viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | AZƏRBAYCAN QADINI Adalet.az | AZƏRBAYCAN QADINI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN QADINI

ƏDƏBİ HƏYAT

27773    |   2013-01-19 08:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Professor Gülrux Əlibəylinin 85 illiyi münasibətilə)

"Qadın - qeyri-adi məxluqdur. Bu həqiqəti ən ağıllı və görkəmli kişilər etiraf edirlər".

Sitatın müəllifi Azərbaycanın görkəmli ədəbiyyatşünası, filologiya elmlər doktoru, professor Gülrux Əlibəylidir. Əslən görkəmli ziyalı-bəy ailəsindən olan Gülrux xanım bütün ömrü boyu bu kübar tərzi-həyatını yaşamaq stimulu seçmişdir.

O, əsl Azərbaycan qadınıdır. Əvvəla, onun simasında Azərbaycan qadınının intellektual-mənəvi ölçüləri maksimal həddə çatır. Ziyalılığın qadın təcəssümü onun timsalında öz mükəmməl zirvəsindədir. Gülrux xanım cəmiyyətdə qadının əvəzedilməz rolunu ifadə etmək üçün iki dahi sənətkardan misal gətirir: "Dahi holland rəssamı Van Qoq məşhur sənət sahibinə yüksək qiymət vermək istədikdə, onu qadınla müqayisə edirdi: "O-əsl qadın kimi yaşamış, yaratmış, qadın kimi sevib-sevilmiş, iztirablar çəkmiş və əsl qadın kimi dünyadan getmişdi!"

Dahi Azərbaycan tragiki Hüseyn Cavid də demişdir: "Sürüklənən bəşəriyyət qadınla yüksələcək".

Gülrux Əlibəyli Azərbaycan qadınının XX əsr tarixi boyunca üçüncü yüksəliş məqamını təcəssüm etdirir. Keçən əsrin əvvəllərində azsaylı maarifçi Azərbaycan qadını, iyirminci-otuzuncu illərin Sevil, Almaz tipli, amma təkcə bədii ədəbiyyatda yox, elmdə, sənətin müxtəlif sahələrində və istehsalatda ilk cəsurlar olan qadınlar, müharibədən sonrakı illərdə parlayan yeni tipli, yeni dünyagörüşünə malik, "kişinin köməkçisi yox, onunla bir səviyyədə duran" məxluq, zərif cins..

Onun həyat yolu, tərcümeyi-halında fövqəladə hadisələr, olaylar yoxdur, - desəm yalan olar. Gülrux xanım Leninqradda Universitetin Şərqşünaslıq fakültəsini bildirib. Sonra gəlib Azərbaycana, Akademiyada, BDU-da, İqtisad Universitetində pedoqoji fəaliyyətini davam etdirib. 1962-1965-ci illərdə Mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. Namizədlik və doktorluq dissertasiyasıları müdafiə edib. Rusdilli olsa da, yazılarının, xüsusilə elmi əsərlərinin bir çoxu rus dilində qələmə alınsa da, onun dünyagörüşü, təfəkkürü milli səciyyəlidir.

Bu il, yanvar ayının 15-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Gülrux Əlibəylinin 85 illik yubiley tədbiri keçirildi. Tədbirdə Xalq yazıçısı Anar, millət vəkilləri Elmira Axundova və Cəmil Həsənli, şair-publisist Teyyub Qurban, musiqişünas Zümrüd Dadaşzadə, ədəbiyyatşünas Gülər Abdullabəyova və b. çıxış etdilər. O çıxışlardan bəzi fikirləri xatırlayaq: "Gülrux Əlibəyli böyük savada, intellektə, erudusiyaya malik bir qadındır" (Anar). "O, müstəsna bir şəxsiyyətdir. Hər bir məsələyə öz mövqeyi, öz münasibəti var. Bu mənada mən həmişə Gülrux xanıma həsəd aparmışam. Çünki o, həm sovet dövründə, həm də müstəqillik dönəmində öz səsini, simasını, mövqeyini qoruyub saxlaya bilib" (Elmira Axundova). "Gülrux xanım həm elm, həm də ədəbiyyat və mədəniyyət adamıdır. Yəni bir tərəfdən elmlər doktorudur, digər tərəfdən isə gözəl bədii əsərlərin, esselərin müəllifidir. Ancaq Gülrux xanım mənim yaddaşıma daha çox publisistik yazıları ilə həkk olunan qələm əhlidir. Bizim ədəbiyyatda, mədəniyyətdə 60-cı illər ədəbiyyatının ictimai prosesə çevrilməsində Gülrux xanımın müstəsna xidmətləri var" (Cəmil Həsənli). "Gülrux xanımın esselərində və nəsr əsərlərində musiqililik, ritm və ahəng duyulur. O, bir estetik kimi incəsənətin bir çox sahələrinə aid yazıların müəllifidir" (Zümrüd Dadaşzadə).

Bütün bu fikirlər, təriflər böyük bir ömür yolu keçən bir elm adamının, bir ziyalı xanımın ünvanına söylənib və əsl həqiqəti ifadə ediir.

Gülrux xanımın yubiley tədbirində bu sətirlərin müəllifi də çıxış etdi. Həmin çıxışı oxucuların nəzərinə çatdırıram.

"Həyatda elə insanlar olur ki, onlar sənə dərs deməsələr də, sənin müəllimlərin olmasalar da, onları özünə USTAD hesab edirsən. Çünki sən onların yaradıcılığından bəhrələnmisən. Gülrux Əlibəyli mənim üçün belə müəllimlərdən biridir.

Mənim onunla ilk "tanışlığım" böyük şairimiz Rəsul Rzanın həyat və yaradıcılıq yolunu əks etdirən "Axtarışlar, kəşflər" monoqrafiyası ilə başladı. O zaman mən BDU-nun tələbəsi idim.

Rəsul Rza haqqında, onun ömür yolu və zəngin yaradıcılığı barədə çoxlu namizədlik və doktorluq dissertasiyaları, monoqrafiyalar, məqalələr yazılıb və hələ bundan sonra da yazılacaq. Lakin Gülrux Əlibəylinin "Axtarışlar, kəşflər" monoqrafiyası R.Rza haqqında yazılan elmi, publisistik əsərlər sırasında hələ ki, ön sırada gedir.

Əsər bu sətirlərlə başlayır: "Şair Rəsul Rza çıxışlarının birində demişdir: "Robinzon xalq olmadığı və ola bilmədiyi kimi, bütün dünyadan ayrılmış, başqalarının yaratdığı nemətlərdən faydalanmayan Robinzon insan da ola bilməz. İnsanlar və xalqlar arasında olan bu bağlılıq hər zaman doğrudan-doğruya nəzərə çarpmasa da, əsrlər keçdikcə qüvvətlənir, inkişaf edir, insanlığın üzvi hissəsinə çevrilir". Bu sözlərlə ifadə olunan fikir Rəsul Rza humanizminin mahiyyətini əks etdirir.

Rəsul Rza zəngin bədii ənənələri hələ XII əsrdən, Nizami dövründən və daha əvvəllərdən başlayan xalqın övladıdır. Bununla belə o, öz müasirləri ilə sadə dildə, sərbəst, onların zəkasına və qəlbinə inanaraq danışır, Rəsul Rza şeiriyyətindəki ehtiraslı fikir, həyatı mürəkkəbliyi ilə əks etdirmə bizi heyran qoyur".

Monoqrafiyada bu heyranlıq hissi bütün əsər boyu davam edir, təbii ki, ciddi elmi əsaslarla və məntiqlə. Dünyanın nəhəng bəstəkarlarından olan Qara Qarayev yazırdı ki: "Rəsul Rza elə sənətkarlarındandır ki, onların yaradıcılığının qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur". Gülrux xanım da məhz bu nöqtədən yapışır, şairin poeziyasındakı heç bir zaman qocalmaq və kasıblaşmaq qorxusu keçirməyən nümunələrə istinad edir.

Monoqrafiyada Rəsul Rzanın həyat və yaradıcılığı xronoloji ardıcıllıqla təqdim edilir. Mənbədən başlayır sona qədər davam edir bu proses. Amma Rəsul Rzanın həyatında və yaradıcılığında o qədər maraqlı, cəlbedici, eyni zamanda təzadlı və burulğanlı olaylar var ki, müəllif də bunların üzərindən keçmir. Xüsusilə, keçən əsrin otuzuncu illərinin ədəbi mühiti haqqında çox dolğun təsəvvür yaradılır. Rəsul Rza-Müşfiq dostluğu haqqında oxuyuruq: "Rəsul Rza ilə Mikayıl Müşfiq başqa-başqa adamlar, ayrı-ayrı şairlərdir. Lakin bəlkə də məhz bu başqalıq onları bir-birinə yaxınlaşdıran, aralarında səmimi dostluq yaradan qüvvə olmuşdur!.. Müşfiq coşqun, son dərəcə emosional və inadlı, Rəsul isə dözümlü və səbirli idi. Müşfiq çox həssas, əsəbi və tündməcaz idi. Həyatda və təbiətdə insanı riqqətə gətirən bir hadisə, səhnə görəndə qəhərlənərdi. Təmkinli olan Rəsul isə onu maraqlandıran hər hansı bir əşya və hadisə barədə uzun-uzadı düşünə bilirdi. Rəsul Müşfiqin səlis və melodik şeirlərindən zövq alardı. Müşfiq isə Rəsulun "bərkiməmiş mahnılarını" sevərdi". Sonralar Rəsul Rza Müşfiq haqqında, həmçinin otuzuncu illərin ədəbi mühiti barədə "Qızılgül olmayaydı" poemasını yazacaq... Poemada Müşfiqlə yanaşı Abdulla Faruqun, Mehdi Hüseynin, Sabit Rəhmanın, Mikayıl Rəfilinin də obrazları yaradılmışdır.

Rəsul Rzanın sevdiyi sənətkarlar olmuşdur və onlardan ən birincisi Mirzə Ələkbər Sabir olmuşdur. O, Sabiri çox sevirdi və onun poeziyasındakı sərt həqiqətlər, cəsarət hissi, xalqa, millətə dərindən bağlılıq Rəsul Rza poeziyasında da davam etdirilirdi. Gülrux xanım Nazim Hikmətə müraciət edir: "Rəsul Rza müasir Azərbaycan poeziyasına bugünkü şəhərin danışışıq dilini, bu dilin ahəngini gətirmişdir. O, bu sahədə Sabir ənənələrini davam etdirir. Sabir poeziyasının satira elementləri, onun polemika kəskinliyi, satira ilə mübahisəni məntiq və şeir texnikası əsasında qurmaq bacarığı Rəsul Rza poeziyasına axıb qarışmışdır".

G.Əlibəyli bir vaxtlar böyük mübahisələrə səbəb olan "Rənglər" silsiləsi barədə də dəqiq və elmi baxımdan məntiqi səslənən fikirlər söyləyir. "Ətraf mühitdəki səslərə və rənglərə Rəsul Rza çox həssasdır. Rənglər-boyalar onun sənət palitrasının bir cəhətidir...g"Rənglər" tutumludur, fikirlər orada cəmləşdirilmiş və yığcamdır, ayrı-ayrı misraların, sözlərin "fraqmentliliyi" zahiri cəhətdir, əslində isə fikirlər misralar arası ilə mürəkkəb assosiasiya yaradaraq, sona doğru gedir. Sona doğru emosiyalar daha da güclənir, nəhayət, son söz, son misra, novellada olduğu kimi, şeirin bütün mahiyyətini açır".

Monoqrafiyada Rəsul Rza poeziyasının başlıca məğzi-İNSAN problemi daha diqqətlə şərh olunur və belə bir fikir aşılanır ki, İnsansız Rəsul Rza poeziyasını təsəvvürə gətirmək mümkün deyil. "Bir gün də insan ömrüdür", "Sarı dana və balaca qız", "Təyyarədə düşüncələr", "Mənim küçəm", "Könlümə yağış düşür", "Ömürdən səhifələr", "Məndə ixtiyar olsa", "Mən insanam" və s. şeir və poemalar təkcə R.Rza yaradıcılığının deyil, XX əsr Azərbaycan poeziyasının inciləridir. Bu əsərlər Azərbaycan İnsanının həyat yolu, dünyaya baxışını ifadə edən ən gözəl nümunələrdir və Gülrux xanım həmin əsərləri dəqiqliklə incələyir. Rəsul Rza şeirlərinin birində deyirdi:

Mən xalqımı sevirəm!

Bu sözün arxasında

ömrümün çətin illəri var.

Ümidləri, arzuları

nisgilləri var.

Bu sözün özündə

Məhəbbət var

yaxşı insanlara,

başqa xalqlara:

taleyinə yadlar

hökm eləyənlərə

daha çox.

Gülrux Əlibəylinin bir silsilə publisistik yazıları, estetka və incəsənətin müxtəlif problemlərindən söz açan məqalələri, "Portretlər" silsiləsindən yazıları da var. Bu yazılarda onun intellektual aləmi, biliyi, savadı və yazı mədəniyyəti bütün açıqlığı ilə diqqəti cəlb edir. O, bir Azəri qadını kimi 20 yanvar - Tariximizin ən faciəli bir gününə həm də nikbinliklə qiymət verir ("İztirabdan-sevincə"). Pulun müasir dövrdə oynadığı rolu beləcə izah edir ki: "Pulun demonik, pozucu gücünün qarşısına yalnız sağlam düşüncə, mənəvi-milli ənənələrin dolğunluğu və incəsənətin yüksəkliyilə çıxmaq olar" ("Paralı dünya"), estetikanın bir mənəviyyat sahəsi kimi vacibliyini vurğulayır: "Estetikanı canlı varlıq, insan vücudunun orqanlarıyla müqayisə edirlər. Cəmiyyət canlı orqanizmdir. Onun mədəsi-iqtisadiyyatdır, muskulaturası texnikadır, beyni-elmdir, ürəyi, qəlbi isə estetikadır" ("Estetika bu gün kimə və nəyə lazımdır?").

Gülrux xanım incəsənətin müxtəlif sahələrinə bələd olduğu üçün Azərbaycan rəqsi və Azərbaycan mahnısı haqqında məqalələr yazıb. "Qara Qarayev" portretində isə musiqiyə sevgiləri ifadə olunur. O, zəmanəmizin böyük bəstəkarını belə səciyyələndirir: "Musiqi-ən abstrakt, ən incə, ən intim hiss və duyğuları ifadə edə bilən əvəzsiz sənət növüdür. F.Nitşe deyirdi: "Dünyanın əsl ideyası musiqidədir". Lakin bu ideya nə dərəcədə nazik, qapalı, mücərrəddir. Təsadüfi deyil ki, qədim yunanlar deyərdilər: "Poeziya-ürəyin dərmanıdır, musiqi-vücudun". Qara Qarayevin musiqisi də mürəkkəb, qapalı ideyaların təcəssümüdür. D.Şostakoviç - onun müəllimi tələbəsi haqqında deyirdi: "Qara Qarayevin musiqisi, onun vahid yaradıcılıq palitrası ənənəylə bəstəkarlıq müstəqilliyinin ağıllı tənasüblüyündən əmələ gəlib. Öz yaradıcılığında o, xəlqilik anlayışını genişləndirir və zənginləşdirir".

Gülrux xanımın Rəsul Rza, Mirzə İbrahimov, Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Nigar Rəfibəyli, Tofiq Quliyev, İsmayıl Şıxlı, Həsən Meyidbəyli, Mehdi Məmmədov, İsa Hüseynov, Anar, Yaşar Qarayev, Araz Dadaşzadə, Bəkir Nəbiyev haqqında yazdığı ədəbi portretlər tənqidin bu janrının ən gözəl nümunələridir, -desək, səhv etmərik. Həmin yazılarda haqqında söz açılan sənətkarların təkcə yaradıcılıqları deyil, insani cəhətləri də diqqət mərkəzinə çəkilir.

Gülrux xanıma -bu əsl Azərbaycan qadınına, 85 yaşlı ağbirçək, müdrik ziyalımıza ürəyi istəyən qədər ömür arzulayaq. Təbrik edirik!

Vaqif YUSİFLİ



İmza:

YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK