adalet.az header logo
  • Bakı 12°C

YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN

TOFİQ ABDİN
29093 | 2013-01-19 08:16
2012-CİİLDƏ ƏN ÇOX OXUNAN YAZIM

VİDADİMƏMMƏDOV - 2 (2023 dəfə OXUNUB)

Yolasaldığım yetmiş yaş bəzi şeyləri anlatsa da, artıq yaşamağa davam edirəm. 70yaş az yaş deyil. Şükürlər olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam vəağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyatadavam edirəm. Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakıdünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda, bugün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxanda həmininsanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da, deyim ki,həm də maraqlıdı. Bu insanların bəzilərini itirsəm də, şairlər demişkən, onlarıyenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzunömür versin. BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ənxoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı, bəziləri haqqındaəvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isəbu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.

BU İNSANLARKİMLƏRDİ?

Biriciyazımdan xatırlatma:

Heçunutmuram: görkəmli və unudulmaz yazarımız Sabir Əhmədov Vidadi haqqında gözəlbir ifadə demişdi:

"ƏDƏBİYYATABU CÜR ADAMLAR DA LAZIMDI".

Sabirmüəllimin Vidadi Məmmdova verdiyi bu qiymət həqiqətən son dərəcə layiqli birqiymət idi və bu ifadədə Vidadinin yazar kimliyi, şəxsiyyəti bir az zədə görsədə, amma çox dəqiq bir ifadə idi.

"Bucür"... Yəni nə cür?

...Hörmətli yazarımızın fikrini yorumlasaq belə demək mümkündü: Vidadi Məmmədovbir ədəbiyyat sərrafi idi. Nəyin yaxşı, nəyin pis olduğunu bir zərgər dəqiqliyiilə görürdü və fikrini də söyləyirdi, amma bu fikirləri yazmırdı. İnanın, məniməlacım olsaydı onun ardınca düşüb, orda-burda danışdıqlarını və qumaroynayarkən (onun bu xasiyyətini ayrıca yazmağa dəyər, mən zarafatla onu həmişəDostoyevskiyə bənzədirdim, Allah ona bu qisməti də vermişdi və çox azartlaqumar oynayardı, elə bunun ucbatından da bir dostunun toyundan çıxıb evə gecsaatlarda gələrkən qəza keçirdi və baxımsızlıq ucbatından xəstəxanada vəfatetdi. Burada mən gözəl yazarımız Elçinin bu hadisəni eşidən kimi xəstəxanayagetməsini və xəstəxana günlərində ona neçə dəfə baş çəkdiyini və necə köməketdiyini xatırlamasam vəfasızlıq olar, Vidadi Məmmədov İlyas müəllumlə və eləcədə Elçinlə qohum düşürdülər) söylədiklərini lentə alardım. Ədəbiyyat haqqında sondərəcə uzaqgörənliklə danışan və ədəbiyyatın nə olduğunu, nəinki ədəbiyyatin,hətta ən kiçik bir yazının nə olduğunu bilən ikinci bir tay-tuşumuz yox idi.Bəlkə ona görə də İsa kimi sofu bir şair onun fikirlərindən heç də vazkeçmirdilər və onun fikirləriylə mən bilən hər zaman razılaşırdılar.

(AmanAllahım, hələ idmanı bilməyini demirəm)

Və SabirƏhmədov deyəndə ki, ƏDƏBİYYATA BELƏ ADAMLAR DA LAZIMDI, məhz onun çox az bədiişeylər yazdığını yox, ədəbiyyat haqqında dəqiq və tutarlı, sanballı və mübahisəsizfikirlərini nəzərdə tuturdu ki, həqiqətən Allah ona belə bir istedad davermişdi.

İlk hekayəsi və sonralar biləcəyik sonhekayələrindən biri (cəmi birmi, ikimi hekayə yazdı) "Vağzalda..."hekayəsi elə bir səs gətirdi ki, hətta ağsaqqal Yazarımız İlyas Əfəndiyev özünüsaxlaya bilməyib (bəlkə qohumluq da bir az öz işini görmüşdü əlbəttə, amma beləqohumu müdafiə eləyən hər kəsə qurban olum mən) bu hekayə haqqında (yəni, birhekayə haqqında) böyük bir yazı yazmışdı ki, indi o yazı mənim əlimin altında deyilki, misal gətirim mənə inanmayanlara (hər halda ədəbiyyatda misal gətirmək,məişətdə and içmək kimi bir şey olub, rəhmətlik Vidadi Məmmədov deyərdi: hərhansı bir ağıllı fikri həyata keçirmək istəyirsinizsə o zaman deyin ki, Pikassodemişdir və döşəyin getsin. Pikossonu tapıb ondan soruşan olmayacaq ki, bunudemisən, ya yox...) amma bu bir həqiqətdir ki, böyük-böyük romanlar haqqındabelə yazılar yazılmadığı və qismən də qısqanclıqla yazıldığı bir zamanda İlyaskimi böyük bir yazarın belə bir yazı yazması, təbii geniş bir söz-söhbətyaratdı ki, oxucular həmişə "Ulduz" jurnalının səhifələrində onunimzasını axtardılar mən bilən... Vidadi isə susdu...

...amma Vidadi yazacağı hekayələrin süjetiniorda-burda danışır və bizlər qınayanda isə "dədəmin goru üçünyazacağam" deyirdi və amma yazmırdı...

Və yazmadıki, yazmadı... O hekayələri, o ədəbi düşüncələri...

Yazmadı vəyazamağa da tələsmədi.

Sonra birgözəl hekəyə də yazdı. "D-4" adında. Ada bir baxın.

Bu adın nəoluduğunu mən hələ də bilmədim.Yekə çıxmasın, Ədəbiyyatda və Həyatda beləəllaməçilik heyranı olan və az-çox əllaməçilik eləyən bir qələm sahibi vəədəbiyyatçı olaraq mən bu adın nə ifadə etdiyini çox düşündüm və özündən dəsoruşurdum, qaçırdı izah eləməkdən. Bəlkə heç bir izahı da yox idi: amma bu"qarğa məndə qoz var" demək də deyildi. Bu bir düşüncə tərzininüsyanı, bir düşüncə tərzinin sıxışdırılıb bomba kimi partlaması demək idi ...

ZəkiMürəndən soruşacaqlar: "Sən niyə yubka-tuman geyib səhnəyə çıxırdın?"

Zəki Mürəndeyəcək: "Bu bir üsyan idi... Bu bir qadın haqlarının müdafiəsi idi..."

Buhekayənin adının "D-4"-ün nə ifadə etdiyini yalnız Yazar Vidadi özübilirdi və inanın ki, bu gün də o hekayənin adının niyə belə olduğunu bilmirəm.Amma bu hekayənin məncə ikinci bir adı vardı ki, çap olunanda icazə verməsələrhəmən dəyişsin, onu da mən indi xatırlamıram.

Hər ikihekayə son dərəcə söz-söhbətə gərək olan bir ortam yaratdı, bizim, xüsusiləgənclik ədəbiyyatımızda və həqiqətə qalsa ədəbiyyatımızda da və Vidadinin şəxsihəyatı kimi qarşısıalınmaz bir dedi-qoduya səbəb oldu onun hər elədiyi...

Təbii,mənim məqsədim bu hekayələrin nəyinin gözəl olduğunu açmaq və yazmaq deyil.Çünki, bunu eləmək üçün mən həmin hekayələri yenidən oxumalıyam (inanın əlimdəimkan olsa, azad bir qəzetim olsa və qəzet sahibi olsam mən zaman-zaman beləunudulmuş hekayə və şeirlərə qayıdaram və yenidən çap edərəm) və ola bilsin ozaman mənə son dərəcə gözəl görünən şeylər indi bir az təravətini itirmiş olada bilər, amma mən buna inanmıram, oxuyub açmaq imkanına malikəm və o gözəlşeylər hələ də bizim ədəbiyyatımıza gəlməyib bəlkə də...

DİQQƏT!DİQQƏT!

"Vağzalda"hekayəsində gecələr vağzallarda gecələyən sahibsiz itlərin həyatı acı birtərzdə ifadə edilmişdi məncə. Pambıq, kartof, badımcan qəhrəmanlarının həyatıtəsvir edilən və Əfqanıstanda Rus Ordusu içərisində Azəri əsgərlərin müsəlmanqardaşlarını öldürdüyü ədəbiyyata fəxrlə gətirilən və bunula fəxr edənyazarlarımız olduğu bir dövrdə və bütün bunlarla öyünən bir xalqınədəbiyyatında bu cür şeyin yazılması bir inqilab idi məncə.

Bizimbilmədiyimiz son günlərində demək olar ki, Vidadi Məmmədov heç yazmırdı vəyazanda da bir çox zaman öz imzasını yazmadı o yazıların altında. Məsələn, mənxatırlayıram ki, "Ədəbiyyat və İncəsənət" qəzətində bir araşdırmayazısı çap olunmuşdu onun, Vidadi Qarayazılı imzasıyla, amma biz hamımızbilirdik ki, onun Qarayazıya heç bir dəxli yoxdur, bir vətəndaş kimi, İsaİsmayılzadəyə zarafatla sataşmaq üçün eləmişdi. Adı da beləydi məncə:"Yollar qayıdır geri..." Ya da bu məzmunda bir şey idi...

Yazı nəyazıydı, Allahım nə qədər duyğusal bir yazı idi, nə qədər danışıldı o yazıhaqqında, bunu gedin Abbas Abdulladan soruşun...

Möcüzəsi oidi ki, bu adamın yaşının dibinə dünyasına dayihanə qədər heç kim bilmədi. Hərhalda mən bilmədim. Onun heç pasportu oldumu görəsən, o pasportda harda nəzaman doğulduğu vardımı görəsən? Gah Gəncədənəm deyirdi, gah Bərdədənəm deyirdivə ən böyük imanı da "Dədəmin goru üçün" idi.

Vəzarafatla əlavə edərdi: heç dədəmin də qəbrinin harda olduğunu bilmirəm...

Vidadi Məmmədovbizim ədəbiyyatımızda və həyatımızda bir möcüzə idi. Yəni möcüzə Yazar idi vəmöcüzə İnsan idi...

Gecə saaton ikidə, birdə bir də görərdin ki, gəlib bizə. Voyeni Qospitalın yanındaNaxalstroy, gecəqondu deyilən səmtdəki evimizə: mən də o zamandan tez yatanadam. Qapını yox pəncərəni döyərdi. Çünki, pəncərə tam başımın üstündə idi.Qapı isə məndən uzaqda. Söyürdüm... və çağırıdım içəriyə... Qoruxdurm ki, sabahbir yazımı oxuyub vayımı verəcək... haqlı, ya haqsız...

Düşmən daistəməzdi onun dilinə düşsün, elə yumuşaq, elə incitmədən şeylər deyərdi ki,özün də gülüb keçinərdin...

***

Bu ştrixlərVidadi Məmmədov haqqında nə vaxtsa yazacağım böyük bir yazının üvertürü kimibir şey ola bilər.

Yəni bir daha heç yazmaya da bilərəm onunhaqqında. Amma bizim nəslin (69-cu illərin nəsli) hər bir adamı və hətta bizdənsonra gələn nəsillərin hər adamı onun haqqında vicdan əzabı çəkmədən yazabilər...

Bu yazı davicdan rahatlığı ilə yazdığım bir yazıdır, amma bütöv yazı deyil. Mən güman ki,Vidadi Məmmədov haqqında daha çox şeylər yaza bilərəm.

Açığınıdeyim, hər zaman düşünmüşəm: mən öləndən sonra onun yarısı qədər xatırlansam,çox rahat bu dünyaya əlvida deyə bilərəm.

Yox, eləburadaca bu yazını kəsib həmən ayağa qalxıb, evdən çıxmaq lazımdı və eləcə dəeləyəcəyəm... Amma hara gedəcəyəm...

Gözəlyazarımız Aslan Qəhrəmanlı şəhərin o biri başında, Akif Qəhrəmanlı blok qonşumolsa da, dünən və həftənin çox günü bir yerdəyik və üstəlik də gözlərimalacalanır.

"Gedənyerim olaydı gedən yerim

Kiminsəhəsrətiylə açılaydı səhərim... "

AmanAllahım, gözəl şairimiz Qabil gör nə zaman yazıb bu misraları. O zaman Vidadidə sağ idi...

Biz də hələcavan idik...

Tofiq Abdin

[email protected]

www.tofigabdin.com

TƏQVİM / ARXİV