EH, VAXT VARDI BİR TÜRK ƏSGƏRİ BEŞ FRANSIZ ƏSGƏRİNƏ BƏRABƏR İDİ

AQİL ABBAS
94259 | 2016-03-14 18:03

Bu sözü elə-belə adam deməyib ey, Napoleon deyib. XIX əsrin əvvəllərinin ən böyük işğalçısı.Türklərin döyüşdə şücaətini görübdeyib.

Parisdə bir terror aktı törədildi, 11 fransız öldürüldü. Faciə idi, biz dəqınadıq. Day dünyada dövlət başçısı qalmadı,başbakan qalmadı, bakan qalmadı, töküldülər Parisə. Qol-qola tutdular, etiraz yürüşü keçirtdilər, terroru qınadılar. Varlının yasındaağız-ağıza verib ağlaşanlar kimi ağlaşdılar. Dünya televiziyaları canlı yayımlaryapdılar, ölənlərin biri, üçü, yeddisi, qırxı, bilmirəm onlarda cümə axşamları var,ya yox…

20 iyul2015-ci il. Şanlı Urfa, Suruc. Gənclərin təşkil etdiyi mitinqdə terror. 34 nəfər ölür,103 nəfər yaralanır.

10 oktyabr 2015-ci il. Ankara, Dəmiryol vağzalı. Barış mitinqi, terror. 103 nəfər ölür, 48 nəfəri ağır olmaqla 238 nəfər yaralanır.

12 yanvar 2016-cı il. Sultan Ahmet meydanı. Terror. 11 nəfər ölür, 15 nəfər yaralanır.

17 fevral 2016-cı il. Ankara. Terror. 28 nəfər ölür, 61 nəfər yaralanır.

13 mart 2016-cı il. Ankara, Qızılay meydanı. Terror. 37 nəfərölür, 15-i ağır olmaqla 125 nəfər yaralanır.

Biz adətən böyükterror hadisələrini xatırlatdıq.

Amma dünya dövlətlərininbaşçıları, başbakanları, bakanları tökülübnə Ankaraya gəldilər, nə İstanbula gəldilər, nə də Parisdəki kimi qol-qola giribterrora qarşı etiraz yürüşü keçirmədilər.

Dövlət başçılarıvə başbakanlar adından teleqrama vurub başsağlığı verənlər oldu. Yəqin ki, onların da çoxunu protokol qaydasında cümhurbaşkanlarının və ya başbakanların mətbuatsözçüləri yazıb göndəriblər.

Budurmu dünyanınədaləti, Gizir?!

Bəli, vaxt vardıbir türk əsgəri beş fransız əsgərinə bərabər idi.

Görəsən indineçə yüz türk bir fransız qiymətindədi?!

P.S. 11 sentyabr 2001-ci il. Nyu-Yorkda terror. Yadımdan çıxıb, deyəsən300 nəfər həlak olmuşdu. ABŞ əfi ilan kimi qalxdı quyruğunun üstünə Əfqanıstanıdarmadağın elədi. İraqı darmadağın elədi. ABŞ və Avropa Liviyanı darmadağın elədilər, Tunisi darmadağın elədilər,Suriyanı darmadağın elədilər! Yəmən də darmadağın olmaqdadı!

Təxmini hesablamalara görə, 300 nəfərəgörə 3 milyondan çox müsəlman qətlə yetirildi, bəlkə də daha çox, 20 milyondan daartıq müsəlman evindən-obasından, ölkəsindən didərgin.

Növbəti hədəf Türkiyəmi?!

Nə qədər deyərlər, kendinə gəl Türk oğlu, sən kendinə gələndə böyük olursun!

Türk oğlu nə vaxt kendinə gələcək görən?

Bir daha Ankarada baş verən terrorhadisəsi ilə bağlı şəhid olanların ailələrinə, əqrəbalarına və bütün Türkxalqına başsağlığı verir, şəhidlərə Uca Tanrıdanrəhmət, yaralılara acil şəfa diləyirik.

Tanrı Türkü qorusun!

Amma deyəsən day Tanrı da dualarımızıeşitmir. Bəlkə belə deyək: TÜRK TÜRKÜ QORUSUN! VƏ TÜRK HƏM DƏ TANRINI QORUSUN! Çünki fironlarınsayı artıb və Tanrıya day ox atmırlar ey,füze atırlar. Özü də atom başlıqlı füze!


TƏQVİM / ARXİV