MƏRDİMAZAR

FAİQ QİSMƏTOĞLU
34667 | 2013-01-19 08:17
... Qurbankişinin qanı bərk qaralmışdı. O qədər qanı qaralmışdı ki, çırtma vursaydınyanağından qan damardı. Amma çırtma vurmamışdan əvvəl cibindən qəlyan çıxardıbiçərisini tənbəki ilə doldurdu. Özü də onun tənbəkisi o birilərinin çəkdiyitənbəkiyə oxşamırdı...

ÇünkiQurban kişi elə öz həyətində tütün əkər və o tütünü də bir müddətdən sonratoplayar, yaxşı-yaxşı qurudardı. Tütünü günün qabağına elə səliqə ilə düzərdiki, çoxları buna köks ötürərdi. Bəziləri də çalışardılar ki, tütünü sahədənyığan kimi Qurban kişitək günün qabağına düzsünlər. Düzdür, onlar bu tütünügünün qabağına düzürdülər. Amma br axşam qəfil yağış yağanda şirin yuxudanqalxa bilməz və tütün də yağışın altında qalıb ya çürüyər, ya da nəm çəkərdi...

ÇoxlarıQurban kişinin tənbəkisinə heyran olardı. O tənbəkidən tütündən çox gül ətrigələrdi. Qurban kişi də bu gül ətri gələn tənbəkini barmaqları ilə ovxalaya-ovxalayaqəlyanın içərsinə doldurardı. Bu dəfə də qəlyana gül ətri gələn tənbəki iləağzına qədər doldurdu. Bir neçə qullab vurdu və tüstünü ciyərinə çəkdi. Sonrada həmin qullab vurduğu tüstünü burnundan çölə buraxdı...

Gül ətriverən tənbəki də Qurban kişinin hirsini soyutmadı. Bu hirs tezliklə soyanaoxşamırdı. Əksinə, hər dəfə qullab vuranda onun qaşları çatılar və öz-özünədeyərdi: "Gərək Abbas belə alçaqlıq eləməyəydi. Qızı qaçırırdı, qaçırırdı,heç olmasa üstünə töhmət atmayaydı".

Dərindənnəfəs saldı. Amma bu dəfə nəfəsi çox çətinliklə gəldi. Özü də fikirləşdi ki,bəlkə ona nəsə bir şey olub. Hələ indiyə kimi bu vəziyyətə düşməmiş, belətıncıxmamışdı. Hətta o qədər hövsələsiz olmuşdu ki, yanındakı ağsaqqalları beləeşitmək istəmirdi. Papirosdan bir neçə qullab alıb ağsaqqallardan olan Seyidəlikişiyə tərəf döndü:

- Yox,gərək bu oğraşın təpəsinə tüfəngi özüm çaxım. Yoxsa bu qədər biabırçılıq vəhörmətsizlik olmaz...

Kəndinsayılan ağsaqqallarından biri kimi tanınan Seyidəli kişi başdan-ayağa Qurbanıdiqqətlə süzdü. Sonra da dedi:

- Gülləçaxmağa nə var ki, onu nənəm də bacarar?! Oğul odur ki, aləmi qarışdıran vəcamaatı bir-birinə vuran bu odun üstünə su töksün...

Qurbankişi:

- Su tökməkelə bizə qalıb. O qədər yanan ocağın üstünə su tökmüşük. O qədərqan tökən adamları su iləyumuşuq. Qana qan deməmişik. Qana su tökmüşük. Amma bunlar neyləyirlər?!Burdan-bura nə ağsaqqal sayırlar, nə də qarasaqqal! Gör, iş nə yerə çatıb ki,qanmaz oğlu, qanmaz sənin kimi kişinin sözünü də eşitmək istəmir!..

Seyidəlikişi qonşusu Qurbanı diqqətlə dinləyirdi. Görürdü ki, Qurban danışdıqca odtutub yanır. Sadəcə olaraq onun yanmağı görünmürdü. Amma hiss olunurdu ki,Qurbanın içində bir dəniz var. Və o dənizin dalğaları o qədər şahə qalxıb ki,onun qarşısını almaq sonra çətin olacaq. Bunların hamısını kəndin ağsaqqalıSeyidəli kişi yaxşı bilirdi. Seyidəli kişi yaxşı bilirdi ki, Abbas böyük qələteləyib və el-obanın boynuna böyük yük qoyub...

Bütünbunların hamısını Seyidəli kişi yaxşı bilirdi. Elə ona görə də hövsələdən çıxan, səbri bir tikə olanQurbanı yumşaltmaq istəyirdi. Sükut içində olan Qurbana diqqətlə baxdı vədilləndi:

- Sənqan-qan demə. Bir az səbrini bas, görək nə məsələdi?! Deyirsən, qardaşın qızını qaçırıblar, sonra da üstünəböhtan atıblar. İndi də qıza sahib çıxmaq istəmirlər. Bir az döz görərsən ki,vəziyyət necə düzəlir. Hər şey tezliklə üzə çıxacaq.

Seyidəlikişinin məsləhətlərindən Qurban kişi bir qədər toxdadı. Amma yenə içi intiqamhissi ilə döyünürdü:

- Seyid, vallah, hər şeyi sənə qurbaneləyirəm. Allaha and olsun, gedərəmonların qapısına, bu tüfənglə hamısını bir-bir cücə kimi qıraram. Qabağımısənin kimi ağsaqqalların məsləhəti kəsir.Yoxsa mən Abbas-zad hərləyən deyiləm ha?! Noulsun ki, onun pulu-pənəsi,varı-dövləti çoxdu. Bu kənddə hamı bir-birinin yeddi arxa dönəninə bələddir.Dünənki gədə bir az pul tapır, kreditə bir dənə də maşın alır, elə bilir ki, nəistəsə eləyə bilər. Amma bilmir ki, adamın tutub ağzını cırıb qulağının dibinəqoyarlar...

HələAbbasın ağzını cırıb qulağının dibinəqoymamışdılar. Amma ona hər şey yaxşı aydın idi. Aydın idi ki, kəndi bir-birinəqarışdırıb, götürüb qaçdığı qıza böhtan atıblar. Üstəlik də sonra da qızıaparıb evlərinə qoyublar. Bu cür biabırçılığın altından heç cür çıxmaq olmazdı.Adətən belə hallar baş verəndə qan su yerinə axmalı idi. Çünki kiminsə təmiz uşağına, qızına böhtan atmaq vəona şəbədə qoşmaq çox pis nəticə verərdi. Ona görə də artıq Abbas kişiyə çoxşey bəlli idi. Bəlli olmayan o idi ki, hələ o başına papaq qoyub kəndinortasına qorxusundan çıxa bilmirdi. Üstəlik də çıxsaydı çətin ki, kimsə onunsalamını alardı, qabağına yeriyərdi və hal-əhval tutardı.

Abbas kişibir şeyi yaxşı bilirdi ki, bu cür münaqişələrin axırı yaxşı qurtarmır. OğluAydın başından yekə qələt eləyib, onun xəbəri olmadan qonşunun qızını qaçırıbvə sonra da fikrini dəyişib qızı evlərinə ötürüb...

Elə əsassöz-söhbətlər də burdan qaynaqlanırdı. Qiybətcil arvadlar, qiybətcil kişilərdeyirdilər balam, nouldu, Abbasın gədəsi qızı qaçırdı, sonra da saxlamayıbaparıb evlərinə buraxdı. Qiybətcilkişilər yasda, toyda bu söhbəti yada salmaqla sanki ləzzət alırdılar. Az qalakənddə arvadlardan çox, kişilər qiybət eləyirdi. Görünür elə bu qiybətin dəget-gedə artması həmin hadisənin üstünə bir az da benzin tökürdü. Söz-söhbət çoxaldıqca,dedi-qodu da artırdı və hərənin də ağzından bir avaz gəlirdi.

Abbasınoğlu Aydın da qorxusundan evdən çölə çıxmırdı. Abbasın arvadı Nərmin dəxeyrə-şərə gedə bilmirdi. Abbasın o biri oğlanları da nə təhər qorxmuşdularsa,kəndə çıxmağa üzləri yoxuydu. Heç Abbasın özünün də üzü yoxuydu. Çopur sifəti,iri gözləri daha da pis vəzyyət almış, hətta danışanda belə dili topuq vururdu. Bir gecə kəndə xəbəryayıldı ki, bəs Abbasın oğlu Aydını iflic vurub. Ağzı-burnu əyilib. Bir günsonra isə iflic vurmuş, ağzı-burnu əyilmiş Abbasın oğlu Aydın rəhmətə getdi.Kənd bir-birinə dəydi. Dedilər, bunlar hamısı günahsız qızın qarğışlarınınnəticəsidir. Bəlkə də o qız Abbasın oğluna, Abbasa və arvadına o qədər qarğışeləmişdi ki, onu yerlə-göy götürə bilməzdi. Bu qarğışlar onların heç birininqulağına çatmamışdı, amma camaatın dediyinə görə, qız evə qayıdandan sonra hərgün onun həyatını zəhərləyən bu mərdimazar insanlara lənət oxuyurmuş.

...Oğlununüçü günü Abbas kişi qapının ağzına çıxdı. Ordan da bir-iki addım kənd yolunatərəf addımladı. Yas günü onların qapısına əvvəllər olduğu kimi, çoxlu adam dagəlməmişdi. Çünki kənd camaatının tənəli baxışları və ikrah hissləri çoxlarınıAbbas kişidən və onun oğlanlarından iyləndirmişdi. Abbas kişinin və oğlanlarınınadı çəkiləndə məclisdəkilər deyirdilər ki, bu mərdimazarların söhbətinieləməyin. Ancaq kənddə elə adamlar var idi ki, qəsdən bu söhbəti qızışdırır vətez-tez Abbas kişini və oğlanlarını yada salırdı...

Abbas kişibir-iki addım da üzü yuxarı doğru addım atdı. Gördü ki, qarşıdan kəndinağsaqqalı Seyidəli kişi gəlir. Utandığından üzünü qapılarına sarı çevirdi. AmmaSeyidəli kişinin salamını eşidəndə bir qədər ürəkləndi.

Seyidəlikişi:

- Ay Abbas,gördün də, oğlun başımıza nə oyun açdı. Gərək camaatın qızına sataşmayaydı.Görürsənmi, yanlış bir addım el-oba arasında hansı vəziyyət yaradıb.Əvvəldən onun ağzına bir şilləvurmalıydın. Deməliydin ki, a köpəkoğlu, qızı qaçırmısan indi də canın çıxsınsaxla!..

Abbas kişiqıpqırmızı qızardı. O qədər qızardı ki, sifətinin rəngi qırmızı pomidoraoxşadı. Elə Abbas kişinin özü də pomidora oxşayırdı. O qədər pomidorəkib-becərmişdi ki, o qədər pomidor satmışdı ki, o qədər pomidor yemişdi ki, indi də rəngipomidora çalırdı. Qıpqırmızı qızaran Abbas kişi ürəyini ovxalaya-ovxalaya dedi:

- Aydınbizim papağımızı yerə soxdu! Məni kəndnən, qohum-əqrəbaynan düşmən elədi.Axırda da özü də Allah-Təala tərəfindən cəzasını aldı. Kəndə çıxmağa utanıram.Yer yarılsa yerə girərəm...

Seyidəlikişi diqqətlə onu dinləyirdi:

- Ay Abbas,bu məsələnin belə böyüməsində sənin də günahın az deyil. Sən nə kişisən ki, özoğluna yiyəlik eləyə bilmirsən. Hələ utanmaz-utanmaz da deyirsən ki, mənimgünahım yoxdu. Ən böyük günah səndədi ki, övladına ağsaqqallıq eləyə bilmədin.Yoxsa Qurbandan olsaydı, həmin gecə gəlib sizin evdə bir-iki nəfərigüllələmişdi. Çox saq olsun! Mənim və ağsaqqalların sözünü eşitdi və yerəsalmadı...

Abbas kişi:

- VallahSeyid, sən elə bilmə ki, mən bu işdən xəcalət çəkmirəm. Dedim axı yer yarılsayerə girərəm. Amma neyləmək olar?! Bədxasiyyət övladı Allah heç kimə qismət eləməsin. O uşaq da kiməsə çəkmişdi.Nə illah, elədim məni eşitmədi. Dedi ki, qaçırmışam, özüm də aparıb evlərinəqoyacağam.

Seyidəlikişi:

- Axı sənbilirdin ki, o qız çox namuslu və tərbiyəli bir uşaqdı. Bunu bilə-bilə buaddımı oğlun atdı, sən də göz yumdun. Axırı da belə oldu...

Üç-dördgündən sonra Abbas kişi də dünyasını dəyişdi. Üç-dörd gündən sonra həmin qızınhirsi tamamilə soyudu. Üç-dörd gündən sonra kənddə xəbər yayıldı ki, qız başqabir oğlana qoşulub qaçdı...

... Üç-dördildən sonra həmin qız sevdiyi oğlanla Bakıdan kəndə qayıtdı. Yanında da gülparçası kimi bir oğlan, bir qız uşağı. Həyat yoldaşı Elnur isə hüquqşünas idivə böyük biznes şəbəkəsi vardı. Üç-dörd ildən sonra itirilən hər şey yavaş-yavaşgeri qayıtdı. Geri qayıtmayan o oldu ki, kənddə hamı Abbas kişinin vəövladlarının mərdimazar kimi tanıyırdılar. Deyirdilər ki, bu adamlardan heçvaxt camaat xeyir görməyib və onlardan nə qədər uzaq olsan bir o qədər başınsalamat qalar...

FAİQ QİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV