adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

AZƏRBAYCAN QADINI

VAQİF YUSİFLİ
37056 | 2013-01-19 08:19
(ProfessorGülrux Əlibəylinin 85 illiyi münasibətilə)

"Qadın- qeyri-adi məxluqdur. Bu həqiqəti ən ağıllı və görkəmli kişilər etirafedirlər".

Sitatınmüəllifi Azərbaycanın görkəmli ədəbiyyatşünası, filologiya elmlər doktoru,professor Gülrux Əlibəylidir. Əslən görkəmli ziyalı-bəy ailəsindən olan Gülruxxanım bütün ömrü boyu bu kübartərzi-həyatını yaşamaq stimulu seçmişdir.

O, əslAzərbaycan qadınıdır. Əvvəla, onun simasında Azərbaycan qadınınınintellektual-mənəvi ölçüləri maksimal həddə çatır. Ziyalılığın qadın təcəssümüonun timsalında öz mükəmməl zirvəsindədir. Gülrux xanım cəmiyyətdə qadınınəvəzedilməz rolunu ifadə etmək üçün iki dahi sənətkardan misal gətirir:"Dahi holland rəssamı Van Qoq məşhur sənət sahibinə yüksək qiymət verməkistədikdə, onu qadınla müqayisə edirdi: "O-əsl qadın kimi yaşamış,yaratmış, qadın kimi sevib-sevilmiş, iztirablar çəkmiş və əsl qadın kimidünyadan getmişdi!"

DahiAzərbaycan tragiki Hüseyn Cavid də demişdir: "Sürüklənən bəşəriyyətqadınla yüksələcək".

GülruxƏlibəyli Azərbaycan qadınının XX əsr tarixi boyunca üçüncü yüksəliş məqamınıtəcəssüm etdirir. Keçən əsrin əvvəllərində azsaylı maarifçi Azərbaycan qadını,iyirminci-otuzuncu illərin Sevil, Almaz tipli, amma təkcə bədii ədəbiyyatdayox, elmdə, sənətin müxtəlif sahələrində və istehsalatda ilk cəsurlar olanqadınlar, müharibədən sonrakı illərdə parlayan yeni tipli, yeni dünyagörüşünəmalik, "kişinin köməkçisi yox, onunla bir səviyyədə duran" məxluq,zərif cins..

Onun həyatyolu, tərcümeyi-halında fövqəladə hadisələr, olaylar yoxdur, - desəm yalanolar. Gülrux xanım Leninqradda Universitetin Şərqşünaslıq fakültəsini bildirib.Sonra gəlib Azərbaycana, Akademiyada, BDU-da, İqtisad Universitetində pedoqojifəaliyyətini davam etdirib. 1962-1965-ci illərdə Mədəniyyət nazirinin müavinivəzifəsində çalışıb. Namizədlik və doktorluq dissertasiyasıları müdafiə edib.Rusdilli olsa da, yazılarının, xüsusilə elmi əsərlərinin bir çoxu rus dilindəqələmə alınsa da, onun dünyagörüşü, təfəkkürü milli səciyyəlidir.

Bu il,yanvar ayının 15-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan"klubunda Gülrux Əlibəylinin 85 illik yubiley tədbiri keçirildi. Tədbirdə Xalqyazıçısı Anar, millət vəkilləri Elmira Axundova və Cəmil Həsənli,şair-publisist Teyyub Qurban, musiqişünas Zümrüd Dadaşzadə, ədəbiyyatşünasGülər Abdullabəyova və b. çıxış etdilər. O çıxışlardan bəzi fikirlərixatırlayaq: "Gülrux Əlibəyli böyük savada, intellektə, erudusiyaya malikbir qadındır" (Anar). "O, müstəsna bir şəxsiyyətdir. Hər bir məsələyəöz mövqeyi, öz münasibəti var. Bu mənada mən həmişə Gülrux xanıma həsədaparmışam. Çünki o, həm sovet dövründə, həm də müstəqillik dönəmində öz səsini,simasını, mövqeyini qoruyub saxlaya bilib" (Elmira Axundova). "Gülruxxanım həm elm, həm də ədəbiyyat və mədəniyyət adamıdır. Yəni bir tərəfdənelmlər doktorudur, digər tərəfdən isə gözəl bədii əsərlərin, esselərinmüəllifidir. Ancaq Gülrux xanım mənim yaddaşıma daha çox publisistik yazılarıilə həkk olunan qələm əhlidir. Bizim ədəbiyyatda,mədəniyyətdə 60-cı illər ədəbiyyatının ictimai prosesə çevrilməsində Gülruxxanımın müstəsna xidmətləri var" (Cəmil Həsənli). "Gülrux xanımınesselərində və nəsr əsərlərində musiqililik, ritm və ahəng duyulur. O, birestetik kimi incəsənətin bir çox sahələrinə aid yazıların müəllifidir"(Zümrüd Dadaşzadə).

Bütün bufikirlər, təriflər böyük bir ömür yolu keçən bir elm adamının, bir ziyalıxanımın ünvanına söylənib və əsl həqiqəti ifadə ediir.

Gülruxxanımın yubiley tədbirində bu sətirlərin müəllifi də çıxış etdi. Həmin çıxışıoxucuların nəzərinə çatdırıram.

"Həyatdaelə insanlar olur ki, onlar sənə dərs deməsələr də, sənin müəllimlərinolmasalar da, onları özünə USTAD hesab edirsən. Çünki sən onlarınyaradıcılığından bəhrələnmisən. Gülrux Əlibəyli mənim üçün belə müəllimlərdənbiridir.

Mənimonunla ilk "tanışlığım" böyük şairimiz Rəsul Rzanın həyat vəyaradıcılıq yolunu əks etdirən "Axtarışlar, kəşflər" monoqrafiyasıilə başladı. O zaman mən BDU-nun tələbəsi idim.

Rəsul Rzahaqqında, onun ömür yolu və zəngin yaradıcılığı barədə çoxlu namizədlik vədoktorluq dissertasiyaları, monoqrafiyalar, məqalələr yazılıb və hələ bundansonra da yazılacaq. Lakin Gülrux Əlibəylinin "Axtarışlar, kəşflər"monoqrafiyası R.Rza haqqında yazılan elmi, publisistik əsərlər sırasında hələki, ön sırada gedir.

Əsər busətirlərlə başlayır: "Şair Rəsul Rza çıxışlarının birində demişdir:"Robinzon xalq olmadığı və ola bilmədiyi kimi, bütün dünyadan ayrılmış,başqalarının yaratdığı nemətlərdən faydalanmayan Robinzon insan da ola bilməz.İnsanlar və xalqlar arasında olan bu bağlılıq hər zaman doğrudan-doğruya nəzərəçarpmasa da, əsrlər keçdikcəqüvvətlənir, inkişaf edir, insanlığın üzvi hissəsinə çevrilir". Busözlərlə ifadə olunan fikir Rəsul Rza humanizminin mahiyyətini əks etdirir.

Rəsul Rzazəngin bədii ənənələri hələ XII əsrdən, Nizami dövründən və daha əvvəllərdənbaşlayan xalqın övladıdır. Bununla belə o, öz müasirləri ilə sadə dildə,sərbəst, onların zəkasına və qəlbinə inanaraq danışır, Rəsul Rzaşeiriyyətindəki ehtiraslı fikir, həyatı mürəkkəbliyi ilə əks etdirmə biziheyran qoyur".

Monoqrafiyadabu heyranlıq hissi bütün əsər boyu davam edir, təbii ki, ciddi elmi əsaslarlavə məntiqlə. Dünyanın nəhəng bəstəkarlarından olan Qara Qarayev yazırdı ki:"Rəsul Rza elə sənətkarlarındandır ki, onların yaradıcılığının qocalmaq vəya kasıblaşmaq qorxusu yoxdur". Gülrux xanım da məhz bu nöqtədən yapışır,şairin poeziyasındakı heç bir zaman qocalmaq və kasıblaşmaq qorxusu keçirməyənnümunələrə istinad edir.

MonoqrafiyadaRəsul Rzanın həyat və yaradıcılığı xronoloji ardıcıllıqla təqdim edilir.Mənbədən başlayır sona qədər davam edir bu proses. Amma Rəsul Rzanın həyatında vəyaradıcılığında o qədər maraqlı, cəlbedici, eyni zamanda təzadlı və burulğanlıolaylar var ki, müəllif də bunların üzərindən keçmir. Xüsusilə, keçən əsrinotuzuncu illərinin ədəbi mühiti haqqında çox dolğun təsəvvür yaradılır. RəsulRza-Müşfiq dostluğu haqqında oxuyuruq: "Rəsul Rza ilə Mikayıl Müşfiqbaşqa-başqa adamlar, ayrı-ayrı şairlərdir. Lakin bəlkə də məhz bu başqalıqonları bir-birinə yaxınlaşdıran, aralarında səmimi dostluq yaradan qüvvəolmuşdur!.. Müşfiq coşqun, son dərəcə emosional və inadlı, Rəsul isə dözümlü vəsəbirli idi. Müşfiq çox həssas, əsəbi və tündməcaz idi. Həyatda və təbiətdəinsanı riqqətə gətirən bir hadisə, səhnə görəndə qəhərlənərdi. Təmkinli olanRəsul isə onu maraqlandıran hər hansı bir əşya və hadisə barədə uzun-uzadıdüşünə bilirdi. Rəsul Müşfiqin səlis və melodik şeirlərindən zövq alardı.Müşfiq isə Rəsulun "bərkiməmiş mahnılarını" sevərdi". SonralarRəsul Rza Müşfiq haqqında, həmçinin otuzuncu illərin ədəbi mühiti barədə"Qızılgül olmayaydı" poemasını yazacaq... Poemada Müşfiqlə yanaşıAbdulla Faruqun, Mehdi Hüseynin, Sabit Rəhmanın, Mikayıl Rəfilinin də obrazları yaradılmışdır.

RəsulRzanın sevdiyi sənətkarlar olmuşdur və onlardan ən birincisi Mirzə ƏləkbərSabir olmuşdur. O, Sabiri çox sevirdi və onun poeziyasındakı sərt həqiqətlər,cəsarət hissi, xalqa, millətə dərindən bağlılıq Rəsul Rza poeziyasında da davametdirilirdi. Gülrux xanım Nazim Hikmətə müraciət edir: "Rəsul Rza müasirAzərbaycan poeziyasına bugünkü şəhərin danışışıq dilini, bu dilin ahənginigətirmişdir. O, bu sahədə Sabir ənənələrini davam etdirir. Sabir poeziyasınınsatira elementləri, onun polemika kəskinliyi, satira ilə mübahisəni məntiq vəşeir texnikası əsasında qurmaq bacarığı Rəsul Rza poeziyasına axıbqarışmışdır".

G.Əlibəylibir vaxtlar böyük mübahisələrə səbəb olan "Rənglər" silsiləsi barədədə dəqiq və elmi baxımdan məntiqi səslənən fikirlər söyləyir. "Ətrafmühitdəki səslərə və rənglərə Rəsul Rza çox həssasdır. Rənglər-boyalar onunsənət palitrasının bir cəhətidir...g"Rənglər" tutumludur, fikirlərorada cəmləşdirilmiş və yığcamdır, ayrı-ayrı misraların, sözlərin"fraqmentliliyi" zahiri cəhətdir, əslində isə fikirlər misralar arasıilə mürəkkəb assosiasiya yaradaraq, sona doğru gedir. Sona doğruemosiyalar daha da güclənir, nəhayət,son söz, son misra, novellada olduğu kimi, şeirin bütün mahiyyətini açır".

MonoqrafiyadaRəsul Rza poeziyasının başlıca məğzi-İNSAN problemi daha diqqətlə şərh olunurvə belə bir fikir aşılanır ki, İnsansız Rəsul Rza poeziyasını təsəvvürəgətirmək mümkün deyil. "Bir gün də insan ömrüdür", "Sarı dana vəbalaca qız", "Təyyarədə düşüncələr", "Mənim küçəm","Könlümə yağış düşür", "Ömürdən səhifələr", "Məndəixtiyar olsa", "Mən insanam" və s. şeir və poemalar təkcə R.Rzayaradıcılığının deyil, XX əsr Azərbaycan poeziyasının inciləridir. Bu əsərlərAzərbaycan İnsanının həyat yolu, dünyaya baxışını ifadə edən ən gözəlnümunələrdir və Gülrux xanım həmin əsərləri dəqiqliklə incələyir. Rəsul Rzaşeirlərinin birində deyirdi:

Mən xalqımısevirəm!

Bu sözünarxasında

ömrümünçətin illəri var.

Ümidləri,arzuları

nisgillərivar.

Bu sözünözündə

Məhəbbətvar

yaxşıinsanlara,

başqaxalqlara:

taleyinəyadlar

hökmeləyənlərə

daha çox.

GülruxƏlibəylinin bir silsilə publisistik yazıları, estetka və incəsənətin müxtəlifproblemlərindən söz açan məqalələri, "Portretlər" silsiləsindənyazıları da var. Bu yazılarda onun intellektual aləmi, biliyi, savadı və yazımədəniyyəti bütün açıqlığı ilə diqqəti cəlb edir. O, bir Azəri qadını kimi 20yanvar - Tariximizin ən faciəli bir gününə həm də nikbinliklə qiymət verir("İztirabdan-sevincə"). Pulun müasir dövrdə oynadığı rolu beləcə izahedir ki: "Pulun demonik, pozucu gücünün qarşısına yalnız sağlam düşüncə,mənəvi-milli ənənələrin dolğunluğu və incəsənətin yüksəkliyilə çıxmaqolar" ("Paralı dünya"), estetikanın bir mənəviyyat sahəsi kimivacibliyini vurğulayır: "Estetikanı canlı varlıq, insan vücudununorqanlarıyla müqayisə edirlər. Cəmiyyət canlı orqanizmdir. Onunmədəsi-iqtisadiyyatdır, muskulaturası texnikadır, beyni-elmdir, ürəyi, qəlbiisə estetikadır" ("Estetika bu gün kimə və nəyə lazımdır?").

Gülruxxanım incəsənətin müxtəlif sahələrinə bələd olduğu üçün Azərbaycan rəqsi vəAzərbaycan mahnısı haqqında məqalələr yazıb. "Qara Qarayev"portretində isə musiqiyə sevgiləri ifadə olunur. O, zəmanəmizin böyükbəstəkarını belə səciyyələndirir: "Musiqi-ən abstrakt, ən incə, ən intimhiss və duyğuları ifadə edə bilən əvəzsiz sənət növüdür. F.Nitşe deyirdi:"Dünyanın əsl ideyası musiqidədir". Lakin bu ideya nə dərəcədə nazik,qapalı, mücərrəddir. Təsadüfi deyil ki, qədim yunanlar deyərdilər:"Poeziya-ürəyin dərmanıdır, musiqi-vücudun". Qara Qarayevin musiqisidə mürəkkəb, qapalı ideyaların təcəssümüdür. D.Şostakoviç - onun müəllimitələbəsi haqqında deyirdi: "Qara Qarayevin musiqisi, onun vahidyaradıcılıq palitrası ənənəylə bəstəkarlıq müstəqilliyinin ağıllıtənasüblüyündən əmələ gəlib. Öz yaradıcılığında o, xəlqilik anlayışınıgenişləndirir və zənginləşdirir".

Gülruxxanımın Rəsul Rza, Mirzə İbrahimov, Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, NigarRəfibəyli, Tofiq Quliyev, İsmayıl Şıxlı, Həsən Meyidbəyli, Mehdi Məmmədov, İsaHüseynov, Anar, Yaşar Qarayev, Araz Dadaşzadə, Bəkir Nəbiyev haqqında yazdığıədəbi portretlər tənqidin bu janrının ən gözəl nümunələridir, -desək, səhvetmərik. Həmin yazılarda haqqında söz açılan sənətkarların təkcəyaradıcılıqları deyil, insani cəhətləri də diqqət mərkəzinə çəkilir.

Gülruxxanıma -bu əsl Azərbaycan qadınına, 85 yaşlı ağbirçək, müdrik ziyalımıza ürəyiistəyən qədər ömür arzulayaq. Təbrik edirik!

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV