adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Mart 2016 11:09
129683
AVTOMABİL
A- A+

İçkili maşın sürənləri nə gözləyir? - Ekspert

Yeni İnzibati Xətalar Məcəlləsi sərxaş vəziyyətdə avtomobil sürməyə görə məsuliyyəti, doğrudan da, bir qədər yüngülləşdirib. Mediada belə bir fikir vurğulanır ki, bu (sərxoşluğa görə məsuliyyətin yüngülləşməsi) sürücülərin xeyrinədir. Həqiətən də, belədir...

Bunu Ərşad Hüseynov sosial şəbəkədə yazıb.

Ekspertin fikrincə, bu yumşalma sadəcə sürücülərin yox, sərxoş vəziyyətdə avtomobil sürənlərin, yəni yüksək intizamsızların xeyrinədir.

"Əslində isə bu, kobud səhvdir, çünki ümumi yol hərəkəti təhlükəsizliyinin ziyanınadır. Hətta dərinə gedilsə, elə həmin alkoqoliklərin də ziyanınadır, çünki qanunun yümşalması onları yeni "qəhrəmanlığa" sövq edə bilər. Bunun sonu isə törədilən konkret qəzadan sonra dəmir barmaqlıqların arxası, travmatologiya şöbəsində sürəkli müalicə, ən pis halda isə Əzaryılla erkən görüş ola bilər”- deyə ekspert bildirib.