adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

20 YANVAR MƏNƏ NƏ DEYİR

SEYFƏDDİN ALTAYLI
83879 | 2013-01-19 08:18
20 yanvargünü genetik yaddaşımıza əbədiyyətə kimi silinməyəcək şəkildə həkk olunmuşməşum bir gündür. Bu gün, işğalçı yad bir qüvvənin çağdaş silahlarla təchizolunmuş əsgərləri, Bakı küçələrində qabaqlarına kim çıxdısa qəddarcasınagülləbaran edərək məsum insanları qətlə yetirdilər. Həmin hərbi qüvvələr, ondörd yaşındakı körpədən tutmuş yetmiş yaşlı qocaya, küçədə hər bir şeydən bixəbəryeriyən hər vətandaşdan, maşınlarında alim dostlarını gözləyən ziyalılara kimitanklarla əzib xışladılar və adlarını bəşər tarixinə qara bir ləkə kimi həkketdilər.

Bəli, 20yanvar tarixi, Azərbaycan xalqının təkcə o gün başına gəlmiş və ya o tarixdəbaşlayıb o gün də qurtarmış bir bəla deyildir; yüz illər əvvəlindən başlayaraqondan da sonra davam edən işğalçı təcavüzlərin davamıdır.

Bu cür birbəşəriyyət dramının yaranmasından əvvəl də, sonra da daim fikirləşdim;Azərbaycan torpaqları o bəlalara niyə şahidlik elədi, Xocalı Soyqırımı kimihadisələr niyə başına gəldiə!

AxıAzərbaycan Türkləri həddən artıq qonaqpərvər, humanist, haqqı-haqqaniyyətiqiymətləndirən, ziyalı düşüncəyə sahib, əlindəki-ovcundakı hər bir şeyiniqonşusuyla bölüşən bir xarakterə malikdir! Tarix boyu heç vaxt təcavüzkarolmayıb, heç bir xalqın mədəniyyətinə, dilinə, dininə, nəsəbinə çəp baxmayıb.Bütün bunları nəzərə aldıqda belə bir sual yaranır: Azərbaycanın tarix boyubaşından bəla buludlarının əskik olmamasının əsas amili və ya amillərinələrdirə!

Mənimfikrimcə bu sualın və ya suallara veriləcək cavabın birincisi Azərbaycantorpaqlarının özüylə, ikincisi də Türk dünyasının vəziyyətiylə birbaşarabitəlidir.

Azərbaycan,yeraltı sərvətləri və yerüstü gözəllikləri ilə dünyanın cənnət guşəsidir. Digərtərəfdən bura Şərq və Qərb arasında keçid, körpü rolunu ifa edir. Şərqli vəqərbli işğalçı qüvvələr tarix boyu bu cür gözəl və önəmli strateji məkanayiyələnməyə çalışıblar. Bura deyilə bilər ki, tarixin hər dövründəimperialistlər üçün tramplen olmuşdur. Sözün burasında Rusların Böyük Pyotrdedikləri çarın vəsiyyəti yadıma düşdü. Pyotr vəsiyyətində nə deyirdi:"İstanbulu hökmən ələ keçirin və oranı tutmadığınız müddətcə rus xalqıözünü heç vaxt təhlükəsiz hesab etməsin. Unutmayın ki, İstanbula hakim olandünyaya da hakim olar! Qafqazı tutun, Asiyanı işğal edin və Hind okeanınaçatın, isti dənizlərə enin. İranın şimalından bir koridor yaradıb Ağdənizə(Aralıq dənizi) ayağınız dəysin". Yəni bugünkü İraqın və Suriyanın qüzeyhissəsini də ələ keçirin. Aradan üç yüz il keçib, bəs indi nə dəyişibə!

Bunlar çarPyotrun vəsiyyətinin bir hissəsidir. Gəlin bir də qərbli özgə bir işğalçıliderin dediklərinə baxaq (Bundan əvvəlki yazılarımda da işarə etmişdim).1876-cı ildir. Evangelist, ifrat xaçpərəst İngiltərə başnaziri William EvartGladstone Avam palatasında əlində "Qurani-Kərim" olmaqla çıxış edərəkdeyir: "Bu kitab Türklərin əlində olduqca onlar bəşəriyyətə mərəzyayacaqlar, bunu məhv etməliyik və Türkləri Kiçik Asiyadan (Anadolu) çıxarıbAsiyaya qovmalıyıq". Avropalı imperialistlərin 175 il davam etdirdiyiSəlib Yürüşlərinin də əsas məqsədi bu deyildiə!

Biz nəingilisə, nə rusa, nə də özgə bir millətə düşmən nəzəriylə baxdıq, baxırıq,baxacayıq, ancaq bizim barəmizdə kimin nə fikirləşdiyini də bilməyə məhkumuq vəbuna görə də tədbir görməliyik.

Hər şeydənqabaq Anadolu ilə Azərbaycan coğrafiyaları bir-birinin təbii davamıdır vəburalarda yaşayan xalqlar tarix boyu bir olub, qardaşlıq əlaqələri heç vaxtpozulmayıb indən belə də pozulmayacaqdı. "Azərbaycanın sevinci bizimsevincimiz, kədəri bizim kədərimizdir; Biz bir millət, iki dövlətik" deyənrəhbərlər o sözləri dilucu deməmişdilərg Onlara o sözləri ortaq tariximiz,vahid qan yaddaşımız dedirtmişdig Səlib Yürüşləri nəticəsində və ya digər vaxtlardaolsun əgər Anadoludakı Türklər ordan çıxarılsa idi həmin bəla Azərbaycanın dabaşına gələcəkdi. Qüzeyli işğalçı bir çarla, qərbli işğalçı bir baş nazirinAzərbaycan və Anadolu türklüyünə eyni prizmadan yanaşmaları bizim üçün maraqlı,yuxudan oyadıcı deyildirmiə! Mən, əsrlər əvvəlində həyata keçirilmək cəhdinədüşülmüş o cür fikirlərin bu gün də çağdaş prinsiplərlə eynilə davametdirildiyini düşünürəm, buna inanıram.

Mən 20Yanvar hadisəsinə bu prizmadan baxıram. Çarlıq, 19-cu əsrin əvvəlindən tutmuşAzərbaycanı qarış-qarış işğala başladı. Müqəddəs torpaqlarımızı parçaladı, Arazçayını iki qardaşın arasına paslı bir xəncər kimi sancdı. İngilis ordularınında 20-ci əsrin əvvəllərində bu torpaqları işğala gəldiyini yaddançıxarmamalıyıq.

Azərbaycanxalqının 1918-ci illərdə Anadolulu qardaşlarının da köməyi ilə öz istiqlalınıqazandığı illərdə, Qərbi Azərbaycan torpaqlarına ingilislərin planı və ruslarınxüsusi rəhbərliyi ilə dünyanın müxtəlif yerlərindən gətizdirilib yerləşdirilənermənilərə də müstəqil bir dövlət yaradıldı. Anadoluda Azadlıq Hərbinin davametdirildiyi illərdə ruslar və qərbli güclər təzyiq edərək Azərbaycanhökumətinin Qərbi Azərbaycan torpaqlarından müvəqqəti şəkildə imtina etməsinənail oldular. Orda yaradırılan vassal xarakterli erməni dövlətçiyi sonrakıillərdə rusların forpostuna çevrildi. Müstəqil Azərbaycan dövləti 1920-ci ildəÇarlığı ləğv edən, ancaq onun dövlət siyasətini hərfi-hərfinə yerinə yetirənbolşeviklər tərəfindən qanlı qırğınlar törədilərək işğal edildi. Sovet dövründəZəngəzur, Göyçə, Dilican ermənilərə, Borçalı və Dərbənd də digərlərinə ruslartərəfindən bağışlandı. Bu siyasətin özülündə də Türkiyə ilə Asiya türklüyününtəbii rabitəsini sındırmaq fikri vardır. Bu siyasət bu gün də özgə adlaraltında və PKK hadisəsində olduğu kimi özgə əllərlə davam etdirilir.

Azərbaycanxalqı, 1980-li illərdən başlayıb Sovet imperiyasının laxlayıb dağılacağını hissetdi və öz müstəqilliyini təkrar qazanmaq məqsədiylə kütləvi şəkildətəşkilatlandı və Xalq Cəbhəsinin öncüllüyündəki Xalq Hərəkatını həyatakeçirməyə başladıqda çarlığın davamçısı kommunist Ruslar intiqam hissilə ayağadurub 20 Yanvar hadisəsini törədərək Azərbaycan xalqına gözdağı vermək istədi.Birinci və İkinci Dünya Müharibəsini törədib milyonlarla insanın məhvinə vəmilyonlarla ocağın sönməsinə səbəb olanlar da daim Azərbaycanı, Bakı neftinicaynağına keçirməyin xəyalı ilə yanıb qovrulmuşdu. İkinci Dünya Müharibəsivaxtı Sovet ordularının alman ordularına qələbə çalmasının ən böyük amili Bakıneftidir. 20 Yanvarı törədənlər Bakı neftinin əllərindən getməsinə görə bubəşəriyyət dramını yaratmışdır. Azərbaycan torpaqlarının müstəqillik əldəedildikdən sonra işğalla üzləşməsinin və indiyə kimi işğalın davam etməsininyeganə səbəbi də Bakı neftinin və Azərbaycan kimi strateji bir coğrafiyanınonların əllərindən sürüşüb çıxması, əbədilik öz yiyələrinin olmasıdır.

Budüşüncələrin işığında ən başda dilə gətirdiyim suala və cavablarına qayıtmaqistəyirəm. Azərbaycanın və bizim qan yaddaşımıza müqəddəs vətən torpaqlarının1828-ci ildə parçalanaraq bölüşdürülməsi, bölünən torpaqların işğalçılartərəfindən özgələrinə peşkeş çəkilməsi, Qanlı Yanvar, Xocalı Soyqırımı vəQarabağ torpaqlarının işğalı kimi həkk olunan hadisələrin birinci səbəbi bumüqəddəs vətən parçasının həddən artıq strateji mövqeyə və yeraltı-yerüstüsərvətlərinə malik olmasıdır. İkinci səbəbi isə Türk dünyasının Hun, Göytürk,Səlcuqlu, Osmanlı və yaratdığı digər imperiyalarda olduğu kimi ogünkü gücünü,vəhdətini əldən verməsi, elmi və texnoloji sahədə dünya miqyasında ixtiralaraimza atmamasıdır. Toplumlarımızın elmin aydınlıq yolunu seçəcəyinə əzbərçiliyinkor bataqlığında sonqulub qalaraq nəsillərimizi cahil buraxması, dünyanılayiqincə dərk edə bilməyən xalqlarımızın yad qüvvələr tərəfindən bir-birinəyadlaşdırılmasıdır. əgər imperatorlarımız bir zamanlar taxt uğrunda bir-birinidüşmən gözündə görməsə və potensiyal qüvvələrimiz öz-özümü qırıb bizi taqətdənsalmasaydı, Türk dünyası eynilə Avropa Birliyi və İngilis Millətlər Topluluğukimi mədəni, iqtisadi və siyasi sahələrdə, NATO kimi hərbi sahədə bir vəhdətyarada bilsəydi, Azərbaycanın başına o bəlalar gəlməzdi, gələ bilməzdi. Mənimfikrimcə 1990-cı ilin 20 yanvar günü yaranan qırğının əsas amilləri bunlardır.Bu səbəblər, qardaş xalqlarımıza, dövlətlərimizə, nəsillərimizə vədövlətlərimizi idarə edənlərə ithaf olunur.

Tanrıməkanını cənnət eləsin milli şairimiz Arif Nihat Asya:

"Kalkyiyidim, yinə

dağ başınıduman aldı...

Parçalandıbir kıtanın

toprakları,

Aslanpayını,

aslanolmayan aldı..."

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

TƏQVİM / ARXİV