adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Mart 2016 02:00
110323
RUBRİKA
A- A+

“12 kəndi 3 saat içində 3 tankla aldıq” - BAŞ LEYTENANT

Əsgərlər Baş leytenantı kamaçasının səsindən tanıyır. Elə Cəmil Əsədov da əsgərləri ən yaxşı dinləyiciləri hesab edir. "Qələbə” marşını çalmaq isə veteranın ən böyük arzusudur.

Əzəli torpaqlarımızın itirilməsi hər bi vətəndaşın ürək ağrısına çevrilib. 1993-cü ilin 29 oktyabrında Zəngilan torpağının işğalı da elə ən çox bu torpağın əldən verilməməsi üçün can yandıran yerli əhali üçün çox sarsıdıcı bir hadisə oldu. Sözü gedən illərdə "Döyüş tarixi” keçmiş qazimizin də xatirələri hüzünlü anları bizə xatırladır. Rubrikamızın bu dəfəki qonağı da Qarabağ savaşında öz həmyerliləri ilə çiyin-çiyinə verib döyüş yoluna atılan birinci qrup Qarabağ əlili Cəmil Həsənli oldu. Veteranın danışdıqları onun yaşadıqlarının çox az bir hissəsi idi. Dediyinə görə, döyüş yolunda hər addım qəhrəmanlıq və cəsarət tələb edir. Bu şərəfli yolda ya öləcəksən ya ömür boyu ağır izlərlə ayrılacaqsan ya da ki, vətən xaini damğasını özünə möhürlədib həyatının sonunadək vicdan əzabı ilə yaşayacaqsan. Qonağımız 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Evin tək övladı olan Cəmil sonrakı illərdə orta məktəbi bitiridikdən sonra Bakıda Azərbaycan Texniki Universitetinin hərbi kafedrasında "Zirehli texnikanın əmri və istismarı üzrə müxanik” ixtisası üzrə ali təhsilini davam etdirib. Hərbi texnika sahəsində müəyyən bilirklər qazanan veteran hələ müharibə illərini xatırlayarkən belə deyirdi: "Müharibə başlayan qədər Zəngilanda Raykom idarəsini tərkibində Aqrar sənaye kombinatının rəsi müavini idim. Kənd təsərrüfatı üzrə rayonun bütün rəhbərliyi mənə məxsus olub. 1991-91-ci illərdə artıq qulağımıza xəbər çatdırdı ki, bəzi rayonlarda qanlı atışmalar olub və bizi gözləyən təhlükələr də qaçılmazdır. Bu ərəfədə bizim idarənin yaxınlığında 3-4 ədəd T-72 markalı tankları gətirib yerləşdirdilər. Rayonda çox adam bilirdi ki, mən ali təhslimi məhz bu tanklar üzərində ixtisaslaşdırmışam. Beləliklə uzun müddət idarəyə gedib gələrkən yolda gördüyüm bu zirehli texnikalar artıq məni özünə cəlb etmişdi”. 


Neçə müddətdir istifadəsiz qalan tankaların "lal-dinməz” duruşu 38 yaşlı Cəmil Əsədovu sıravi tamaşaçı edə bilməzdi. Bir neçə aydan sonra müvafiq icazə sayəsində tanklardan birinin idarəsi qəhrəmanımıza verildi. Baş leytenant sonrakı hadisələri belə xatırlayır: "Zirehli texnikalardan istifadə olunmağa başlayanda mən artıq cəbhədə öz üzərimdə olan tenkdan əlavə digər sirehli texnikların da komplektləşdirilmiş idarəsini öz üzərimə götürmüşdüm. Çünki, rayonda məndən başqa sırf bu tanklar üzərə ixtisaslaşmış şəxs yox idi. Bütün bu proseslər davam etdiyi vaxtda düşmən mövqelərindən bizə qarşı təzyiqlərin artması nəzərimizidən yayınmırdı. Belə olan halda bu hərbi vasitələrin köməyi ilə 1993-cü ilin 29 oktyabr tarixinə kimi rayonumuzu işğal olunma təhlükəsindən qorumağı bacarmışdıq”.

Lakin təkcə müdafiə mövqeyi ilə kifayətlənmək olmazdı. Cəmil Əsədov və onunla birlikdə digər 2 tank heyəti 33 saat ərzində Zəngilanla sərhəddə yerləşən Hənd, Sav, Şeşkirt, Straşenn, Çikaport kimi 12 kəndini əsasrətə götürməyi bacarmışdılar. Rəhbərlik etdiyi tank heyəti ilə çox çətin mübarizə aparan qazinin təəssüf ki sonda belə desək Zəngilana bağlanan ümid qanadlarını qırmışdılar: Lakin Zəngilan ətrafı rayonların işğal olunması bizi nə qədər güc sərf etsək də artıq işğaldan yaxa qurtara bilməyəcəyimiz bir vəziyyətə saldı. Artıq payz fəsilində Zəngilan tam şəkildə mühasirədə idi. 1993-cü ildə işğaldan sonra dekabr ayında bizin olduğumuz 865 nömrəli polku ləğv etdilər və ondan sonra da polkun əsas gücü sayılan zabitləri dağıtdılar”. Cəmil Əsədovun gözlərində görmə zəifliyi var, o cümlədən ayağından qəlpə yaraları aldığı üçün yerimək çətinliyi ilə üzləşib. Elə görüşünə gedərkən yanında əsası da diqqətimi çəkdi. Veterandan bunu səbəbini öyrənərkən məlum oldu ki, Qarabağ savaşında ağır zərbələr alan təkcə rayonun özü deyil, onun müdafiəsi uğrunda döyüşən Tankçı zabitin də yaraları həm fiziki, həm də mənəvi olaraq qalmaqdadır. Öz tankında düşmən mərmisinin tuş gəldiyi qocaman zabit bu dəhşətli hadisəni idarə etdiyi T-72 zirehli texnikasında yaşayıb. Təəssüf ki, o vaxtdan bu yana qalan acı xatirələrdən bəzilərini danışmaq imkanı oldu.


Azərbaycanın ən çox izlənilən döyüş filmlərindən olan "Dolu” filmini çox sevdiyini deyən Cəmil Əəsədov bu filmə hər dəfə baxanda göz yaşlarına hakim ola bilmədiyini dilə gətirirdi: "Dolu”da mənim hər epizodda xatirələrim canlanır. Bəzən elə düşünürəm ki, sanki bu film mənim və silah yoldaşlarım haqqında çəkilib. Əslində isə bu film bütün Azərbaycan şəhidləri və qaziləri haqqında çəkilmiş bir filmdir. Buna görə də həm rejissoru həm də ssenari müəllifini təbrik etmək istəyirəm”.


-Onsuzda siz və sizin kimi yüzlərlə veteranlarımız və şəhidlərimizin "Döyüş tarixi” özü bir film yazıb.

-Elədir, ancaq məsələ orasındadır ki, bu filmi hər kəs görməyi bacarmır. Çünki əvvəlcə ictimai marağın qüvvəti olmalıdır. Azərbaycançılığı təbliğ edən gənclərimiz, vətənpərvər insanlarımız var ancaq bu o demək deyil ki, hər şey bununla bitir. Xeyir, sadəcə olaraq bir çoxları vətənpərvərliyin tam oalraq mənasına bələd deyillər.

Zabit haqqında çox danışmaq olardı, onun peşəkar kamaça ustası olması, o cümlədən keçdiyi tarixi döyüş "film”i haqqında bir çox telekanallarımız reportajlar hazlırlayıb. Əsas və vacib olan odur ki, keçirdiyi ağır müalicələr və həyati mübarizələr bu insanda ruh yüksəkliyini elə "Döyüş tarixi”ndə də bərqaərar olduğunu sübut edir...

Rüfət Soltan