri o meşələrdə torpaq altındaçürüməkdəydi. Hər şey aydın idi. O getməyə də bilməzdi. "Əvvəl-axır buməsələ çürüməlidi", - deyə düşünən Müsadir taleyin axarıyla dörd nəfərinhimayəsində Pereval yollarına tamaşa etməyə başladı.

"QAZ-24"markalı avtomobil meşənin qalınlığına dönərək Akbarın yaşıl talada zövqlətikilmiş "domik"inə yaxınlaşıb dayandı. Qabaq tərəfdə oturan başıtubuteykalı özbək ilk olaraq düşüb qapıya yaxınlaşdı. Üst-başını düzəldibAkbarın qapısını döyməyə başladı.

Müsadiriçəri girəndə Akbar ayaq üstündə üzü divara dayanmışdı. Arxasında çarpazladığıəlində tutduğu pistolet də Müsadirə tanışidi. Müsadirin salamına məhəl qoymayan Akbar sükutla divara baxmaqda davamedirdi. Sanra çevik hərəkətlə geri qanrılaraq burnu Müsadirin burnuna dəyəcəkqərər yaxınlaşıb dik onun gözlərinin içinə baxdı. O da Müsadir kimi dişlərinibir-birinə sıxsa da onun dişləri xırçıldamadı. Xeyli beləcə dayanaraq yenəMüsadirə arxasını çevirməklə əlindəki "makar"pistoletini onagösrərmiş kimi sükutu pozdu:

-Son arzunnədir?

Müsadirtəmkinini pozmadan amiranə səslə ona cavab verdi:

-İndiyəkimi kişi kimi yaşamışam, son arzum da kişi kimi ölməkdir.

Akbar yenəçevrilib ona baxdı:

-Güllə iləölmək istəmirsən?

-Məndə dəpistolet olsaydı, fərq etməzdi, - deyərək, onun bütün hərəkətlərini nəzarətdəsaxlayan başı tubuteykalı özbəyi nifrətlə süzərək əlini arxasına uzatdı.

Ardı gələn şənbəsayımızda

MəmmədDəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV